Məhkəmə qərarları › İş №3(3-7)-268/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-268/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-268/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2, 327.7 və 332.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərarından şikayət verilən orqan-nin əməkdaşı, R X1 tərəfindən ##.##.2026-cı il tarixli qərarla Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:43-də Göygöl rayonu Azay Kazımov küçəsində CHEVROLET EQUİNOX MİNİK markalı ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, yolayrıcını keçmə qaydalarını pozmaya görə (bu Məcəllənin 327.1-1, 327.1-2,327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331,33.1, 333-1.1, 342,7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrinə müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) İXM-nin 332.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilmişdir. Barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) Göygöl Rayon Məhkəməsinə inzibati qaydada şikayət verərək Qərarından şikayət verilən orqan-nin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının İXM-nin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinməsinə dair hissəsinin ləğv edilməsini və həmin maddələr haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim L.V.Hüseynzadə) Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 332.1, 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından barəsində qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının qismən ləğv edilməsini və İXM-nin 327.2 və 327.7ci maddələri üzrə işin icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “O, ## #### 2026-cı il tarixdə Göygöl rayonu Aydın Hacıyev küçəsi ilə hərəkət edərkən arxadan gələn polis avtomobili saxla işarəsi vermişdir. O, avtomobili saxlayarkən inspektor R X4 avtomobildən düşüb portaldan sürücülük vəsiqəsini yoxlamışdır. Aydın oldu ki, onun sürücülük vəsiqəsi vardır, amma avtomobilin sahibi X2r. O isə ondan etibarnamə almamışdır. V.Qurbanov ondan sürücülük vəsiqəsinin olubolmadığını soruşmuşdur. O isə 17 bal topladığı üçün götürmədiyini demişdir. X4 avtomobilin cərimə meydançasına aparılmasını, onu yalnız sahibinin gəlib götürə biləcəyini demişdir. Bu vaxt onun yanında olan digər polis əməkdaşı gəlib onun idarə etdiyi avtomobildə oturmuşdur. Onlar təxminən 5 dəqiqə yol getmişlər. "Əminə market"in yanından ötüb yol ayrıcına çatanda o, sol tərəfdə olan avtomobilə yol verib buraxmışdır. Sağ tərəfdən gələn avtomobilə yol vermək istəyəndə yanında oturan polis əməkdaşı dedi ki, “sür keç, o biri yolda saxla, Vüsal nəsə deyir”. Sonra ona dedi ki, “sən indi də İXM-nin 327.2-ci maddəsinin tələblərini pozdun. Sənin 17 balın var, indi də 3 bal vursam İXM-nin 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququn altı ay müddətinə məhdudlaşdırıla bilər. Əgər 200 manat versən əlavə bal vurmaram”. O bununla razılaşmamışdır. Bu şəraiti özünün yaratdığını, özünün təqsirinin olmadığını bildirmişdir. Vüsal həmin vaxt 3 balı vurmuşdur. Nəqliyyat vasitəsi onun olmamışdır. Artıq 17 balı var idi. Sürücülük vəsiqəsi məhdudlaşdırılmasın deyə etibarnamə almamışdır. Belə ki, qayda pozuntusu törədildiyi təqdirdə onun deyil, sonuncu etibarnamə üzrə sürən şəxsin adına qərar tərtib edilir. Bu halda əlavə bal riski olmur. Etibarnamə görürməməkdə özünü təqsirli bilir. İnzibati tənbeh vermə haqqında qərarın 332.1-ci maddəyə dair hissəsində təqsirini özü etiraf edir. Həmin xətaya görə 40 manat cərimə olunmalıdır. O, məhkəməyə etdiyi şikayətində qərarın qismən, yəni İXM-nin 327.7-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında hissəsinin ləğv edilməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmə qərarında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Göygöl Rayon Məhkəməsinə inzibati qaydada şikayət verərək Qərarından şikayət verilən orqan-nin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin maddələr haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə hər tərəfli araşdırma aparmamış, digər tərəfin dedikləri yalanları qəbul etmiş, onun dediklərinə məhəl qoymamışdır. Bir halda ki, onun yanında bir yol polisi əməkdaşı oturub, arxasınca da digər yol polis əməlkdaşı avtomobillə gəlir, belə vəziyyətdə o necə qaydaları poza bilər? Məhkəmə onların öz vəzifələrindən sui-istifadə etdiklərinə göz yummuşdur. 200 manat pulu isə o yox, Vüsal ona təklif etmişdir. Elə buna görə yolda onu dayandırmışdır. O hər şeyi qabaqcadan planlaşdırmış, onu yolayrıcında qəsdən saxlatmışdır ki, ya pulu alsın, ya da bu baş tutmasa onu İXM-nin 327.2, 327 7-ci maddələri ilə təqsirləndirsin. Beləliklə, məhkəmə qərəzli və əsassız qərar qəbil etmişdir, qərar qismən ləğv edilməlidir”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının qismən ləğv edilməsini və İXM-nin 327.2 və 327.7-ci maddələri üzrə işin icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Göygöl Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Göygöl Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-nin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan: ##.##.2026-cı il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi CHEVROLET EQUİNOX MİNİK markalı ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtomobillə ünvan 1 ünvanında, İXM-nin 332.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməməsi qaydasını pozmuşdur. Beləliklə, İXM-nin 332.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilmişdir Video görüntüdən “CHEVROLET EQUİNOX MİNİK” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi aşkar olunmuşdur. Belə ki, gözlənilməli və üstünlük verilməli nəqliyyat vasitəsi gözlənilməmişdir. Göründüyü kimi iş materiallarında olan ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 332.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilir, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla qərar qəbul etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.7 və 332.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə Göygöl Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə # ##### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar