Məhkəmə qərarları › İş №3(3-7)-263/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-263/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-263/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X7 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-X8 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-X8 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində İXM-nin 192.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim Z.A.Rəsulov) şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-X8 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Hüquq idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Qazax-X8 tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X13 ##.##.2025-ci il tarixində ölümü ilə bağlı X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ##.##.2025-ci il tarixli müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı X14 tərəfindən əmək müqaviləsi olmadan işlərə cəlb edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsi bağlanmalıdır. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Gədəbəy Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Xidmətin Qazax-X8 tərəfindən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta haqqında Qərar tam qanuni və əsaslıdır. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında mövcud olan mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçi hüquqi qüvvədə əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda, vəzifəli şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İXM-nin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. İş materiallarında olan sənədlərə əsasən vəzifəli şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Qazax-X8 tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, özü “xxxx” tikinti şirkəti ilə xidmət müqaviləsi bağlayaraq etibarnamə əsasında idarə etdiyi dövlət qeydiyyat nişanı 07 BF-*** nömrəli “UAZ” markalı avtomaşınla həmin şirkətdə fəaliyyət göstərmişdir. Öz şəxsi işi ilə əlaqədar olaraq 10 günlük Bakı şəhərinə getmişdir. Həmin tarixlərdə idarə etdiyi **-BF-*** nömrəli “UAZ” markalı avtomaşının idarə edilməsini müvəqqəti olaraq Yaqub Yolçuyev adlı tanıdığı şəxsə həvalə etmişdir. Yaqub Yolçuyevlə əmək münasibətində olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-X8 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul olunmuş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesаb edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlində həmin maddənin tərkib əlamətləri vardır, onun barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: AC seriyalı ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı UAZ markalı avtomobil X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, ##.##.2026-cı il tarixədək X2 Qərardan şikayət verən orqan (şəxs) UAZ markalı avtomobilə dair etibarnamə vermişdir. ##.##.2025-ci il tarixli, № **-NWS-GYL-**** nömrəli xidmət müqaviləsindən görünür ki, fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ona məxsus olan 1 ədəd UAZ markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobus vasitəsilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə sərnişin daşınması xidmətini həyata keçirir. ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş və 3 000 manat məbləğində cərimə olunmuşdur. Gədəbəy Rayon Prokurorluğunun müstəntiqi X3 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X16 ölməsi ilə bağlı hər hansı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi, həmçinin Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Həmin ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən: Gədəbəy Rayon Prokurorluğunda izahatları alınmış X19, X5, Məmmədli Vüsal İmamverdi oğlu və X6 bildirmişlər ki, Yaqub Yolçuyev onların işlədiyi ərazidə sürücü kimi işə başlamışdır. Yaqub Yolçuyevin iş fəaliyyəti onu və digər əməkdaşları hər gün iş yerinə aparıb-gətirmək olmuşdur. Şirkətdə ümumi 5 nəfər əməkdaş işləmişdir. Gədəbəy Rayon Prokurorluğunda izahatları alınmış X10, Rəsmiyyə Yolçuyeva bildirmişlər ki, X11 adlı şəxsə məxsus “UAZ” markalı avtomobillə “xxxx” şirkətinin işçilərini işə aparıb-gətirilməsi işi ilə məşğul olmuşdur. Gədəbəy Rayon Prokurorluğunda izahatı alınmış Qərardan şikayət verən orqan (şəxs) izahatında bildirmişdir ki, avqust ayının əvvəllərində o, Yaqub Yoçuyevə özünə məxsus "UAZ" markalı "**-BF-***" nömrəli sərnişin mikroavtobusunu sürməyi, bunun qarşılığında 700 (yeddi yüz) manat verməyi təklif etmiş, sonuncu da bununla razılaşmışdır. Razılığa əsasən Yaqub Yolçuyev "xxxx" şirkətinin əməkdaşlarını səhərlər iş yerinə aparmalı, axşamlar isə işdən şirkətin məntəqəsinə qaytarmalı olmuşdur. O, "xxxx" şirkəti ilə xidmət müqaviləsi bağlamışdır. Belə ki, o, Yaqub Yolçuyevdən qabaq da bir nəfəri sürücü kimi işlətmiş, həmin adam işdən çıxdıqdan sonra sonuncu ilə razılığa gəlmişdir. O, "xxxx" şirkəti ilə xidmət müqaviləsi bağlasa da, Yaqub Yolçuyevlə əmək müqaviləsi bağlamamışdır. Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, VÖEN 5901439402 Qərardan şikayət verən orqan (şəxs) məxsusdur. Beləliklə, yuxarıda sadalanan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, işdəki sübutlardan aydın olur ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) sadalanan normaların tələblərinə əməl etməyərək Yaqub Yolçuyevlə əmək müqaviləsi bağlamadan sonuncunu sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs (VÖEN 5901439402) kimi əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İXM-nin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Beləliklə, ## ####### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunmuş izahatlarla, həmçinin iş materiallarında olan digər sübutlarla Qərardan şikayət verən orqan (şəxs) sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN 5901439402) vəzifəli şəxs kimi əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən olunur. Odur ki, birinci instansiya məhkəməsi İXM-nin 192.1-ci maddəsi ilə iş üzrə icraata xitam verərkən əsaslı nəticəyə gəlməmiş və əsassız olaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 134.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iş üzrə qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarından Gədəbəy Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarından Gədəbəy Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar