Məhkəmə qərarları › İş №3(3-7)-260/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-260/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-260/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlunun nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsi (bundan sonra – X3 Xidmətinin Qarabağ regional şöbəsi) tərəfindən tərtib olunmuş ş «Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarı üzrə icraata xitam verilməsinə dair Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-127)-21/2026 nömrəli qərarından X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsi (bundan sonra – Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi) tərəfindən çıxarılmış «Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Inzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmiş, təyin olunmuş inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən olunmuşdur. Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan məhkəməyə şikayət vermişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs tərəfindən sübutlar və onların qiymətləndirilməsinə dair inzibati xəta qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə törətmədiyi inzibati xətaya görə barəsində əsassız və qanunsuz olaraq cərimə növündə tənbeh tədbiri şərti olaraq tətbiq edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mülki işçisi X2 işdən azad edildikdən sonra Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi şikayət etmişdir. Rəşadət Hacıyevin müraciətinin araşdırılması üçün hərbi hissəyə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli sorğu göndərilmişdir. Müvafiq göstəriş tərəfindən tam icra olunmuş və orada göstərilən sənədlər ##.##.2025-ci il tarixli *-**-***/*-****/**** nömrəli məktuba əlavə edilməklə həmin tarixdə qaydalara uyğun olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. Bu barədə ##.##.2025-ci il tarixdə *** nömrəli reyestr tərtib olunmuşdur. Həmçinin bu barədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “Göndərilən sənədlərin qeydiyyatı” jurnalında da qeydiyyat aparılmışdır. Göstərişin gec icra olunmasının səbəbi hərbi hissənin maliyyə xidmətinin rəisi-baş mühasibi X5 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə qədər Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olması olmuşdur. Buna baxmayaraq Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq protokol əsasında həmin şöbənin vəzifəli şəxsinin qəbul etdiyi «Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarla barəsində 1000 manat cərimə tənbehi tətbiq olunmuşdur. Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən iddia olunan bir xətaya, yəni eyni xətaya görə vəzifəli şəxs olaraq özünün inzibati məsuliyyətə cəlb olunması ilə yanaşı hüquqi şəxs olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi barəsində də Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ##.##.2025-ci ildə MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə müvafiq göstərişin üzürlü səbəbdən gecikməklə icrasını nəzərə almaqla qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-127)-21/2026 saylı qərarı ilə Şikayət təmin edilmiş və vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən çıxarılmış «Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi, Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayət verərək Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5- 127)-21/2026 qərarının ləğv edilməsi və Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Aşağıda qeyd olunanlara əsasən, Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və X3 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh vermə haqqında ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsində aparılan araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs N nömrəli hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Poçt göndərişlərinin izlənməsi barədə elektron sistemə baxış zamanı müəyyən olunmuşdur ki, Xidmətin Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli 3-17-5/2- *****/**** nömrəli məktubu ##.##.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs N nömrəli hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) çatdırılmışdır. (SS963695533AZ) Lakin məktubda zəruri olan sənədlər təqdim edilməmişdir. Bundan başqa məhkəmə prossesi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs N nömrəli hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi izahatında müvafiq göstərişin tərəfindən tam icra olunmasını və orada göstərilən sənədlərin ##.##.2025-ci il tarixli *-**-***/*-****/**** nömrəli məktuba əlavə edilməklə həmin tarixdə qaydalara uyğun olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verildiyini bildirmişdir. Əlavə olaraq bu barədə ##.##.2025-ci tarixdə *** nömrəli reyestr tərtib olunduğun həmçinin bu barədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin "Göndərilən sənədlərin qeydiyyatı" jurnalında da qeydiyyat aparıldığını bildirmişdir. Nümayəndə göstərişin gec icra olunmasının səbəbini hərbi hissənin maliyyə xidmətinin rəisi-baş mühasibi X5 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə qədər Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicədə olmasını əsas göstərmiş, dolyası ilə inzibati xəta hadisəsinin mövcudluğunu öz izahatı ilə təsdiq etmişdir. Həmçinin IXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Xankəndi Şəhər Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz etdi və birinci insansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində göstərilmişdir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin ## ###### 2026-cı il tarixli ** nömrəli arayışından görünür ki, 01-##.##.2025-ci il tarixlərində hərbi hissənin qərargahı, taborları (divizionu) ve əlahiddə bölükləri (batareyaları) həyəcan siqnalı ilə qalxma fəaliyyətləri üzrə məşğələyə cəlb olunmuşdur. 15- ##.##.2025-ci il tarixlərində hərbi hissənin qərargahı 1-ci taborun və qərargah bölüyünün kompleks yoxlamasına cəlb olunmuşdur. 22- ##.##.2025-ci il tarixlərində hərbi hissənin qərargahı, taborları (divizionu) və əlahiddə bölükləri (batareyaları) taktiki kompleks məşqə cəlb olunmuşdur. 01-##.##.2025-ci il tarixlərində hərbi hissənin qərargahı birgə qərargah məşqinə olunmuşdur. 21- ##.##.2025-ci il tarixlərində hərbi hissənin qərargahı ərazidə komanda-qərargah (əməliyyat-taktiki) təlimi cəlb olunmuşdur. Iş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ##.##.2025-ci il tarixli 3-25-142/2- ****/**** nömrəli məktubundan görünür ki, hərbi hissə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli 3-17-5/2- *****/**** nömrəli sorğusunu icra etmişdir. Iş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli *** nömrəli reyestrlən görünür ki, ##.##.2025-ci il tarixli 3- **- ***/*-****/**** nömrəli məktub həmin tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir.. Iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ##.##.2025-ci ildə MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və müvafiq qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, “Işə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Qarabağ Regional Şöbəsinin ##.##.2025-ci il tarixli sorğusu ##.##.2025-ci ildə N saylı hərbi hissəyə daxil olmuş və hərbi hissə komandirinin göstərişi ilə cavab verilməsi üçün maliyyə xidmətinə ünvanlanmışdır. Hərbi hissə komandirinin müvafiq əmrlərindən göründüyü kimi maliyyə xidmətinin rəisi-baş mühasib X5 ##.##.2025-ci ildən ##.##.2025-ci il tarixə qədər Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunmuşdur. ##.##.2025-ci ildə N saylı hərbi hissə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Qarabağ Regional Şöbəsinin sorğusuna cavab vermiş və sözügedən məktub ##.##.2025-ci ildə poçtla ünvan sahibinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Qarabağ Regional Şöbəsi isə ##.##.2025-ci il tarixdə N saylı hərbi hissənin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir” Iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *-***/*-***/**** nömrəli məktubundan görünür ki, *-(***)-***/**** nömrəli inzibati xəta haqqında metarial üzrə Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir Birinci insansiya məhkəməsi hesab etmişdir ki, bir xətaya, yəni ##.##.2025-ci il tarixli 3- **-*/*-*****/**** nömrəli məktubda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsinə görə Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən həm vəzifəli şəxs – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli MN******* nömrəli, həm də hüquqi şəxs – Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi barəsində ##.##.2025-ci ildə MN******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə ##.##.2025-ci ildə MN******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) iddia olunan inzibati xəta, yəni ##.##.2025-ci il tarixli 3-17- 5/2- *****/**** nömrəli məktubda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi ilə bağlı hüquqazidd davranışının olması təsdiqini tapmamış və buna görə də, Müdafiə Nazirliyinin N saylı hərbi hissə ilə bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Hətta müvafiq inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ilə razılaşmış və həmin qərardan apellyasiya şikayəti verməmişdir. Belə olan halda iddia olunan eyni inzibati xəta ilə bağlı vəzifəli şəxsin hüquqazidd davranışının olmamasını təsdiq edən Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarının mövcudluğu ilə və iddia olunan eyni inzibati xəta ilə bağlı vəzifəli şəxsin hüquqazidd davranışını olmasını təsdiq edən “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərarının mövcudluğu hazırda paradoks yaradır Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia olunan eyni inzibati xəta ilə bağlı “Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ## ####### 2025-ci il tarixli MN ******* nömrəli qərar, Ağdam Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarına zidd olduğu üçün əvvəlki qərar ləğv edilməli və inzibati xəta tərkibi olmaması əsası ilə vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X3 Xidmətinin Qarabağ regional şöbəsinin qanun qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. IXM-nin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə aparılmış araşdırma zaman Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Xankəndi Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-127)-21/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar