Məhkəmə qərarları › İş №3(3-7)-255/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-255/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-255/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Gəncə şəhər BPI-nin X1 Şöbəsinin R X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Gəncə şəhər BPI-nin X1 Şöbəsinin R X2 tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, ##.##.2026-cı il tarixdə **-JZ-*** dövlət qeydiyyat nişanlı, “YUTONG BUS ZK6890HGO” markalı sərnişin avtobusu ilə saat 16:21-də Gəncə şəhəri, Sovxoz-Nizami dairəsi istiqamətində təyin olunmuş xətt üzrə avtobus zolağında hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən **-RD-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik avtomobilinin sürücüsü arxadan gələrək ötmə əməliyyatı həyata keçirmək istəmişdir. Lakin qarşıdan gələn nəqliyyat vasitəsini gördüyünə görə sürücü avtomobilin əyləc sistemini verərək sürətini azaltmış və yenidən avtobusun arxasına daxil olmağa çalışarkən, onun idarə etdiyi avtobusu vuraraq zədələmişdir. Gəncə şəhər DYPŞ-nin YPX-nin baş inspektoru R X2 tərtib etdiyi ##.##.2026-cı il tarixli TP ******* saylı Inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JZ-*** DQN-lı “YUTONG BUS ZK6890HGO” markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Odur ki, TP ******* nömrəli, ##.##.2026-cı il tarixliqərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində Gəncə şəhər BPInin X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Gəncə şəhər BPI-nin X1 Şöbəsinin R X2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarını ləğv edilməsini və ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Aşağıda qeyd olunanalara görə məhkəmənin qərarını qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Məhkəmə iclasının tarixi və yeri barədə lazımınca məlumat verilməmiş iştirakıları olmadan işə tək tərəfli sübutlar əsasında qiymət verilmiş, məhkəmə iclasına Təhlükəsiz şəhər Xidmətinin kameralarından görüntüsü istənilməmiş və əsassız olaraq ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Odur ki məhkəmə BakuBus MMC tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilən zaman o qənaətə gəlmişdir ki, Chevrolet Cruze markalı minik avtomobili ötmə etmişdir. Lakin qarşıdan nəqliyyat vasitəsi gəldiyi üçün sağa manevr etmişdir. TŞX-nin həmin ərazidə olan video kamerasına baxış keçirilən zaman görünür ki, Yutong Bus ZK6126HG avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət istiqamətindədir. Lakin qarşısında dayanmış nəqliyyat vasitəsi olduğundan hərəkətini davam etdirmək üçün sola manevr edir və düzünə hərəkətdə olan Chevrolet Cruze markalı minik avtomobili ilə toqquşur. Odur ki, qeyd olunanlara əsasən Gəncə Şəhər Məhkəməsinin *(*- ***)-***/**** saylı qərarını ləğv edilməsini və ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Apellyasiya məhkəmə iclasında Gəncə şəhər BPI-nin X1 Şöbəsinin R X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli , *(*-***)-***/**** saylı qərarını ləğv edilməsini və ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin edilməməsini və birinci insansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarinda olan hadisənin görüntülərini özündə əks etdirən DVD-diskdən görünür ki, “Yutong Bus ZK6126HG” avtobus markalı nəqliyyat vasitəsi yolun sağ zolağı ilə hərəkət edərkən, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin sürücüsü həmin avtobusun sol tərəfindən ötmə əməliyyatını həyata keçirərkən qarşıdan digər avtomobilin gəldiyini, ötmə əməliyyatını başa çatdıra bilməyəcəyini görür və əyləcdən istifadə edərək yavaşladıqdan sonra “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobilini sağa, yəni avtobusa tərəf sıxaraq (qəzadan yayınmaq üçün) sözügedən avtobusla (avtobusun sol arxa tərəfi) toqquşur. Gəncə şəhər BPI-nin X1 Şöbəsinin R X2 təqdim etdiyi TŞX-nin hadisənin baş verməsini özündə əks etdirən videogörüntüsündən məlum olur ki, Yutong Bus ZK6126HG avtobus markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət istiqamətindədir, hadisə baş verən zaman apellyasiya şikayətində göstəriləndən fərqli olaraq, sola manevr etməsi müəyyən olunmur. Iş materiallarinda olan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər BPI-nin X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-970/2026saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar