Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-248/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti ** saylı Gəncə-X7 nümayəndəsi Əhmədli Elnur İlham oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti ** saylı Gəncə-X7 rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin ** saylı Gəncə-X7 baş məsləhətçi müfəttişi X2 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti ** saylı X3 Bölməsinin rəisi İlqar Məhərrəmov apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, işə birtərəfli və səthi yanaşaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü müdafiə xarakterli izahatını əsas götürmüş, məhkəməyə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi” qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. “Su təchizatı və tullantı suları haqqında” AR qanununun 1-ci maddəsinə, Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin qaydaların 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Eyni zamanda mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə əmələ gələn maye tullantıların idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in 1 və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, Tələblərin 1-ci bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Həmin Tələblərin 4-cü bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Video görüntülərlə və fotoşəkillərlə tullantı sularının xüsusi çəkilmiş boru vasitəsi ilə suvarma kanalına axıdılması faktı təsdiq edilir. Həmin mağaza faktiki olaraq fəaliyyət göstərir və orada balıqların təmizlənib satılması işin mübahizəsiz halıdır. Bundan əlavə, inzibati xəta haqqında iş üzrə icraata rəsmi qaydada dəvət olunmasına baxmayaraq vəzifəli şəxsin icraatda iştirak etməməsi və yazılı etiraz təqdim etməməsi onun davranışının hüquqi qiymətləndirilməsi baxımından nəzərə alınmalı idi. Məhkəmə isə bu halı nəzərə almadan, iş üzrə bütün faktiki halları araşdırmadan qərar qəbul etmişdir. Eyni zamanda, Gəncə şəhər Su kanal İdarəsinin Regional bölmənin sorğusuna verdiyi ##.##.2026-cı il tarixli cavab məktubu ilə təsdiq olunur ki, “Kür balıqları” mağazası kanalizasiya şəbəkəsinə qoşulmamış və müvafiq xidmət müqaviləsi mövcud deyildir. Bu hal tullantı sularının qanunsuz axıdılması faktını bir daha təsdiq edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında materiallarla birlikdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, qeyd olunan izahatları dinləyərək məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, tərtib olunmuş protokola əsasən Gəncə şəhəri, V.Tereşkova küçəsində yerləşən “Kür balıqları” mağazasında balıqların təmizlənməsi zamanı formalaşan tullantı sularının təyinatsız olaraq ##.##.2026-cı il tarixədək boru vasitəsi ilə mağazadan çölə, oradan isə Xan Samux suvarma kanalına axıdılması faktı aşkar edilməsi qeyd olunmuşdur. Lakin barəsində inzibati xəta haqqında icraat icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə təqdim etdiyi videogörüntüdən isə “Kür balıqları” mağazasının daxilində kanalizasiya sisteminin mövcud olması və xüsusi turbalar vasitəsilə mağazadan axıdılan çirkab sularının Xan- Samux suvarma kanalına deyil, boru vasitəsilə yeraltı kanalizasiyaya axıdılması görünür. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən sonuncu tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına dair hər hansı hal müəyyən edilməmiş, əksinə onun sahibkarı olduğu “Kür-balıqları” mağazasının daxilində kanalizasiya sisteminin mövcud olması və xüsusi turbalar vasitəsilə çirkab suların “Xan-Samux” suvarma kanalına deyil, turba vasitəsilə yeraltı kanalizasiyaya axıdılması müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, sözügedən mağazadan başqa protokolda qeyd edilən ərazidə məhz balıq məhsulları satılan digər bir neçə mağazanın da olması təqdim edilmiş videomateriallardan aydın şəkildə bəlli olsa da, protokol tərtib edilərkən axıntı sularının hansı mağazadan “Xan-Samux” suvarma kanalına axıdılması inzibati orqan tərəfindən araşdırılmamışdır. Beləliklə, məhkəmə qeyd edilən hallara münasibətdə bildirir ki, inzibati orqan tərəfindən inzibati xəta haqqında ## ###### 2026-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərkən “Xan-Samux” suvarma kanalına axıdılan tullantı sularının ətrafda olan mağazalarının hansı birindən axıdılması araşdırılmayaraq, tullantının məhz “Kür Balıqları” mağazasından axıdılmasını əsas gətirilmiş və vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM nin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati protokol tərtib etmişdir. Apellyasiya instansiyası zamanı da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirliliyini təsdiq edən sübutlar Məhkəməyə təqdim olunmamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, təkcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti ** saylı Gəncə-X7 nümayəndəsi tərəfindən təqdim edilmiş video-görüntüyə əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilinməsi əsassızdır, belə ki həmin video-görüntü ilə konkret olaraq çirkab su axıntısının hansı mağazadan axıdılması müəyyən olunmur, eyni zamanda təqdim olunmuş digər video-görüntü ilə mağaza daxilində axıdılan çirkab sualrının mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması müəyyən olunur. Bununla yanaşı, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranması üçün əsasların olmadığını tam araşdırmışdır. Bu da qanunun tələblərinin düzgün tətbiq və təfsir edilməsidir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-248/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-248/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver