Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-249/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin baş məslətçisi hüquqşünas X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X3 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərini pozaraq *-**- */*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubu əsasında tələb olunan iş vaxtının uçot cədvəli (tabellər), əmək haqqı və son haqq-hesabın hesablanıb ödənilməsini təsdiq edən sənədləri natamam təqdim etmiş, bununla da İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilmişdir. İŞİN HALLARI: ##.##.2025-ci il tarixdə vətəndaş X1 DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də rəsmi müddətsiz müqavilə ilə işə götürülmüşdür. İşə başlandığı gündən ##.##.2025-ci il tarixədək heç bir maaş ödənişi almamışdır. İşçi olaraq ona heç bir hesab nömrəsi, heç bir maaş kartı təqdim olunmayıb. Qeyd edilənləri nəzərə alaraq 6 aylıq əmək haqqı məbləğini və qanunla müəyyən edilmiş məzuniyyət pulunun verilməsinə köməklik göstərilməsi xahiş olunur. Müraciətlə əlaqədar olaraq zəruri sənədlərin təqdim edilməsi ilə bağlı İdarə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixdə sorğu məktubu göndərilərək 7 iş günü ərzində əmək haqqının hesablanması cədvəlləri və ödənilməsi ilə bağlı sənədlərin surəti (2025-ci il aprel-oktyabr ödəniş tapşırığı, bank çıxarışı; iş vaxtının uçotu cədvəllərinin surəti (2025-ci ilin aprel-oktyabr); son haqq-hesabına hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (ödəniş tapşırığı, bank çıxarışı); vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməsi xahiş olunmuşdur. “xxxx” MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən əlavə edilmiş çıxarışla müəyyən edilir ki, DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış məktub ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinə ödəniş çeklərini təqdim etmiş, əlavə olaraq bildirmişdir ki, həmin çeklərdən başqa əmək haqqı və son haqq hesabın hesablanıb ödənilməsini təsdiq edən sənədlər, həmçinin iş vaxtının uçot cədvəlləri mövcud deyildir. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan DƏMX-nin Hüquq İdarəsinin rəisi şikayət verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü ərzində Xidmətin Regional Şöbəsinə verilməsi tələb olunmuş, lakin MMC-i tərəfindən ##.##.2026-cı il tarixli məktublarla tələb edilən sənədləri natamam təqdim edərək ##.##.2026-cı il tarixdə İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticədə həmin tarixdən başlayaraq MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsinin tərkib əlamətləri yaranmış olur. Başqa sözlə, ##.##.2026-cı il tarixdə MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix hesab olunmalıdır. Ona görə də məhkəmə qərar qəbul edərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Elnur Yəhyazadə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan sənədlərdən göründüyü kimi DƏMX-nin Gəncə- Daşkəsən regional şöbəsinin ##.##.2025-ci il tarixli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına ##.##.2025-ci il tarixdə çatdırılmış, belə olan halda ##.##.2025-ci il tarixi sorğu üzrə məlumatların təqdim edilməsi üçün son gün hesab edilir, lakin MMC-i tərəfindən qeyd edilən sorğu üzrə məlumatlar ##.##.2026-cı il tarixdə idarəyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin əməl olunmasına dövət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələbi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış sorğu məktubuna MMC tərəfindən vaxtında cavab verilməməsi ##.##.2025-ci il tarixdən başladığı üçün MMC-nin əməlində İXMnin 539.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması istisna edilmir. Lakin İXM-nin 38.1-ci maddəsinin tələbinə görə İXM-nin 539.3-cü maddəsi “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara” fəslində yerləşdiyindən bu inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Başqa sözlə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix ##.##.2026-cı il hesab olunmasına baxmayaraq, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərarından verilmiş müraciət birinci instansiya məhkəməsinə ##.##.2026-cı il tarixdə daxil olmuşdur ki, bu da işə baxılanadək müəyyən edilmiş müddətin keçməsinə səbəb olmuşdur. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata müddətin ötürülməsi əsası ilə xitam vermişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-249/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-249/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver