Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-271/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2024346.88 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2024346.88 Rusiya rublu məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı ildə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı (hakim Babazadə Ülkər) ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 2.024.346,88 rusiya rublu valyuta vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 404869.376 Rusiya rublu məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, inzibati cərimə kimi tutulmalı olan 404869.376 Rusiya rublu qərarın icra edildiyi gün Rusiya rublunun manata olan məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən tutularaq dövlət büdcəsinə ödənilmişdir. İŞİN HALLARI: İş materialında olan sənədlər: ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə müvafiq olaraq ##.##.2024 və ##.##.2024-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərdən biri hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dir. Xaricə köçürülmüş məbləğ 2024346.88 Rusiya rublu, köçürülmə tarixi ##.##.2024-cü ildir. Ödəniş tapşırığının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024346.88 Rusiya rublu məbləğində vəsaiti 2024-cü il ## ###### tarixində ölkədən xaricə köçürmüşdür. İnzibati xəta haqqında materiala baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki və hüquqi əsasları araşdırılmamışdır. Belə ki, köçürmənin həyata keçirildiyi ##.##.2024-cü il tarixdən qısa müddət sonra MMC-nin həmin dövrdə rəhbəri olmuş X2 başqa bir işlə bağlı Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuş, bu səbəbdən xaricə köçürülmüş pulun müqabilində malların idxalı həyata keçirilməmişdir. Müvafiq müqavilələr Ramin Gözəlov tərəfindən bağlanıldığından və xaricdəki əlaqələr yalnız ona məlum olduğundan müvafiq köçürmənin müqabilində idxal edilməli (göndərilməli) olan mallar hələ də idxal edilməmiş (göndərilməmişdir). Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Maral Gözəlova şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o göstərdi ki, MMC-nin rəhbəri əvvəllər oğlu Ramil olmuş, 2024-cü ildə oğlu həbs olunmuş və hazırda həbsdədir, təqsirli bilindiyi maddəni xatırlamır, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılmışdır. Oğlu həmin MMC-nin təsisçisi olmuşdur. Direktor isə Azər adında başqa şəxs olmuşdur. Azər ona demişdir ki, MMC-nin fəaliyyətini dayandırıb, sonra vergi xidmətinə getmişdir. Azər ona dedi ki, oğlundan etibarnamə gətsin, buna görə də etibarnaməni oğlu onun adına vermişdir. Oğlu tutulduqdan sonra MMC-i onun adına keçirilmişdir. 2025-ci ilin aprel ayının 25-dən MMC-nin rəhbəri özü olmuşdur. Azər adlı şəxs hazırda Bakı şəhərindədir, nə işlə məşğul olduğunu bilmir, onunla əlqaəsi yoxdur. Oğlunun təsis etdiyi MMC Rusiyaya spirtli içkilər göndərirdi. Pul köçürülüb həqiqətən də, ancaq oğlu həbs olunduğu üçün heç bir mal alınmayıb, pul da geri qayıtmayıb. Oğlunun azad olunmasına 1 il qalıb. Söz verir ki, oğlu həbsdən çıxandan sonra cərimə pulunu ödəyəcəklər. Oğlu Ramil əvvəllər hansısa zavod da işləyib, oradakı işlə bağlı həbs olunub. Onun azadlıqdan məhrumetmə olunması bu MMC-nin fəaliyyəti ilə bağlı olmamışdır. Pulu göndərəndən 2 ay sonra oğlu Ramil həbs olundu. Buna görə də bu işlər yarımçıq qalmışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan 2026-cı il ## #### tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 2024346.88 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 2024-cü il ## ###### tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödəniş aparıldığı vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq, 2024346.88 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qaytarılmaması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlar ilə bağlı məhkəmə qeyd edir ki, İXM-nin 18-ci maddəsinin tələblərinə görə hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını hüquqi şəxslərin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə qruplaşdırır: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Belə olan halda hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün yuxarıda göstərilən vəzifəli şəxslərin inzibati xəta hadisəsi törətməsi hüquqi şəxsin məsuliyyətə cəlb olunması istisna etmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər inzibati məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirildiyindən hazırda inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-7)-271/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-271/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver