Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-262/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hüseynov Salman Bilal oğlunun sədrliyi Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs İsayev İlqar Namiq oğlunun iştirakı ilə İsayev İlqar Namiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.1.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Yol-Patrul Xidmətinin baş inspektoru Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsayev İlqar Namiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, İsayev İlqar Namiq oğlu barəsində Gəncə şəhər Baş Polisi İdarəsinin 1-ci X1 Yol polisi qrupunun Yol-Patrul Xidmətinin baş inspektoru, R, Nümayəndə tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Gəncə şəhər Baş Polisi İdarəsinin 1ci X1 Yol polisi qrupunun Yol-Patrul Xidmətinin baş inspektoru Nümayəndə apellyasiya şikayət verərək məhkəmənin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarı ləğv edən məhkəmə bir sıra maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, inzibati icraatı həyata keçirən orqana sübutların təqdim olunması təklif edilsə də, inzibati orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş və sübutları təqdim etməmişdir. Məhkəmə tərəfindən bildiriş 1-ci Polis Şöbəsinə deyil Gəncə şəhəri DYPŞ-yə göndərildiyindən məhkəmənin keçirilməsi barədə məlumat daxil olmamışdır. Bundan başqa,qanunvericiliyin tələbinə əsasən yük avtomobilləri ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarını pozmamalı, taxoqrafdan istifadə etməlidirlər. Şikayətə əlavə edilmiş video görüntüdən məlum olur ki, şikayətçi İsayev İlqar Namiq oğlunun istifadəsində olan “İSUZU” markalı **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilində taxometr mövcud olmamışdır. Həmin maddənin dispozisiyasında yük avtomobilləri nəzərdə tutulmaqla, taxometrin istifadəsinin yük maşınlarında istifadəsi məcburi şərt kimi göstərilmişdir. Şikayətə əlavə edilmiş video görüntüdən məlum olur ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “İSUZU” yük markalı **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə taxometr mövcud olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs İsayev İlqar Namiq oğlu şikayəti qəbul edərək özünü İnzibati Xətalar Məcəlləsinin 326-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi üzrə təqsirli bildiyini qeyd etdi və Məhkəməyə barəsində Gəncə şəhər Baş Polisi İdarəsinin 1-ci X1 Yol polisi qrupunun Yol-Patrul Xidmətinin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən imtina etməsi barədə ərizə təqdim etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadan məlumat verilmiş inzibati tənbehetmə haqqında qərar qəbul etmiş vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati tənbehetmə haqqında qərar qəbul etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, İsayev İlqar Namiq oğlunun barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən imtina etməsi nəzərə alınaraq məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməli və vəzifəli şəxsin qərarı qüvvədə saxlanılmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə İsayev İlqar Namiq oğlu barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Eyni zamanda, İsayev İlqar Namiq oğlu ərizə təqdim edərək inzibati pozuntunu qəbul etdiyini bildirmiş və inzibati cərimə olunması barədə ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətdən imtina edərək şikayətdən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi İsayev İlqar Namiq oğlu İXM-in 326-1.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyini etiraf edir və vəzifəli şəxsin qərarından verdiyi şikayətdən imtina edir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.6-cı maddəsinəəsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilən səbəblərdən Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Gəncə şəhər Baş Polisi İdarəsinin 1-ci X1 Yol polisi qrupunun Yol-Patrul Xidmətinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İsayev İlqar Namiq oğlunun Gəncə şəhər Baş Polisi İdarəsinin 1-ci X1 Yol polisi qrupunun Yol-Patrul Xidmətinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətdən imtinası qəbul edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin DYP-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarına əsasən İsayev İlqar Namiq oğlunun İXM-in 326-1.1.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat inzibati cərimə edilməsinə dair qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardanşikayətvəya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-262/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-262/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver