Məhkəmə qərarları › İş №3(3-7)-270/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-270/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-270/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 329.1-ci, 332.1-ci və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası DIN-in BDYPI-nin elektron qərarına əsasən fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin(bundan sonra IXM-nin) 329.1-ci, 332.1-ci və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.. Barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Polis Şöbəsinin TP******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh haqqında qərarı ilə barəsində Şəmkir şəhəri, Şıxəli Qurbanov küçəsində ##.##.2026-cı il tarixdə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarəetmə sisteminin dəyişdirilməsinə səbəb olan dəyişikliklər edilməsi əsası ilə ona münasibətdə inzibati tənbeh tətbiq edilmişdir. Qərar IXMnin 342.2.3-cü maddəsi ilə 150 manat məbləğində cərimə nəzərdə tutmuşdur. Müraciətdə həmin qərarla razılaşmadığını, qərarda səbəblərin tam və aydın şəkildə göstərilmədiyini, yol polisi əməkdaşının ehtimallarına əsaslanaraq avtomobilin yay sisteminin (purjinlərinin) kəsildiyi və ölçülərin düzgün olmadığını iddia etmişdir. Eyni zamanda qeyd edilir ki, qərarda yalnız nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, eləcə də tormoz və sükan idarəetmə sisteminin dəyişdirilməsinə səbəb olan dəyişikliklərə istinad olunsa da, konkret olaraq hansı dəyişikliklərin edildiyi əsaslandırılmamışdır. Əlavə olaraq göstərilir ki, yol polisi tərəfindən heç bir cihaz vasitəsilə ölçmə aparılmamış, yalnız vizual baxışla nəticəyə gəlinmiş, idarə etdiyi avtomobildə heç bir kustar üsulla hazırlanmış və ya quraşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 329.1-ci, 332.1-ci və 342.3-cü maddələri ilə təqsirli sayılması barədə Azərbaycan Respublikası DIN-in BDYPInin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası DIN-in BDYPI-nin fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-nin 329.1ci, 332.1-ci və 342.3-cü maddələri ilə təqsirli sayılması barədə tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilib şikayətinin təmin edilməsi, barəsində verilmiş ##.##.2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə Şəmkir şəhəri ərazisində idarə etdiyi Vaz-21074" markalı ** BR *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşı onu saxlayıb IXM-nin 342.2.3-cü maddəsi ilə onu 150 (yüz əlli) manat cərimə edib barəsində protokol tertib etdi. O, avtomobilə heç bir avadanlıq quraşdırmamış, heç bir kanstruktur dəyişikliyi etməmişdir. Yalnız YPX əməkdaşının təxminlərinə əsasən haqsız yerə cərimə edilmişdir. O, barəsində tərtib edilmiş qərarın ləğv edilməsi ilə bağlı Şəmkir Rayon Məhkəməsinə şikayət etmiş, Məhkəmə ona sms bildiriş göndərmədən, rəsmi bildiriş göndərmədən, YPX əməkdaşının yalan ifadəsinə, izahatına əsaslanaraq ##.##.2026-cı ildə şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul etmişdir. O, həmin qərarla razı deyil və ləğv edilməsini istəyir. Belə ki, məhkəmə heç bir sübut olmadan görüntü olmadan YPX əməkdaşının izahatına uyğun qərar qəbul etmişdir.. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə etdi və barəsində verilmiş ##.##.2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə digər tərəfin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. IXM-nin 332.1-ci maddəsinə Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. IXM-nin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci insansiya məhkəmə iclasında qərarı barəsində şikayət edilən Azərbaycan Respublikası DIN-in BDYPI-nin Şəmkir rayon X2 yol polis bölməsi yol-patrul xidməti baş inspektoru X1 izahatından görünür ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Vaz 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən həmin avtomobilə əlavə müdaxilə aşkar olunduğundan avtomobil saxlanılmışdır və baxış zamanı avtomobilin qabağ yaylarının konstruksiya dəyişikliyi aşkar edilmişdir və bu fakt “Avtoservis”ATSC-nin baş mühəndisi M.Əliyev tərəfindən mütəxəssis kimi baxış zamanı təsdiq edilərək bu haqda ##.##.2026-cı il tarixli ** saylı arayış verilmişdir və buna əsasən yuxarıdakı şikayət olunan qərar qəbul edilmişdir. X1 həmin arayışı məhkəməyə təqdim edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DIN-in BDYPI-nin Şəmkir rayon X2 yol polis bölməsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktdan məlum olur ki, “Vaz 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Qərardan şikayət verən orqan (şəxs) razılığı ilə saxlanca qəbul edilməsi göstərilmişdir. Iş materiallarına əlavə “Avtoservis”ATSC-nin baş mühəndisi M.Əliyev tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı arayışda göstərilmişdir ki, həmin tarixdə “Vaz 21074” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə mühafizə olunan duracaqda baxış kecirildi və baxış zamanı əlavə müdaxilə aşkar edildi: avtomobilin qabağ yaylarının konstruksiya dəyişikliyi aşkar edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Vaz 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən IXM-nin 329.1-ci, 332.1- ci və 342.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 150 manat məbləğində cərimə edilmişdir. IXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “ICMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. IXM-nin 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “ICMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. IXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. IXM-nin 122.3-ci maddəsinə əsasən Inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3-cü maddəsinə əsasən inzibati cərimənin məbləği və ödənilməsi qaydası. IXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Birinci insansiya məhkəməsi məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası DIN-in BDYP-nin Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 329.1ci, 332.1-ci və 342.2.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı istinad etdiyi IXMnin normalarının pozulmasına yol verilməmişdir və şikayətdə hər hansı bir dəlilə və sübuta istinad edilmədiyindən şikayətçinin barəsində qəbul edilmiş inzibatı qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə iraata xitam verilməsinə məhkəmə əsas görmür. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) oğlunun dəlilləri isə işdə olan sübutlarla təsdiq edilmir. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar