Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-250/2026 01.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Iş materialına əlavə edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən, ##.##.2022-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cavabdeh Zərərçəkmiş şəxs xeyrinə ##.##.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “Icraata başlama haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Milliön elektron ödəmə sistemi”-dən olan ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, 4169-7388-****-**** saylı karta 400 manat ödənilmişdir. “Milliön elektron ödəmə sistemi”-dən olan ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, 4169-7388-****-**** saylı karta 200 manat ödənilmişdir. “Milliön elektron ödəmə sistemi”-dən olan ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, 4169-7388-****-**** saylı karta 500 manat ödənilmişdir. Tovuz rayon Icra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Inzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət verərək Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs növündə inzibati tənbeh verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment tutulması müəyyən edilmiş, ##.##.2025-ci il də Tovuz rayon Icra və Probasiya şöbəsində icraat başlanmış, ##.##.2026-cı ildə isə icra məmuru tərəfindən 600 manat borca görə IXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin tarixədək icra sənədi tam icra edilməmişdir. Sonradan ##.##.2026-cı ildə 400 manat, ##.##.2026-cı ildə 200 manat, ##.##.2026-cı ildə isə 500 manat ödəniş, cəmi 1100 manat qismən ödəniş edilmişdir. Deməli, birinci instansiya məhkəməsi qərar qəbul etdiyi anadək 1600 manatlıq borc tam bağlanmışdır. Bu halda IXM-nin 528.1-ci maddəsinin qeydinə nəzərdə tutulan məsuliyyətdən azadolma şərti formalaşmamışdır. Buna görə də işə xitam verilməsi hüquqi baxımdan yanlışdır. Borclunun şəkər xəstəliyi, Bakıda yaşaması, yolun uzaqlığı və işsiz olması barədə istinadlar birinci instansiya qərarında xəta tərkibini avtomatik aradan qaldıran hallar kimi qəbul olunmuşdur. Halbuki bu halların hər biri yalnız konkret sübutlarla təsdiq olunmalı, həmin hallar ilə icra sənədinin icra edilməməsi arasında səbəbli əlaqə müəyyən edilməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbs növündə inzibati tənbeh verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Əlavə olaraq bildirdi ki, qətnamənin icrasından yayınmaq kimi niyyəti yoxdur. Protokol tərtib edilən vaxtda ümumilikdə 2000 manat borcu olmuşdur. Borcundan 1100 manat (400 manat; 200 manat; 500 manat) ödəniş etmişdir. Qalan borcunu növbəti 2-3 ay ərzində aylıq aliment borcu ilə bərabər ödəyəcəyinə dair vəd verdi. Həmçinin qeyd etdi ki, ##.##.2026-ci il tarixdə “Milliön elektron ödəmə sistemi” vasitəsi ilə borcundan əlavə olaraq 250 manat ödəniş etmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqana məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin çıxışını dinləyib hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut Azərbaycan Respublikası IXM-in 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya məhkəməsi iclası zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, ##.##.2026-cı il tarixdə 250 manat tələbkar Zərərçəkmiş şəxs ödəniş etmişdir. Hazırki iş üzrə isə məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, onun ümumilikdə 2000 manat aliment borcu olmuş, ##.##.2026-cı il tarixdə 400 manat borcundan ödəniş etmişdir. Protokol tərtib edilmiş tarixə onun 1600 manat borcu qalmışdır. ##.##.2026-cı il tarixdə borcundan 200 manat, ##.##.2026-cı il tarixdə isə 500 manat, ##.##.2026-ci il tarixdə 250 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Məhkəmə iclasında verdiyi izahatında da o, borcundan ödənişlər etdiyini, icra sənədinin icrasından yayınmaq niyyətinin olmamasını bildirmiş və qalan borcunu qısa zaman ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Iş materiallarından görünür ki, həm inzibati protokolu tərtib edildikdən sonra, həm də birinci instansiya məhkəməsinin qərarının qəbul edilməsindən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment borcu üzrə ödənişlər həyata keçirilmişdir. IXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki vəziyyətdə qanunvericiliyin yuxarıdakı normalarından göründüyü kimi şəxsin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsinə dair sübutlar materiala əlavə edilməmişdir. Ona görə də iş materiallarında olan sənədlərlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. IXM-nin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, təqsirkara məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Habelə onun imklanları barədə icra məmurunda kifayət qədər məlumatlar olsa da borclu tələbi icra etməkdən yayınır və s. Belə hallarda IXM-nin 528.1-ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Həmçinin, Avropa Insan Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, ## ###### 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub- olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, № № *****/** və s., §§ 31-34, ## #### 2021). Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Avropa Məhkəməsinin istinad edilən qərarlarından, həmçinin materialda olan sənədlərdən məlum olur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki vəziyyətdə qətnamənin icrasından qərəzli şəkildə yayınması halı müəyyən edilmir. Qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurunun qanuni tələblərini icra etməmədə ifadə olunur. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda sadalanan hallara qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. IXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və IXM-nin 133, 134, 136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-250/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-250/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver