Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-256/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Kəlbəcər Rayon Məhkəməsinə yazılı şikayət verərək, barəsində X8 Xidmətinin X23 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin Gəncə X9 tərəfindən onun barəsində ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar heç bir qanunvericiliyə əsaslanmamışdır. Belə ki, Göygöl Rayon Prokurorluğu tərəfindən qərəzli formada qəbul edilmiş qərar üzrə inzibati xəta haqqında icraat prokurorluq tərəfindən başlanmış və X8 Xidmətinin X23 göndərilmişdir. Inzibati xəta haqqında icraat zamanı X8 Xidmətinin X23 aidiyyəti əməkdaşları heç bir araşdırma aparmadan, onu və ya qarşı tərəfi qəbul etmədən birbaşa cərimənin tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Əgər qarşı tərəfin yenidən izahatı alınsa, həmin şəxs əsl həqiqətləri, yəni onun yanında çoban kimi işləmədiyini, heyvanları onun yanında şərikli formada saxladığını bildirərdi. Göygöl Rayon Prokurorluğu tərəfindən qərəzli formada başlanmış inzibati icraat və X8 Xidməti X23 tərəfindən ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassız və qərəzli formada tətbiq edilmişdir. O və qarşı tərəfin məhkəmənin hüzurunda əsl həqiqətləri bildirmələri üçün onların məhkəməyə dəvət edilməsini, bütün tərəflərin dinlənilib ədalətli hökm çıxarılmasını və əsassız formada tətbiq edilmiş qərarın ləğv edilməsini xahiş edir. Bundan başqa, X8 Xidmətinin X23 tərəfindən ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun fiziki şəxs olduğu qeyd olunmasına baxmayaraq, fiziki şəxs üçün nəzərdə tutulmuş cərimədən artıq cərimə yazılmışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Lakin o, fiziki şəxs olmasına baxmayaraq, onun barəsində 3500 (üç min beş yüz) manat cərimə yazılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X23 rəisi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında hazırki işin icraatına Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən- təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq idarəsi apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və Xidmətin X23 rəisinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını bununla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən işçinin işlərin görülməsinə cəlb edilməsi sübuta yetirilməmişdir və Xidmət tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati material Göygöl Rayon Prokurorluğu tərəfindən X8 Xidmətinə daxil olmuşdur. zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Göygöl rayonunun Toğanalı kəndi ərazisində yerləşən fermada 2025-ci ilin iyul və avqust aylarında, X2 isə 2025-ci ilin oktyabr ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduqları müəyyən edilmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş izahatların surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) məxsus fermada işlərə cəlb edilmiş lakin bu barədə əmək müqaviləsi bağlamamışdır. Bundan əlavə barəsindən inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) da izahatında zərərçəkmiş şəxs1la əmək müqaviləsi bağlamadığı etiraf etmiş və inzibati xəta hadisəsinin mövcudluğu təsdiq edilmişdir. Beləliklə Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilən ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən məhkəmə araşdırmasının sadəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü müdafiə məqsədi ilə sonradan formalaşdırdığı mülahizələrə əsaslanmış, sübutlara hüquqi qiymət verilməmişdir. Inzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş, qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Nəticədə, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Xidmətin X23 tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Inzibati icraat aparıldığı dövrdə qüvvədə olan redaksiyasında Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”. Lakin, barəsində inzibati icraat aparılmış şəxs tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçi hüquqi qüvvədə əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda, vəzifəli şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Inzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və Xidmətin X23 rəisinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə məlumat verilsə də, Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X1 Müfəttişliyi Xidmətinin nümayəmdəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ikinci (II) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”-nə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına görə düzgün nəticəyə gəlməmiş və səlahiyyətli orqanın qərarını ləğv etməkdə haqlı olmamışdır. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tamamilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Göygöl rayon prokurorunun böyük köməkçisi X11 tərəfindən ***-c/** saylı material üzrə qəbul etdiyi “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, X5 Qərardan şikayət verən orqan (şəxs) prokurorluğa verdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırma nəticəsində Qərardan şikayət verən orqan (şəxs) barəsində cinayət işi başlanmasının rədd edilməsi, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və X2 Göygöl rayonu, Toğanalı kəndi ərazisində yerləşən fermada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün materialların aidiyyəti üzrə Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan Göygöl rayon prokuroru, R X3 icraatında olan **-*-*-*-***-**** nömrəli material üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) (FIN:*******; VÖEN: 5800299492) barəsində Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X8 Xidmətinin X23 göndərilməsi qərara alınmışdır. Iş materiallarında olan X8 Xidmətinin X23 rəisi X4 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərara əsasən, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Göygöl rayonu, Toğanalı kəndi ərazisində yerləşən fermada 2025-ci ilin iyul və avqust aylarında, X2 isə 2025-ci ilin oktyabr ayından əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarına görə Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) Göygöl rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı verdiyi izahatdan görünür ki, o, izahatında zərərçəkmiş şəxs1 ona məxsus fermada çoban işlədiyini və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Iş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X8 Xidmətinin X23 verilmiş ## ###### 2026-cı il tarixli izahatdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixli Göygöl rayon prokurorluğuna təqdim etdiyi izahatında yazdıqları ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Iş materiallarında olan X6 rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı verdiyi izahatdan görünür ki, o, izahatında zərərçəkmiş şəxs1 qardaşı Qərardan şikayət verən orqan (şəxs) məxsus fermada çoban işlədiyini bildirmişdir. Iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və Şahid tərəfindən Göygöl rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı verilmiş ##.##.2025-ci il tarixli izahatların surətlərindən görünür ki, onlar həmin izahatlarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) məxsus fermada işlərə cəlb edildiklərini və ayda 600 manat əməkhaqqı aldıqlarını, lakin bununla bağlı əmək müqaviləsi bağlanmadığını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və X2 Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Göygöl rayonu, Toğanalı kəndi ərazisində yerləşən ona məxsus fermada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi həmin sübutlarla təsdiq olunur. Barəsində inzibati xəta haqqlnda iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1 və X2 işlərin yerinə yetirilməsinə cəlb emədiyini iddia etsə də, həmin hallar həqiqətə uyğun olmamaqla iş materialları ilə təkzib olunur. Qeyd edilənlər Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən hallarla bağlı verdiyi izahatın məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığı qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X2 izahatında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işə cəlb edilmədiyini, sonuncu ilə bidlikdə şərikli xırdabuynuzlu hevan saxladıqlarını bildirsə də, onun izahatında göstərdiyi bu xüsusatlar həqiqətə uyğun olmamaqla iş materialları və özünün Göygöl rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı verdiyi izahatı ilə təkzib olunur və Qərardan şikayət verən orqan (şəxs) müdafiə məqsədi ilə verilən izahat kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutları hərtərəfli və qarışılıqlı şəkildə tədqiq edib onlara mötəbərliyi baxımından düzgün qiymət verməmiş və nəticədə işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilərkən qanunun tələblərinə əməl edilmişdir. IXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qənaətinə gəlməyə heç bir əsas yoxdur. IXM-nin 134-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X23 Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti əsaslı olduğundan təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X23 Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-256/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-256/2026
06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver