Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-267/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsi Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və qərarından şikayət verilən Gəncə şəhər Icra Hakimiyyəti Başçısı aparatının Sosialiqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhər Icra Hakimiyyəti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə şəhər Icra Hakimiyyətinin ##.##.2026 cı il tarixli, MN ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Məhsəti Gəncəvi prospekti, giriş 146 ünvanında tikintisinə icazə tələb olunan tikinti obyektinin inşasını apardığına görə barəsində Azərbaycan Respublikası IXM-nin 395.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Icra Hakimiyyətinin ##.##.2026 cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarını ləğv edib, Gəncə şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini, bu mümkün olmadıqda qeyd edilən qərarı ləğv edib barəsində maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qanundan məlumatsız olduğundan elə zənn etmişdir ki, müvafiq icra hakimiyyətinə müraciət ancaq tikinti bitdikdə edilməlidir. Qanunu bilməməzlik inzibati məsuliyyətə cəlb edilməyi ilə nəticələnmişdir. Belə ki, bacanağı tikintiyə rəhbərliyi həyata keçirtmişdir. Sonuncu ona Icra Hakimiyyətinin əməkdaşları tərəfindən tikintiyə baxış keçirildiyi və qanuna müvafiq qaydada sənədlərin təqdim edilməli olduğunu bildirmişdir. Həmçinin qərar onun iştirakı olmadan qəbul edilmişdir. Belə ki, ona protokol barədə dəvət məktubu barəsində qərar qəbul edildikdən sonra gəlmişdir. Bununla da inzibati orqan onun hüquqlarını pozmuşdur. Belə ki, vaxtında dəvət olunacağı təqdirdə onun bildirəcəyi arqumentlər əsasında inzibati orqan onun barəsində cərimə tətbiq edə bilməzdi. Gəncə şəhər Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində tikinti obyektinin inşasına görə qərar tərtib edilmişdir. Halbuki “xxxx” MMC-yə tərtib etdirdiyi evin planından görünür ki, tikilən yaşayış evidir. Qanunu bilməyərəkdən icra hakimiyyətinə tikinti barədə məlumat verməsə də, qanunvericilikdə tikdiyi tikili icazə tələb olunmayan tikintilərdən hesab olunur. IXM-in 395-ci maddəsində isə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ona ən ağır cəza olan 1000 manat cərimə tətbiq edilmişdir. Göründüyü kimi barəsində qərarı tərtib edən orqan qərəzli olmuşdur və birinci instansiya məhkəməsi də qeyd edilən qərəzli mövqeyə göz yummuşdur. Belə olan halda məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayəti müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. IХM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IХM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. IXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. IXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-in 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını və proses iştirakçılarının mövqeyini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətində qeyd edilən əsaslar hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə, eyni zamanda barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsinə əsaslar yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə HYPERLINK "https://e-qanun.az/framework/24234" \o "yerli icra hakimiyyəti orqanları" \t "_blank" yerli icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikası Mənzil X3 məlumat verir və bu Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. HYPERLINK "https://eqanun.az/framework/24234" \o "yerli icra hakimiyyəti orqanları" \t "_blank" Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı HYPERLINK "https://eqanun.az/framework/24234" \o "Azərbaycan Respublikası Mənzil Inşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik" \t "_blank" qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Iradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə HYPERLINK "https://e-qanun.az/framework/24234" \o "yerli icra hakimiyyəti orqanları" \t "_blank" yerli icra hakimiyyəti orqanı olan Gəncə Şəhər Icra Hakimiyyətinin müvafiq strukturuna müraciət etməli və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə etməli idi. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərini bilmədiyini əsas gətirərək vəzifələrinin icrasından yayınmışdır, o, tikintiyə başlamazdan əvvəl müvafiq orqana məlumat təqdim etməli olduğunu bilmədiyini qeyd etsə də, bu hal onun məsuliyyətə cəlb edilməməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti tərtib edilən protokolun və qərarın qanunun tələblərinə uyğun olmadığı və icraata xitam verilməli olması hissəsində də əsassızdır. Həmçinin təyin edilmiş inzibati tənbeh tədbiri olan 1000 manat məbləğində cərimənin miqdarının azaldılmasına əsaslar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən, şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Gəncə şəhər Icra Hakimiyyəti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-267/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-267/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver