Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-252/2026 16.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi X2 iştirakı ilə X4 Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarına əsasən X4 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin ##.##.2026-cı il tarixdən saat 16:10-dan hesablanması qərara alınmışdır. IŞIN HALLARI: Samux Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən X4 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli barədə ##.##.2026-cı il tarixli protokol tərtib edilmişdir. Həmin protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd oluna məhkəmə qərarı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Apellyasiya instansiyasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun müdafiəçisi şikayəti müdafiə etdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzadan azad olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş zərərçəkmiş şəxs və inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş səlahiyyətli orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxs və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, X4 və X1 cəmi 6400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq tələbkar Zərərçəkmiş şəxs Əliskəndər oğlunun xeyrinə verilməsi qət edilmişdir. ## ###### 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə borclu X4 Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. ## ###### 2017-ci il tarixli, ## ###### 2020-ci il tarixli, ## #### 2021-ci il tarixli,## ######## 2023-cü il tarixli və ## ##### 2025-ci il tarixli borcluya ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, X4 icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Polis Şöbəsinin Samux Rayon Icra və Probasiya Şöbəsinə ünvanladığı məktubların surətindən görünür ki, X4 barəsində ## #### 2018-ci il tarixdə, ## ###### 2020cı il tarixdə, ## ### 2021-ci il tarixdə, ## ###### 2022-ci il tarixdə, ## ###### 2023-cü il tarixdə, ## ######## 2025-ci il tarixdə, ## ####### 2025-ci il tarixdə, müxtəlif axtarış işləri açılmışdır. Samux Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli qərardadına əsasən borclu X4 ölkədən getmək hüququ müvəqqəti məhdudaşdırılmışdır. Samux Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *-(***)***/**** saylı qərarının surətindən görünür ki, X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, X4 icra sənədinin icrası ilə bağlı Samux Rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmişdir. IXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, IXM-nin 528.1-ci maddəsində qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, X4 Rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbirini tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin X4 barəsində 08 gün müddətində inzibati həbs tənbeh tədbirini tətbiq etməsi inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Bu səbəbdən də müdafiə tərəfinin dəlilləri Zəminə Quliyevaya tətbiq olunmuş həbs inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Beləki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin dəlilləri iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunan dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, qərar şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Samux Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-252/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-252/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver