Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-266/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : # #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbi icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, borcluda tələbin yönəlməsi üçün əmlak və gəlirlərlə bağlı elektron icra informasiya sisteminə sorğular verilmiş və borcluda tələbin yönəlməsi üçün pensiya aşkar edilmiş, borcludan bu günə qədər 5872 manat inkasso sərəncamı vasitəsi ilə, borclu özü isə 270 (30, 30, 90, 40, 40, 40 müxtəlif vaxtlarda) manat ödəniş etmişdir. Tələbkarın tələbi inkasso sərəncamı ilə tutulan 280 manat aliment məbləğinin qalıq məbləği olan 40 manatı borclunun özünün ödəyərək aylıq alimenti tamamlamasıdır. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə barəsində zəruri icra tədbirləri görülmüş, borclu tələbi icra etməkdən imtina etmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Babazadə Ülkər) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İŞİN HALLARI: Bərdə Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli icra vərəqəsindən görünür ki, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə ## #### 2024-cü il tarixdə icraat başlanılaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq göndərilmiş, icra məmuru tərəfindən ona icra sənədi icra edilmədiyi təqdirdə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs müvafiq bank kart hesabındakı ## #### 2025-ci il tarixli çıxarışdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kart hesabından tələbkar Zərərçəkmiş şəxs müvafiq bank kart hesabına ödənişlər mədaxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 3-cü qrup əlil olduğuna görə 180 manat pensiya, əlavə olaraq prezident təqaüdü isə 400 manat, ümumi gəliri 580 manatdır. 2026-cı ilin yanvar, fevral və mart aylarında 400 manat puldan inkasso qaydasında tutulan 281 manat (75%) əlavə pulun tələbkarın hesabına ödənilməsinə dair verdiyi məlumat araşdırılmamış və kart vasitəsilə göndərdiyi əlavə məbləğ nəzərə alınmamış, eyni zamanda icraçı həmin pulları ona ödənilməmiş borc kimi qeyd etmişdir. Bundan başqa, cavabdehlə olan razılığına əsasən 6 ay müddətinə yığılmış 2856 manat aliment pulunu 1 il müddətinə ödəyəcək, ona görə də şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o, göstərdi ki, 3-cü qrup əlildir, borcunun olduğunu inkar etmir və təxmini olaraq borcu 2000 manat aralığındadır, uşaqlara kömək üçün əlavə maddi ödənişlər ödəmişdir. O, 1 il bundan əvvəl 480 manat, hazırda 580 manat pensiya alır. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs (tələbkar) üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və zərərçəkmiş şəxsin (tələbkarın) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Hacalı Hacıyev izahatında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aldığı pensiyadan hər ay aliment borcu ilə bağlı tutulma aparılır. Belə ki, borclu hər ay 320 manat məbləğində aliment ödəməli olduğu halda, vaxtlı-vaxtında ödənişlər etmir. Uşaqları ilə ünsiyyət saxlamasına mane olmur, hər həftə uşaqları ilə ünsiyyət saxlamasına şərait yaradır. O, hazırda alimentin vaxtlı-vaxtında ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan icra vərəqəsi və ona əlavə edilmiş sənədlərdən, barəsində bir dəfə İXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata məhkəmənin qərarı ilə xitam verilmiş, eyni zamanda onun tərəfindən verilmiş izahatdan göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (işsiz olmasını, tələbkar uşaqları ilə ünsiyyət saxlamasına şərait yaratmamasına) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsində göstərdiyi xüsusatlardan görünür ki, kifayət qədər ödənilməli aliment borcunun olduğunu, hazırda işləmədiyi üçün borcu tam ödəyə bilmədiyini etiraf etmişdir. “İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 500 (beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun ilk dəfədir inzibati məsuliyyətə cəlb olunması, 3-cü qrup əlil olması, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh İXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-266/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-266/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver