Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-258/2026 17.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi (vəkil) X4 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinə əsasən 3290 manat aliment borcu vardır. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Abdullayev Fərman) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbsetmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 16:20-dən hesablanmışdır. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş sənədlər: Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2021-ci ildə təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 xeyrinə sonrakı artımlar nzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. ##.##.2025-ci il tarixli “Icraata başlama haqqında“ qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlandıldığı bildirilmiş və könüllü olaraq tələbi ödəməsi üçün 10 gün müddət verilmişdir. ##.##.2025-ci il tarixli “Tələbin könüllü icrası haqqında“ bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə yaranmış borcu könüllü olaraq ödəməsi üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, böyük icra məmuru X5 ##.##.2025-ci il tarixli təqdimatına əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 8 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, lakin gündəlik tələbata uyğun əmlakdan başqa üzərinə həbs qoyulacaq heç bir əmlak aşkar edilməmişdir. Protokolu tərtib edən orqan tərəfindən Bərdə rayon Polis Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli ******/** saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sahə müvəkkilinin müşayəti ilə gətirilməsinə köməkdarlıq bildirilməsi xahiş olunmuşdur. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərinə əsasən 3290 manat aliment borcu vardır. Inzibati xəta haqqında iş üzrə materiala baxan Bərdə Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq stabil gəliri olmadığından icra sənədi üzrə alimenti tam ödəyə bilməmiş, ailədə yeganə qazanc gətirən şəxsdir. 2025-ci ilin dekabr ayında icra sənədi üzrə yaranmış borca görə barəsində inzibati həbs tənbeh tədbiri görülmüş, bundan sonra borclu özünün nəqliyyat vasitəsini sataraq tələbkara 1500 manat aliment ödəmişdir. Bundan başqa, uşaqlara əlavə maddi yardım göstərir, həmçinin onların gündəlik məktəbə və hazırlıq kurslarına gedərkən 15 manat taksiyə veriləcək xidmət haqlarını ödəyir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq məhkəməyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 2 və 3 aprel tarixlərdə 60 manat və 150 manat ümumilikdə 210 manat pulun zərərçəkmiş şəxsin hesabına ödəməsini təsdiq edən ödəniş çeklərinin surətini təqdim etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və tələbkar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və tələbkarın iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində böyük icra məmuru X5 protokolu müdafiə edərək göstərdi ki,........hazırda icra sənədi üzrə borclunun tələbkara 3290 manat borcu yaranmış və borcun ödənilməsini təmin etməmişdir. Tələbkar borcun ödənilməsini tələb edir. Lakin borclu borcun ödənilməsindən yayınmış və icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmişdir, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini üzürsüz səbəbdən icra etməmiş, həmçinin Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il taixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədini icra etmədiyinə görə barəsində 1 (bir) bir dəfə IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. “Icra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə IXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iclası zamanı borclunun barəsində ## ##### 2026-cı il tarixli protokol tərtib edildikdən sonra sonuncu tərəfindən heç bir ödəniş olunmamış, ödənilməli borc pulun hamısını ödəməyə maddi imkanının olmamasını və işsiz olmasını əsas gətirməsi isə sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh IXM-nin 21 və 31-ci maddəsinə uyğundur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-258/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-258/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver