Məhkəmə qərarları › İş №3(3-7)-261/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-261/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-261/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı (hakim Ü.Babazadə) qərarı ilə şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş 2026-cı il ## ##### tarixli EQ ******** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Iş materiallarında olan Gəncə Şəhər Baş Polis Idarəsinin X1i Şöbəsi tərəfindən qəbul edilmiş 2026-cı il ## ##### tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (sərnişin daşıman qaydalarının pozulması) törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Inzibati xəta haqqında materiala baxan Gəncə şəhər Məhkəməsi yuxarıda qeyd edilən qaydada qərar qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilərək Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “KIA Optima” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. ##.##.2026-cı il tarixində həmin avtomobil ilə hərəkətdə olan zaman BDYP tərəfindən barəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə elektron qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin elektron qərar qanunsuzdur. Çünki həmin anda avtomobilin ön oturacağında əyləşmiş sərnişinin 12 yaşı artıq tamam olmuşdur. Bu halda AR IXM-nin 327.2-ci maddəsinin tərkibi yaranmır. Eyni zamanda qeyd edir ki, BDYPI sadəcə kamera görüntüsü ilə ön hissədə əyləşən sərnişinin yaşını müəyyənləşdirməsi ağlabatan deyil. Belə ki, fotoşəkildə olan uşaq-X3 onun qohumudur. ##.##.2013-cü il tarixində doğulmuşdur. Lakin məhkəmənin hansı əsaslarla uşağın yaşının 12-dən aşağı olması qənaətinə gəlməməsi anlaşılan deyil və bu barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqandan sübut tələb etməmiş və hər hansı araşdırma aparmamışdır. Gəncə şəhər Məhkəməsi tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək, şikayəti müdafiə edərək bildirdi ki, “KIA Optima” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. ##.##.2026-cı il tarixində həmin avtomobil ilə hərəkətdə olan zaman BDYPI tərəfindən barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə elektron qərar qəbul edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin elektron qərar qanunsuzdur. Çünki həmin anda avtomobilin ön oturacağında əyləşmiş sərnişinin 12 yaşı artıq tamam olmuşdur. Bu halda Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinin tərkibi yaranmır. Eyni zamanda qeyd etdi ki, BDYPI sadəcə kamera görüntüsü ilə ön hissədə əyləşən sərnişinin yaşını müəyyənləşdirməsi ağlabatan deyil. Bu mümkünsüzdür. Odur ki, şikayətin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən inzibati tənbehvermə haqqında elektron qərardan və ona əlavə edilmiş fotoşəkildən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən IXM-nin 327.2-ci mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Iş materiallarında olan Gəncə Şəhər Baş Polis Idarəsinin X1i Şöbəsi tərəfindən qəbul edilmiş 2026-cı il ## ##### tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (sərnişin daşıman qaydalarının pozulması) törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərində göstərilən xüsusatlarla əlaqədar hər hansı araşdırma aparılmamış, ## ##### 2026-cı il tarixli elektron qərara əlavə edilmiş, xüsusi texnikanın vasitəsi ilə çəkilmiş fotoşəkildə “KIA Optima” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ön oturacağında əyləşən şəxsin şəxsiyyəti ilə bağlı məlumatlar əldə edilərək araşdırılmamış yekun nəticəyə gəlinmişdir. IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 56-cı maddəsinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin və mopedin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Yuxarıda qeyd olunan hüquqi normalarından görünür ki, şəxsin IXM-nın 327.2-ci maddəsi ilə sərnişin daşıma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsaslardan biri kimi minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadan 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq nəzərdə tutulmuşdur. Belə olan halda yalnız xüsusi texniki vasitə ilə əldə edilmiş, aydın görüntüyə malik olmayan fotoşəkil vasitəsi ilə minik avtomobilinin qabaq oturacağında əyləşmiş şəxsin yaşının 12-dən az olmasının müəyyən edilməsi və həmin sübutun tam möhtəbər hesab edilərək ona istinad edilməsi düzgün nəticə kimi qiymətləndirilməməlidir. Apellyasiya şikayətində qeyd edilən xüsusatlar və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə onu deməyə əsas verir ki, qanunvericiliyin tələblərini gözləməməsi inzibati xəta haqqında materialın hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuş və yekunda qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. IXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli və Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2009-cu il tarixli Plenum qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini nəticə hissəsində ifadə edərək göstərilir ki, “Apellyasiya məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin qərarda daha sonra qeyd edilir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır“. Beləliklə, yeni araşdırma zamanı DIN BDYPI-nin nümayəndəsinin və tərəfin iştirakı təmin edilməli, işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, nümayəndənin və tərəfin izahatları alınmalı, ərizədə göstərilən xüsusatlarla bağlı araşdırma aparılmalı, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I : Şikayət qismən təmin edilsin. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gəncə şəhər Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar