Məhkəmə qərarları › İş №3(3-7)-251/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-251/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-251/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun və onun vəkili X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (Sədrlik edən X2) ##.##.2004-ci il tarixdə Şəmkir rayon, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəmkir rayon, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) günmüddətinə inzibati qaydada həbs edilmiş, həbsinin əvvəlinin ##.##.2026-cı il saat 17:00- dan hesablanması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Şöbəsində tərtib olunmuş material baxılması üçün ##.##.2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu IXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, ##.##.2026-cı il tarixdə “TIK-TOK” sosial şəbəkəsində nalayıq sözlərdən istifadə etmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin vəkili X1 şikayət verərək Şəmkir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd olunan qərardan aşağıda qeyd olunan səbəblərə görə narazıyıq və ləğv edilərək, hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini istəyir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu Azərbaycan Respublikası IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa da, törətdiyi əməldən səmimi peşmandır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər heç bir şəkildə cəmiyyətə və ətrafında olan şəxslərə qarşı hər hansı hörmətsizlik etməmiş, hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Ilk dəfədir ki, inzibati xəta törədir və əməlindən səmimi peşmandır. Belə ki, ## ##### 2026-cı il tarixdə avtomobildə olarkən onun tərəfindən ifadə işlənilərkən "TikTok" sosial şəbəkəsi vasitəsilə açılmış canlının bağlanmış olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin ifadəni işlədərkən "TikTok" sosial şəbəkəsində canlı açıq olmuşdur. O, ümumiyyətlə həmin vaxt işlənmiş ifadələrin heç birini bilərəkdən, cəmiyyətə hörmətsizlik etmək məqsədilə ifadə etməmişdir. Həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhətində narahatçılıqiar vardır. Ona görə müalicə olunur, lakin barəsində inzibati həbs tənbehi tətbiq edildiyindən müalicəsini başa çatdıra bilməmiş, hal-hazırda səhhətində olan narahatçılıqlar davam edir. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun inzibati məsuliyyətə cəlb edildiyi maddənin sanksiyasında alternativ inzibati tənbeh nəzərdə tutulduğu halda məhkəmə tərəfindən onun ilk dəfə inzibati xəta törətməsi nəzərə alınmadan onun barəsində inzibati həbs tənbehi verilməsi ədalətli olmamışdır. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq Şəmkir Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun barəsində çıxardığı qərarın ləğv edilərək, ona daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, ##.##.2026-cı il tarixdə Şəmkir rayonunda yerləşən Baba lounge adlanan restoranda Elcan, Raul, Çingiz adlı dostları ilə oturmuşlar. Ordan çıxandan sonra evə getmək üçün Elcana məxsus olan Hundai Sonata markalı avtomobillə ordan çıxmışlar. Onun tərəfindən nalayiq ifadə işlənilərkən "TikTok" sosial şəbəkəsi vasitəsilə açılmış canlının bağlanmış olduğunu zənn etmişdir. Əməlindən səmimi peşman olmasını, gəncliyini, ilk dəfə inzibati məsuliyyəti cəlb olunmasını nəzərə alaraq ona yungül cəza verilməsini xahiş edir. Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlunun vəkili X1 apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq inzibati xəta törətmiş şəxsin səmimi peşman olmasını, gəncliyini, ilk dəfə inzibati məsuliyyəti cəlb olunmasını nəzərə alaraq ona daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını işin müəyyən olunmuş halları əsasında yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Iş materiallarında olan “Inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu ## ##### 2026cı il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Habil oğlu AR IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, ##.##.2026-cı il tarixdə “TIK- TOK” sosial şəbəkəsində nalayıq sözlərdən istifadə etmişdir. Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu Məcəllənin 510.2-ci və 510.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və təqsirini yüngülləşdirən halları, yaşını, sosial vəziyyətini, ilk dəfə inzibati məsuliyyəti cəlb olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı, tətbiq edilmiş inzibati tənbehin müddəti hissəsində dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş 15 (on beş) gün müddətinə inzibati həbsin müddəti 8 (səkkiz) günə endirilməlidir. IXM-nin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Ona təyin edilmiş 15 (on beş) gün müddətinə inzibati həbsin müddəti 8 (səkkiz) günə endirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar