Məhkəmə qərarları › İş №3(3-7)-272/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-272/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-272/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-124)-92/2026 saylı qərarından X1 nümayəndəsi X3 tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Göygöl rayon YPX-nin R X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Inzibati xəta haqqında qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Göygöl rayon YPX-nin R X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasını və ona məxsus avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş 150 manat miqdarında pul cəriməsinin ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ona ##.##.2026- cı il tarixində Göygöl rayonu Yol Patrul Xidmətinin R X2 tərəfindən yazılmış olan protokolu mübahisələndirmək üçün müraciət ünvanlayır. Belə ki, həmin TP 7829626№-li protokola əsasən ona məxsus VAZ 2107 markalı ** CD *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin idarə etməsi zamanı, axşam-yəni günün qaranlıq olan vaxtı, fara işıqlarını yandırıb, görmə məhdudiyyətini aradan qaldırmaq üçün istifadə etdiyində, YP Xidməti tərəfindən avtonəqliyyat vasitəm saxlanılmış və ona 150 manat miqdarında cərimə tətbiq edilmişdir. Həmin TP 7829626№-li protokola və yazılmış olan cərimə ilə razılaşmır, çünki, ona məxsus olan avtonəqliyyat vasitəsinin faraları “H4”dür və üzərinə taxılmış olan işıqlandırıcı cihaz həmçinin “H4" qeydiyyat nişanı daşımaqdadır. Bundan əlavə olaraq həmin “H4” cihazın işıq güçü 45 VAT təşkil etməkdədir, sayrışma isə 3800AMPER gücündədir. Bu isə qanunun nəzərdə tutulan icazəli işıq sayrışma həddini keçməməkdədir. Qanunvericilikdə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Avropa Iqtisadi Komissiyasının qərarlarında isə pərdə, plyonka, led işıqlarla bağlı məsələlər öz əksini tapıb. Nə zaman həmin Komissiyanın qaydalarını Azərbaycanda tətbiq edəcəklər, onda sürücülərlə yol polisi arasında olan problemlər aradan qalxacaq. Məsələn, həmin qərarda led işıqların düşmə bucağı, səpələnməsi - bütün detallar aydın şəkildə yazılıb. O cümlədən Işıq lampası əlavə avadanlıq ola bilməz, işıq lampası onsuz da avtomobilin üzərində olmalıdır. Amma həmin led işığın istehsalçı zavodun nəzərdə tutduğu gücə uyğunluğu yoxlanılmalıdır. Bunu da müəyyənləşdirmək çətindir. Yol polisinin əlində elə bir avadanlıq yoxdur ki, led işıqların düzgün səpələndiyini müəyyən etsin. Həmin işıqlandırma cihazı kustar üsulla quraşdırılmayıb, zavod istehsalı olan cihaz deformasiya olduğundan, onu dəyişdirmək məcburiyyətində olub Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş və Göygöl rayon YPX-nin R X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Apellyasiya şikayətini təmin edib, Göygöl rayon məhkəməsinin ##.##.2026ci il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Göygöl rayon YPX-nin R X2 inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ilə məni ixm-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilib barəmdə 150 manat cərimə cəzası tədbiq edilməsi haqqında qərar qəbul etmişdir. Guya o, ## ###### 2026-cı il tarixdə saat 19:36 radələrində VAZ-21074 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilə normativ tələbləri pozmaqla Led tipli işıqdiodlu lamöpa quraşdırmışdır. O, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli TP 7829626 nörəli qərardan narazı qalaraq həmin qərarın ləğv edilməsi və Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Göygöl rayon məhkəməsinə şikayət etmişdir. Göygöl rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ****** saylı qərarı ilə şikayəti təmin edilməmiş, ## ###### 2026-cı il tarixli TP ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. O, Göygöl rayon məhkəməsinin ##.##.2026-cı tarixli *(*-***)-**/**** saylı qərarının surətini rəsmi qaydada poçt vasitəsi ilə ##.##.2026-cı il tarixdə almışdır. Hesab edir ki, Göygöl rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı anunsuz və əsassız olduğuna görə ləğv edilməli və Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki o, idarə etdiyi bu vaz 21074 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 5-6 il bundan əvvəl almış və alandan sonrada onun üzərində hər hansı bir normativ tələbləri pozan avadanlıq o cümlədən led lampaları quraşdırmamışdır. Həmin avtomaşını aldığı vəziyyətdə üstündə olanlardır. Hər il həmin avtomaşını texniki baxışdan keçirmiş və hər dəfədə avtomaşında normativ tələbləri pozan avadanlıqların quraşdırlması müəyyən edilməmiş və bu barədə ona irad tutulmamışdır. Əgər o, avtomaşınımın üzərinə normativ tələbləri pozan hər hansl bir avadanlıq o cümlədən led lampaları quraşdırmamışsa, onda heç bu inzibati xətanın subyekti deyildir. Bundan Əlavə avtomaşının üzərində aldığı bir gündən olan işıqlandırma lampasının normativ tələbləri pozan avadanlıq olub-olmamasını, o cümlədən led lampası olub- olmamasını xüsusi biliyə malik olan mütəxəssis və ya ekspert müəyən edə bilər. Ancaq nə Yol Patrul Xidməti əməkdaşları, nə də Məhkəmə belə bir rəy olmadan özləri mütəxəssis və ekspert vəziflərini icra etməklə əsassız subyektiv mülahizələri ilə onu IXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilmişlər. Bu isə işin bütün hallarının məcmusunun hər tərəfli tam və obyektiv surətdə araşdırılmasını nizama salan IXMnin 84.1 -ci maddəsinin tələblərinin pozuntusudur. O, məhkəmədə avtomaşının həmin vaxt üzərində olan lampanı məhkəməyə təqdim etsə də məhkəmə bu lampanın normativ tələbləri pozan led lampası olub-olmamasını müəyyən etmək üçün mütəxəssis və ya ekspert rəyi almalı olduğu halda bunu etməmiş yenə subyektiv mülahizəsinə əsaslanaraq həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Apellyasiya şikayətini təmin edib, Göygöl rayon məhkəməsinin ##.##.2026- ci il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəmə baxışı iclasında Qərardan şikayət verən orqan (şəxs) verilmiş şikayəti müdafiə edərək və Göygöl rayon məhkəməsinin ##.##.2026- ci il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayətlərin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə – yüz əlli manat miqdarında cərimə tətbiq edilir. Azərbaycan Respublikası ##.##.2002-ci tarixli 261- IIQ №-li qanunla “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının Avropa Iqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidir. Bu yolla AIK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır. Avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər. Araşdırmalar göstərir ki, “led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin tarixdə saat 19:36-da VAZ 21074 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən normativ tələblər pozulmaqla avtomobildə avadanlığın quraşdırılması halına yol verildiyinə görə, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Birinci instansiya məhkəmə iclasında Məhkəmə iclasında 1 ədəd CD video materiala baxış keçirilmiş, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobildə led işıqlar quraşdırıldığı aşkar olunmuşdur. Habelə saxlama duracağında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən avtomobilin üzərindəki led lampanın sökülərək standarta uyğun lampa quraşdırması müəyyən edilmişdir. Birinci instansiya məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobil köhnə istehsal Vaz 21017 avtomobil olmuşdur və həmin avtomobilin zavod istehsalında led lampaların quraşdırılması nəzərdə tutulmamışdır. Led lampalar sürücü tərəfindən sonradan quraşdırılmışdır ki, bu da qanunla qadağan olunur. Led lampalar qarşıdan gələn avtomobillərin sürücülərinə görmə məhdudiyyəti yaratdığına görə qanunla qadağan olunmuş, həmçinin həmin lanpalar istifadə olunarkən onda yüksək dərəcədə istilik yarandığından soyuducu pərlə təchiz edilmişdir ki, bu da avtomobildə yanğın baş vermə risqini artırır. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmamasını, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Habelə, sürücünü saxlandığı vaxt ona normativ tələblər izah edilmiş,avtomobil duracağa aparılmış, orada üzərində olan led işıqlar dəyişdirilərək standarta uyğun işıq cihazı quraşdırılmışdır Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs)nın IXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanın xarakterini, işin hallarını və s. halları nəzərə alaraq hesab etmişdir ki, Göygöl rayon YPX-nin R X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Qərardan şikayət verən orqan (şəxs) mülahizələri əsassız olduğundan və onun barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması üçün hər hansı əsaslar müəyyən olunmadığından şikayət təmin olunmamalı, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi də işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar