Məhkəmə qərarları › İş №3(3-7)-247/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-247/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-247/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi - Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 327.2-cmaddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və qayda pozuntusuna görə sistemdən 3 cərimə balın silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ## #### 2026-cı il tarixdə H.Əliyev prospektində özünə məxsus “Kia Sorento” minik markalı **-BQ-*** nömrəli avtomobili ilə hərəkət edərkən saat 12:39 radələrində TŞK vasitəsilə guya sfetoforun qırmızı işığına riayət etməyib hərəkət etdiyinə görə DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən barəsində EQ ******** saylı protokol tərtib olunmuşdur. Protokolda onun svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində göstərilən tələblərin pozulması qeyd olunaraq IXM-nin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. O, svetoforun yaşıl işığında hərəkət etdiyini və svetoforun xəbərdar edici işığı olan sarı işığının işləmədiyini qeyd edir. Həmin yol ayrıcında daima YPX-nin əməkdaşları yolun 4 tərəfində xidmət aparırlar, əgər svetoforun qırmızı işığında keçsəydi onlar dərhal saxlayardılar. Video görüntüdə göründüyü kimi IXM-nin 327.2-ci maddənin tələbləri pozulmamışdır. Çünki avtomobili hərəkət edən zaman yaşıl işığın yandığının açıq aşkar görsəndiyini, piyada zolağının üzərində olan zaman svetoforun qırmızı işığının yandığını, həmin vaxt yolunu davam edib yolu boşaltmalı olduğunu bildirmişdir. Bu isə qanunla qadağan olunmur. Hüquqi cəhətdən burada əsas məsələ avtomobilin svetoforun hansı işığında yolayrıcına daxil olmasıdır, hansı işıqda yolayrıcını tərk etməsi yox. Yəni, əgər svetoforun yaşıl işığında yolayrıcına daxil olmuşsunuzsa və yolayrıcından keçib gedərkən sizin gəldiyiniz tərəfə artıq qadağanedici siqnal yanıbsa bu qaydalar çərçivəsindədir. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Gəncə şəhər məhkəməsi ##.##.2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli qərarın və EQ******** saylı protokolda DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli elektron qərarın ləğv edilməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və bu qayda pozuntusuna görə sistemdən 3 cərimə balın silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ## #### 2026- cı il tarixdə H.Əliyev prospektində ona məxsus Kia Sorento **BQ*** nömrəli avtomobili ilə hərəkət edərkən saat 12:39 radələrində məxsus TŞK vasitəsi ilə güya sfetaforun qırmızı işığına riayət etməyərək hərəkət etdiyinə görə DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən barəsində EQ ******** saylı protokol tərtib olunmuşdur. Protokolda onun Svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində göstərilən tələblərin pozulması qeyd olunaraq Inzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə törətmiş olduğu xətaya görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. O, bildirmək isdəyir ki, o, svetaforun yaşıl işığında hərəkət etmiş, Svetaforun xəbərdar edici işiğı olan sarı işığı işləmirdi, Həmin yol ayrıcında daima Ypx -nin əməkdaşları yolun 4 tərəfində xidmət aparırlar əgər o, svetaforun qırmızı işiğında keçsəydi onlar dərhal onu saxlayardılar. Video görüntüdə göründüyü kimi inzibati xətalar məcəlləsinin 327.2-ci maddənin tələbləri pozulmamışdır. Çünki onun avtomobili hərəkət edən zaman yaşıl işiğın yandığı açıq aşkar görsənir piyada zolağının üzərində olan zaman svetaforun qırmızı işığı yanır həmin vaxt o, yolunu davam edib yolu boşaltmalıdır. Bu isə qanunla qadağan olunmur. Hüquqi cəhətdən burada əsas məsələ avtomobilin svetaforun hansı işığında yolayrıcına daxil olmasıdır. Hansı işıqda yol ayrıcını tərk etməsi yox. Yəni əgər svetaforun yaşıl işiğında yol ayrıcına daxil olmuşsunuzsa və yol ayrıcından keçib gedərkən sizin gəldiyiniz tərəfə artıq qadağanedici siqnal yanıbsa bu qaydalar çərçivəsindədir. Eyni qayda pozuntusu ilə əlaqədar Gəncə şəhər məhkəməsinin hakimi Məhəmməd Həsənlinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətim təmin edilmiş , ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Lakin eyni qayda pozuntusu ilə əlaqədar Gəncə şəhər məhkəməsinin hakimi Liza Xanməmmədovanın ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayətim təmin edilməmiş ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməmişdir. Gəncə şəhər məhkəməsi ##.##.2026-cı il tarixli *(*- ***)-****/**** nömrəli qərarın və EQ******** saylı protokolda DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli elektrojn qərarın ləğv edilməsi in zibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və bu qayda pozuntusuna görə sistemdən 3 cərimə balın silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi və Gəncə şəhər məhkəməsi ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarın və EQ******** saylı protokolda DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli elektrojn qərarın ləğv edilməsi in zibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və bu qayda pozuntusuna görə sistemdən 3 cərimə balın silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1168/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:33:57 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospekti kəsişməsində "Kia Sorante" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydasını pozaraq inzibati xətanı törətmişdir. Buna görə də o, IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan və apellyasiya icraatı zamanı tətqiq edilmiş video görüntüdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:33:57 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospekti kəsişməsində "Kia Sorante" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilməmiş, svetoforun yaşıl işığında hərəkət etmişdir. Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 6-cı bəndinə əsasən-1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzədə tutulan halda sürücüləriə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəsini (kəsişmə yerini) göstərir. Bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulmuşdur ki,əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissəsinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən biavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Iş materiallarında olan ##.##.2026-ci il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərin surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:33:57 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospekti kəsişməsində "Kia Sorante" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75ci maddəsinin II hissəsində nəzərdə tutulan yolun hərəkət hissəsinin kəsişmə yerində, kəsişmə yerindən bilavasitə sonra tıxac yaranmamış və kəsişməyə daxil olan digər avtomobillər istiqamətlərinə uyğun olaraq hərəkətini davam etdirir, bununla da digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün mane yaranmır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin tərkibi yaranmır, ona görə də barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1168/2026 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlar əsasən və IXM-in 53, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1168/2026 saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitələrini idarə etmə hüququ bərpa edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar