Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-269/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim N.Heydərova ) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilmiş, inzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu ##.##.2026-ci il tarixdən, saat 18:30dan hesablanması qərara alınmışdır. IŞIN HALLARI: Iş materialına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə, saat 18:30da inzibati qaydada tutulmuşdur. Iş materialına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, ##.##.2026-ci il tarixdə “TIK-TOK” sosial şəbəkəsində nalayıq sözlərdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Şöbəsində tərtib olunmuş material baxılması üçün ##.##.2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında materiala baxan Şəmkir rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilərək Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və ona təyin olunmuş cəzanın xitam olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə ona 15 gün müddətinə həbs tənbehi təyin edilmişdir. Ona verilən həbsin daha yüngül tənbeh növü ilə əvəz edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apelyasiya məhkəmə baxışında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, ## ##### 2026-cı il tarixdə saat 19-21:00 aralığında Şəmkir rayonunda yerləşən “Baba longe” adlanan kafeyə gəlmişlər. Əfqan, Raul və Elçin adlı dostları ilə birgə orada təxminən 1-2 saat oturmuşlar və oradan çıxıb evə getmişlər. Evə gedən zaman Raul “TikTok” sosial şəbəkəsində canlı yayım açmışdır. Canlı yayımda bəzi xoşagəlməz ifadələr işlənilmişdir. Hazırda əməlindən səmimi peşmandır, özü fəhlədir, yeganə qazanc gətirən şəxsdir, anası xəstədir, zob xəstəliyindən əziyyər çəkir. Odur ki, şikayətin təmin edilməsini, Şəmkir rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və ona təyin olunmuş inzibati tənbehin azaldılmasına dair qərar çıxarılmasını xahiş edir. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəmə məlumat verməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməli və təyin edilmiş inzibati həbs tənbeh tədbirinin müddəti yüngülləşdirilməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, ## ##### 2026-cı il Inzibati qaydada tutma” haqqında protokolu, özünün etirafedici izahatını araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və bu əsasla da inzibati qaydada həbs tənbehi tətbiq edilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən inzibati xəta hadisəsini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq etdiyi inzibati həbs tənbeh tədbirinin müddəti inzibati xətanın xarakteri və inzibati xəta törədən şəxsin şəxsiyyətinə uyğun olmayan ədalətsiz tənbeh olmuşdur. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşman olması, anasının xəstə olması, evə yeganə qazanc gətirən şəxs olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcə də törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq olunmuş 15 (on beş) gün inzibati həbs tənbeh tədbirinin müddəti 12( on iki) günə endirilməsi Azərbaycan Respublikası IXM-in 31.2-ci maddəsinin tələbləri baxımından məqsədə uyğun sayılmalıdır. Məhkəmə, yuxarıda sadalanan hallara qiymət verərək hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq şikayət təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsi ilə tətbiq edilmiş tənbeh yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 510.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş inzibati həbsin müddəti 12 (on iki) günə endirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdən həbsdə olması nəzərə alınmaqla ona təyin edilmiş inzibati həbsi çəkmiş hesab edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-269/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-269/2026
21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver