Məhkəmə qərarları › İş №3(3-7)-246/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-246/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-246/2026 24.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işə xitam verilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Iş materialına əlavə edilmiş Goranboy Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, R X6 icraatında olan törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında **** nömrəli material üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, ## ###### 2025ci tarixdə icraatına Goranboy Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, R Teymur Məmmədovun raportu daxil olmuşdur. Həmin raportda ## ###### 2025-ci il tarixdə Goranboy rayon Qaradağlı kəndi ərazisində rayon polis şöbəsinin polis nəfərləri, R Orxan Əsgərov və Bəxtiyar Atakişiyev ilə xidmətdə olan zaman X2 idarə etdiyi “Qazel” markalı **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və X3 idarə etdiyi “Belarus TMZ” markalı 23-T-349 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunda müxtəlif cinsli ağaclara məxsus odunların olmasını, Qərardan şikayət verən orqan (şəxs), X7 və X2 qanunsuz olaraq ağac kəsmələri göstərilmişdir. Aparılmış araşdırma zamanı toplanmış material sənədlərindən müəyyən edilmişdir ki, ## ###### 2025-ci il tarixdə Goranboy rayon Qaradağlı kəndində yaşayan Qərardan şikayət verən orqan (şəxs) Qaradağlı kəndində bələdiyyə mülkiyyətində olan ərazidə 1 ədəd d=24 santimetr olan quru iydə və 1 ədəd d=40 santimetr olan quru akasya ağacını motorlu mişarla kökboğazından kəsmiş və 22-Q-070 dövlət qeydiyyat nömrə nişanlı qoşquya yığmışdır. Qərarın nəticə hissəsində: Goranboy Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, R Teymur Məmmədovun raportu əsasında toplanmış HK-*-**** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tədbir görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin baş məsləhətçi-müfəttişi nümayəndə1 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Goranboy rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan 01 (bir) ədəd iydə ağacının və 01 (bir) ədəd akasya ağacını kökboğazından kəsərək məhv etməsi nəticəsində Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə materiallara baxaraq müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Goranboy rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə ağacının və bir ədəd akasya ağacını kökboğazından kəsdiyinə görə Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı meşə təsərrüfatı mərkəzinin meşələrin mühafizəsi üzrə baş mühəndisi X10 tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli rəyin surətindən görünür ki, Goranboy rayonu Qaradağlı kəndində bələdiyyə mülkiyyətindən kəsilmiş diametri 24 santimetr olan bir ədəd iydə və diametri 40 santimetr olan akasya ağaclarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan ağaclar tam quru vəziyyətdədir. Iş materiallarında olan: Goranboy rayon Qaradağlı Bələdiyyəsi tərəfindən ** saylı Regional Ekologiya və X11 ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubun surətindən görünür ki, Goranboy rayon Qaradağlı kəndinin ərazisində kəsməsi olan ərazi Qaradağlı Bələdiyyəsinin mülkiyyətindədir. Iş materiallarında olan: Goranboy Rayon Icra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış ## #### 2026-cı il tarixli *-**-**/*-**/**** nömrəli məktubdan görünür ki, Qaradağlı knd sakini ## ###### 1957-ci il təvəllüdlü X8 mərhum həyat yoldaşı X14 yas mərasimi ilə bağlı oduna ehtiyacı olması barədə ## ###### 2025-ci il tarixində Qardağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı şəkildə müraciət etmişdir. Inzibati xəta haqqında materiala baxan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən şikayət verilərək Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və ** saylı RETS Idarəsi tərəfindən qəbul edilmiş cərimə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ** saylı Regional və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli 0015 və **** saylı sərəncamları əsasında, Goranboy RPŞ-nin ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/** saylı məktubu idarənin müfəttişləri tərəfindən araşdırılmışdır. Məktubda qeyd edilən məsələ ilə bağlı Goranboy rayon Qaradağlı kəndinin inzibati ərazisinə idarə əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman 22-Q- 070 dövlət qeydiyyat nömrə nişanlı traktorun yük hissəsində olan 01 ədəd d=24 sm quru iydə və 01(bir) ədəd d=40 sm olan quru akasya ağaclarının bələdiyyə mülkiyyətində olan ərazidə kökboğazından kəsildiyi və əməldə IXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətləri olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Goranboy RPŞ-i idarəyə ##.##.2025-ci il tarixli *-**-**/*-*****/** saylı məktub göndərmişdir. Həmin məktubda Goranboy rayonu Qaradağlı kəndində yaşayan Qərardan şikayət verən orqan (şəxs) barəsində AR IXMnin 253.2-ci maddəsi ilə tədbir görülməsi qeyd olunmuşdur. Araşdırma müddətində Göygöl RMTM-nin ##.##.2026-cı il məktubunda sözügedən ərazidə kəsilmiş 02 (iki) ədəd iydə və akasya cinsli ağacların tam quru vəziyyətdə olduğu bildirilmişdir. Beləliklə də, Goranboy rayonu Qaradağlı kənd sakini Qərardan şikayət verən orqan (şəxs) Qaradağlı kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 02 (iki) ədəd quru iydə və akasya ağaclarını kəsdiyi üçün “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozaraq inzibati xəta törətmişdir. Faktla bağlı Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli MN******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2026-cı il tarixli icrası məcburi olan MN ******* saylı qərar çıxarılmış və Azərbaycan Respublikası IXM-nin 253.2-ci maddəsinə əsasən fiziki şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarın ləğv edilməsini və ** saylı RETS Idarəsi tərəfindən qəbul edilmiş cərimə qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətə etiraz edərək bildirdi ki, Goranboy rayonunun Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə və bir ədəd akasya cinsli ağacları kök boğazından kəsmişdir. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, şəhid X9 qardaşı X14 vəfat etdiyindən mərhumun yas mərasimini keçirmək üçün odun lazım olmuş və onlar yaşadıqları Qaradağlı kənd icra nümayəndəliyinə ərizə ilə müraciət etmiş, nümayəndəlik də bələdiyyə ilə razılaşaraq bələdiyyə torpağında olan iki ədəd quru ağacın kəsilməsinin mümkünlüyünü bildirmişdir. Onlar da yerli orqanların icazəsi ilə həmin ağacları kəsmək istəyəndə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, onlar da bildirmişlər ki, qeyd olunan quru, eyni zamanda da çürük ağacları nümayəndəliyin və bələdiyyənin göstərişi ilə şəhidin qardaşının yasını yola vermək üçün kəsmişlər. Bunu yerli icra nümayəndəliyi də təsdiq edə bilər. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Halbuki, qeyd etdiyi kimi onlar nümayəndəliyin və bələdiyyənin göstərişi ilə iki ədəd quru ağac kəsmişlər, onun da biri ümumiyyətlə gövdədə olmamış, çürük halda yerdə olmuş, digəri isə budaqlarsız, ancaq kötüyü olmuşdur ki, o da qurumuş halda olmuşdur. Odur ki, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdıraraq, qeyd olunan izahatları dinləyərək və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X8 qeyd edilən müraciəti əsasında nümayəndəlik tərəfindən yerləşdiyi yer göstərilməklə şifahi şəkildə 1 ədəd quru iydə və 1 ədəd quru akasya ağacının götürülə biləcəyinə razılıq verilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, şəxsin əməlinin IXM-nin 253.2-ci maddəsi ilə tövsif edilməsi üçün, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olmalı, həmçinin şəxs inzibati xətanı qəsdən törətməlidir. Hazırki halda isə müəyyən edilir ki, X8 mərhum həyat yoldaşı X14 yas mərasimi ilə bağlı oduna ehtiyacı olması barədə ## ###### 2025-ci il tarixində Qardağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı şəkildə müraciət etmiş, dövlət orqanın şifahi razılığı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən 1 ədəd quru iydə və 1 ədəd quru akasya ağacı ağacları kəsilmişdir. Yəni hazırki əməl Qərardan şikayət verən orqan (şəxs) qəsdi ilə əhatə olunmamışdır. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə Inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələriniqabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən hal Qərardan şikayət verən orqan (şəxs) Goranboy rayon Qaradağlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaqda quru halda olan bir ədəd iydə ağacının və bir ədəd akasya ağacını kökboğazından kəsməsi Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hesab oluna bilməz. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134, 136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar