Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-257/2026 17.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə Bərdə rayon prokuroru Rəşad Isgəndərovun ##.##.2025-ci il tarixli "Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarının ləğv edilməsi barədə şikayət və ona əlavə olunmuş sənədlərin X1 geri qaytarılması barədə Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: X1 barəsində tərtib olunmuş Bərdə rayon prokuroru Rəşad Isgəndərovun ##.##.2025-ci il tarixli "inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarından birinci instansiya məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (sədrlik edən Bayram Məhərrəmov) qərarı ilə Bərdə rayon prokuroru Rəşad Isgəndərovun ##.##.2025-ci il tarixli "Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarının ləğv edilməsi barədə şikayət və ona əlavə olunmuş sənədlərin X1 geri qaytarılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Materialdan görünür ki, Bərdə Rayon Məhkəməsində inzibati xəta haqqında qərar ## ###### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə çıxarılmışdır. Iş materiallarında olan qəbzdən görünür ki, qərarın surəti X1 ## ###### 2026-cı il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Bundan sonra, X1 tərəfindən ## #### 2026-ci il tarixdə şikayət tərtib edilərək Bərdə Rayon Məhkəməsinə göndərilmişdir (şikayət dəftərxanaya birbaşa ## #### 2026-cı il tarixdə təqdim edilmişdir). Göründüyü kimi, X1 tərəfindən şikayət, apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Belə ki, IХM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayəti araşdıraraq və təqdim оlunmuş inzibati materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, X1 tərəfindən qərardan şikayət vеrmə müddəti burахıldığındаn şikаyət bахılmаmış sахlаnılmаlı, şikayətin Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməli, şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Bərdə Rayon Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilməli, mаtеriаl birinci instаnsiyа məhkəməsinə qаytаrılmаlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: X1 şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən bахılmаmış sахlаnılsın və Gəncə Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsin. Şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə (Bərdə Rayon Məhkəməsinə) vəsаtət vеrmək hüququ izаh еdilsin. X1 Bərdə rayon prokuroru Rəşad Isgəndərovun ##.##.2025-ci il tarixli "Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında" qərarından verdiyi şikayətə dair material birinci instansiya məhkəməsində qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-257/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-257/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver