Məhkəmə qərarları › İş №3(3-7)-253/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-253/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-253/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin ** saylı Gəncə-X5 baş məsləhətçi müfəttişi Həsənov İlkin Ələddin oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesinin sol istiqamətində yerləşən “Bağdad” restoranın sahibkarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2026-cı il tarixədək şəbəkəyə qanunsuz olaraq qoşulması faktı aşkar edilmiş, nəticə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-nin 262.3-cü maddəsinin tələbləri pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Xanməmmədova Liza) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: 6100145292) Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI: ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesində yerləşən “Bağdad” restoranına diametri 20 mm olan plastik boru vasitəsi ilə su xəttinə qanunsuz qoşulduğu aşkar edilmişdir. - Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair elektron çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi ödəyicisi olan vəzifəli şəxsdir (VÖEN: 6100145292). - Fotoşəkillərə və DVD diskə baxış keçirilən zaman plastik boru vasitəsi ilə su xəttinə qanunsuz qoşulması aşkar edilməsi müəyyən olunur. - ##.##.2026-cı il tarixdə X1 tərəfindən bölmədə verdiyi izahatdan görünür ki, “Onunla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesinin sol istiqamətində yerləşən “Bağdad” restoranın sahibi Şiraslan Abdullayev ilə aralarında olmuş şifahi razılaşma əsasında 2025-ci ilin may ayının əvvəlindən dekabr ayının əvvəlinə qədər həmin restoranı istifadə etmiş, dekabr tarixindən restoranı ona təhvil verərək fəaliyyətini dayandırmış, eyni zamanda o, həmin restoranı işlətdiyi zaman restoranda su xətti var idi, o da həmin xətdən istifadə etmişdir......“. - ## #### 2026-cı il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesində yerləşən “Bağdad” restoranında su təchizatı xəttinə müqaviləsiz qeyri-qanuni qoşulma olunduğu üçün Azərbaycan Respublikasının Sudan İstifadə Qaydalarının * saylı cədvəlinə 2052 m3 su təchizatı xəttindən qanunsuz istifadəyə görə Gəncə şəhər Sukanal İdarəsinə dəymiş ziyanın məbləği 2052 manat təşkil edir. - ## #### 2026-cı il tarixli məktub görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, G əncə-Göygöl şossesinin sol istiqamətində yerləşən (40 38 `16.71 "N **° 17 69" E) təsərrüfat subyekti (obyekti) hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN: 6100145292) istifadəsindədir. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı yalnız protokol, fotoşəkillər və DVD materiallarına əsaslanmışdır. Lakin həmin sübutlar onun tərəfindən inzibati xətanın törədildiyini birbaşa və şübhəsiz şəkildə təsdiq etmir. İş materialında olan foto və video görüntülərin mənsubiyyəti, çəkilmə tarixi və dəyişdirilib-dəyişdirilməməsi müəyyən edilməmiş, bu sübutlar üzrə ekspertiza aparılmamışdır. Eyni zamanda onun həmin obyekt üzrə qeyd olunan inzibati xəta ilə bağlı real olaraq sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs deyil, yalnız vergi uçotunda olan VÖEN məlumatının mövcudluğu onun faktiki olaraq obyektin idarəçisi, istifadəçisi və ya istismarçısı olduğunu sübut etmir. Obyektin fəaliyyətinə başqa şəxslər tərəfindən də nəzarət həyata keçirilə bilər, lakin bu hal da araşdırılmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati orqanın etibarnamə üzrə nümayəndəsi İlkin Həsənov şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, inzibati protokolu o, özü tərtib etmişdir. Gəncə şəhər Sukanal İdarəsindən daxil olmuş müraciət əsasında araşdırılma aparılmış və hadisə yerində baxış keçirtməklə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesində yerləşən “Bağdad” restoranında su təchizatı xəttinə müqaviləsiz qeyri-qanuni qoşulması aşkar olunmuş, həmin xüsusatlar fotoşəkillərlə öz təsdiqini tapmışdır. Hadisə yerində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verməkdən imtina etmiş, lakin şifahi şəkildə işlətdiyi restoranın su təchizatı xəttinə icazəsiz qoşulmasını göstərmişdir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Şiraslan Abdullayev üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən, eləcə də fotoşəkillər və DVD diskdəki video görüntülərdən göründüyü kimi Gülüstan qəsəbəsi, Gəncə-Göygöl şossesinin sol istiqamətində yerləşən (40 38 `16.71 "N **° 17 69" E) fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlətdiyi “Bağdad” restoranına diametri 20 mm olan plastik boru vasitəsi ilə su xəttinə qanunsuz qoşulması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilən zaman sözügedən restoranın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olması və onun vəzifəli şəxs kimi vergi ödəyicisi olması da mötəbər sübutlarla öz təsdiqini tapır. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlilləri sübut edən mötəbər sübutlar təqdim olunmadığına görə protokolun ləğv olunması və iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar