Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-254/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 08 aprel 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim E.Məmmədov) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. IŞIN HALLARI Iş materiallarında olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş borcluya təqdim edilmişdir. Borclu Gəncə şəhər Icra Idarəsinə verdiyi izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır,hər iki uşağa görə 280 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödəməlidir, uzun müddətdir ki, alimenti ödəmir, alimenti ödənilməsi barədə heç bir qəbz yoxdur. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti və əmlakı müəyyən edilməmişdir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci tarixli qərardadından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş və qərarın icrasının Gəncə Şəhər 2-ci Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Iş materiallarında olan Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti vərərək Gəncə Şəhər Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edib, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 12 və 14 yaşlı uşaqlarının hər birinə hər ay 140 manat aliment verməli olan, lakin bu və ya digər yollarla, o cümlədən adına pul və əmlak qeyd etdirməmək üsulu ilə aliment ödənişindən qərəzlə yayınan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona 17.360 manat borcu yaranmışdır. Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru Ü.Quliyev aliment ödənişindən qərəzlə yayınmasına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edib, məhkəməyə göndərmiş, məhkəmə isə ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarla iş üzrə icraata xitam vermişdir. Məhkəmənin həmin qərarını qanunsuz hesab edir. Belə ki, 2024-cü ildə icra işi icra məmuru Nazim Məmmədovda olanda o, ödənişi təmin edəcəyini vəd edib, ona ərizə yazdıraraq icra sənədini məhkəməyə qaytarmışdır. Aldadılmağı aşkar olandan sonra o, ##.##.2025-ci ildə icra vərəqəsinin məhkəməyə göndərilməsi barədə öz ərizəsini vermişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alimenti asanlıqla ödəmək imkanında olsa da aliment ödənişindən təkidlə yayınmış, bildirmişdilər ki, onu doğrasalar da aliment verməyəcək. Təkbaşına 12 və 14 yaşlı 2 uşağa baxmaq nəinki çox ağırdır, vəziyəti çıxılmazdır. O, çox kiçik olan alimentin miqdarını qaldıra bilərdi. Bunu etməyib bir uşağa cəmi 140 manat olan alimentin ödənilməsini gözləyir. Lakin ödəniş yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onu uyğun izahat vererək, şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk öncə əvvəl borclu ilə razılığa gəlmiş, lakin borclu ödəniş etmədiyindən bu razılıq pozulmuşdur. Odur ki, alimentin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək bildidi ki, apellyasiya şikayətinə etiraz edir, təmin edilməməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, o, tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəldikdən sonra onun kart hesabına ödənişlər etmiş, lakin nə qədər ödənişlər etdiyini bilmir. Bir müddət Bakı şəhərində anası ilə yaşamış, həmin vaxtlar ödəniş edə bilməmiş sonra isə Gəncə şəhərinə gəlib həm işləyəcəyini, həm də uşaqlarına yaxın olmaq istəyini bildirmişdir. Həmçinin qeyd etdi ki, o, maşınyuma məntəqəsində günəmüzd işləyir. Borcunu tam şəkildə yox, hər ay mütəmadi olaraq ödəyəcəyinə söz verir. ##.##.2026-cı il tarixdə məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 bildirdi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə Icra Idarəsində razılığa gələrək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə ərizə yazaraq, işi geri qaytarmışdırlar. Lakin razılıq pozulduğu üçün iş yenidən icraya yönəldilmiş və nəticədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünkü günə 17360 manat aliment borcu yaranmışdır. Borclu şifahi çağırışlara məhəl qoymadığından, polis tərəfindən axtarış qərarı ilə gətirilmişdir. Həmçinin icra işi arxivdə olmadığına görə, icra vərəqəsinə əsasən borcu müəyyən etmək mümkün olmamış, borclu tərəfindən ödəniş edilib edilməməsi müəyyən edilə bilməmiş, ödəniş qəbzlərin mövcudluğunu müəyyən etmək mümkün olmadığından borc 2021-ci il tarixdən protokol tərtib edilən tarixədək hesablanmışdır. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Gəncə Şəhər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materialına Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ***/**** saylı icra vərəqəsi, ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildiriş, borclunun Gəncə şəhər Icra Idarəsinə verdiyi izahat, müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və ##.##.2026-cı il tarixli borclunun axtarış qərarı əlavə edilmişdir. Digər icra işinə aid olan sənədlər mövcud olmadığından iş materiallarına əlavə edilməmiş, nəticədə məhkəməyə sübutlar təqdim etmək imkanından məhrum olmasına səbəb olmaqla hərtərəfli məhkəmə araşdırılması aparılmaması ilə nəticələnmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi icra işi ilə bağlı araşdırma aparmamış, müvafiq sorğular verməmiş, icra işinin məhkəməyə nə vaxt qaytarılması, həmin vaxta qədər borclu tərəfindən ödəniş edilib edilməməsi araşdırılmamış, icra işinin nə vaxt yenidən geri qaytarılması, həmin vaxtdan sonra borcun məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparmayaraq yalnız iş materiallarında olan sənədləri rəhbər tutaraq heç bir hüquqi əsaslandırma aparmadan qərar qəbul etmiş və nəticədə Azərbaycan Respublikası IXM-nin 528-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin olub-olması məsələsinin araşadırılması ilə nəticələnmişdir. “Icra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göründüyü kimi birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirlilik məsələsini həll etməmiş, icra işi ilə bağlı heç bir araşdırma aparmamış, lazımi sübutların təqdim edilməsi üçün müvafiq sorğular verməmiş, iş materiallarında olan sənədlərlə kifayətlənmiş və inzibati xəta haqqında iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Apellyasiya şikayətində qeyd edilən xüsusatlar və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə onu deməyə əsas verir ki, qanunvericiliyin tələblərini gözləməməsi inzibati xəta haqqında materialın hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuş və yekunda qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini nəticə hissəsində ifadə edərək göstərilir ki, “Apellyasiya məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin qərarda daha sonra qeyd edilir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır“. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X2rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, yeni araşdırma zamanı işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, tərəflərin, , inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxsin izahatları alınmalı, icra işinin məhkəməyə nə vaxt qaytarılması, həmin vaxta qədər borclu tərəfindən ödəniş edilib edilməməsi araşdırılmalı, icra işinin nə vaxt yenidən geri qaytarılması, həmin vaxtdan sonra borcun məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirlilik məsələsi dəqiq müəyyən edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin məcəllənin 134.1.4-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə göndərilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134, 135, 136, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I : Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-254/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-254/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver