Məhkəmə qərarları › İş №3(3-7)-276/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-276/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-276/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi nümayəndə2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işə xitam verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : IŞIN HALLARI: Iş materialına əlavə edilmiş Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli MN № ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (IXM) 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsi şikayət vermiş, inzibati xəta haqqında materiala baxan Ağstafa Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən şikayət verilərək Ağstafa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) vermiş olduğu şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə X1 Monitorinq Idarəsinin əməkdaşları tərəfindən Ağstafa rayonu ərazisində atmosfer havasına olan zərərli fiziki təsirlərin və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması istiqamətində ekoloji monitorinq keçirilmişdir. Ağstafa rayonu Dağ Kəsəmən kəndində fəaliyyət göstərən Fuad şadlıq sarayında XKEMI-nin əməkdaşlarının apardığı monitorinq nəticələrinə dair tərtib olunmuş sənədlər (##.##.2025-ci il tarixli ***/XKEMI-** saylı material və ##.##/2025 saylı XKEM-nin informasiya bülleteni) müvafiq tədbirlər görülməsi üçün * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə daxil olmuşdur. Müraciətlə bağlı * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları tərəfindən yerində müvafiq araşdırma aparmaq məqsədi ilə Fuad şadlıq sarayının sahibi Qərardan şikayət verən orqan (şəxs) XKEMInin əməkdaşlarının səyyar ölçü cihazları vasitəsilə apardıqları analiz-ölçmə işləri zamanı aşkar edilmiş atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının yol verilən normadan dəfələrlə çox olması və bununla bağlı Monitorinq Idairəsi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməsi barədə məlumat verilmiş, onun tərəfindən atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun tələblərinin pozulduğu izah olunmuşdur. Yol verilmiş qanun pozuntusu ilə bağlı təqsirkar şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərəfimizdən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi üzrə ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında * saylı RETSI tərəfindən barəsində ##.##.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı ilə bağlı vətəndaşa ##.##.2025-ci il tarixli bildiriş məktubu ünvanlanaraq, qərar çıxarılmasında iştirak etmək üçün idarəyə dəvət edilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) etinasızlıq nümayiş etdirərək idarəyə gəlməmişdir. Nəticədə özünün iştirakı olmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, MN******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi rəhbər tutaraq, vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 2500 manat məbləğində cərimə olunması ilə bağlı vətəndaş Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə bildiriş məktubu ünvanlanmışdır. Lakin vətəndaş Qərardan şikayət verən orqan (şəxs) cəriməni ödəməkdən imtima edərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli, MN******* saylı Inzibati tənbeh vermə haqqında qərarından Ağstafa rayon Məhkəməsinə şikayət vermişdir. Ağstafa rayon Məhkəməsinin ##.##.2026-cı il tarixində keçirilmiş açıq məhkəmə iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı X2 Sərvətlər Idarəsi tərəfindən Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı qərar qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) etibarnamə üzrə nümayəndəsi nümayəndə2 şikayətə etiraz edərək bildirdi ki, barələrində protokol tərtib olunandan iki ay əvvəl ##.##.2025-ci il tarixdə Monitoriq zamanı "Fuad" şadlıq sarayının sahibi olaraq iştirak etmiş, bu barədə rəsmi məlumatlandırma edilməmiş, proses şəffaf şəkildə aparılmamış, texniki və hüquqi əsaslandırma təqdim olunmamışdır. O, Ağstafa rayonu Dağ Kəsəmən kənd ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və “Fuad” Şadlıq Sarayının sahibidir. Protokoldan sonra ona nə “ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə” tələb təqdim edilməmiş, nə də ki bununla bağlı heç bir məlumat verilməmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə MN №******* saylı qərar qəbul edilərək (poçt vasitəsilə rəsmi qaydada ##.##.2025-ci il tarixdə qəbul edib) ona 2500 manat cərimə tətbiq olunmuşdur. Əslində isə proses şəffaf şəkildə aparılmamış və qərarda guya qeyd olunmuş şadlıq sarayında iş fəaliyyəti zamanı atmosfer havasına normadan artıq miqdarda qaz tullantıları atılması göstərilmişdir. Odur ki, şikayətin əsassız olduğundan təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdıraraq, qeyd olunan izahatları dinləyərək və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"yə əsasən, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir. Birincisi, stasionar müşahidə məntəqələri sistematik və uzun müddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur. Ikincisi səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur. Üçüncü isə məşəlaltı postlar tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün nəzərdə tutulur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu hüquqi mövqe qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Bundan başqa, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən "Fuad" şadlıq sarayında plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmamışdır. Bunlarla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, şəxsin əməlinin IXM-nin 233.1-ci maddəsi ilə tövsif edilməsi üçün, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olmalı, həmçinin şəxs inzibati xətanı qəsdən törətməlidir. Inzibati orqan tərəfindən aparılmış monitorinq və yoxlama tədbirləri "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"yə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən aparılmamış, həmin yoxlamanın nəticələri iş materiallarında tam və hərtərəfli şəkildə təsdiq olunmamış, inzibati xətanın törədilməsini təsdiq edən obyektiv məlumatlar təqdim edilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən "Fuad" şadlıq sarayında plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmamışdır. Bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda yoxlamanın Xəzər Kompeksinin nümayəndələri tərəfindən həyata keçirilməsini, hadisənin baş verməsini sübut edəcək video çəkilişin olmadığını, yalnız akt və protokolun olmasını bildirmişdir. Həmçinin Qərarından şikayət verilən orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün müşahidə və nəzarət məntəqələri təşkil edilməsi, hadisənin müəyyən edildiyi yerdə ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparılması, hava nümunələri götürülməsi və meteoroloji müşahidələr aparılması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134, 136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar