Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-264/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Ağdam rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ağdam rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı (hakim M.Niftəliyev) ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin 06.03..2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, «Ford GARGO» markalı **BY*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin çəkisi ## #### 2026-ci il tarixdə saat 19:54-də 32660 kq, saat 23:23-də 32650 kq olması göstərilmişdir. Iş materiallarına əlavə edilmiş «Ford GARGO» markalı **BY*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsində avtomobilin maksimum kütləsi 33100 kq göstərilmişdir Iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, «Ford GARGO» markalı **BY*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ## #### 2026-ci il tarixə çəkisi 33710 kq olmuşdur. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilmiş, inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilərək Ağdam rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarının və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsində avtomobilin maksimum kütləsi 33100 kq göstərilmişdir.Yük avtomobili yüklə birlikdə ## #### 2026-cı il tarixdə, saat 23:23 radələrində Sabirabad rayonunda elektron tərəzidə çəkilmiş, ümumillikdə avtomobilin çəkisi 32650 kq təşkil etmiş və bu barədə ona qəbz təqdim edilmişdir. Əlavə olaraq qeyd etdi ki, Bərdə rayonunda yük çəkilərkən ümumi çəki 32660 kq olmuşdur. Heç bir əsaslı səbəb olmadan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. Ona tətbiq edilmiş 600 manat cərimə məbləği əsassızdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, şikayətində qeyd edilən məzmunda izahat verərək, şikayətin təmin olunmasını və Ağdam rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xətaya dair işin materiallarını araşdırıb, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Ağdam rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, tərəfin izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə, aşağıda qeyd olunanlara görə Ağdam rayon Məhkəməsinin iş üzrə nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 32660 kq olmasını, həmin vaxt yolda quraşdırılmış elektron tərəzinin çəkini səhv ölçməsini, buna görə də normadan artıq yəni 33100 kq qeyd edilməsini göstərmişdir. Bununla bağlı iş materiallarına əsasən məhkəmə qeyd edir ki, hazırki inzibati xətanın baş vermə faktını müəyyən edən xüsusi yoxlanışdan keçmiş avtomobil yollarında quraşdırılmış elektron tərəzinin göstəricilərinin və nəticəsinin mübahisə altına alınması üçün hər hansı əsas mövcud deyil. Məhkəmə bu nəticəyə gələrkən həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş və bir biri ilə ziddiyyət təşkil edən (32660 və 32650 kq) avtomobil tərəzi qəbzlərinin mənbəyi və həmin texniki vasitələrin göstəriciləri, yararlılığı ilə bağlı sübutların mövcud olmamasını nəzərə alır. Məhkəmə yolda quraşdırılmış elektron tərəzi vasitəsi ilə aşkar edilmiş nəticəni daha mötəbər sübut növü hesab edir. IXM-in 353.2-ci maddəsi Iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olan hüquq normasını hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, şikayət formal xarakterli olmaqla Ağdam rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Ağdam rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-264/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-264/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver