Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-277/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakim Hüseynov Salman Bilal oğlunun sədrliyi, Abdullayev Samir Zahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1 ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. IŞIN HALLARI: Tovuz rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 12126 manat borcunu ödəməmişdir. Həmin protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarı qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya yeni qərar qəbul edilməsini, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və obyektiv araşdırılmamışdır, borclunun gəlirlərini gizlətməsi nəzərə alınmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlaklarını atasının adına keçirməklə, faktiki yaşayış yeri və maliyyə vəziyyətini qəsdən gizlədir. Həmçinin artıq 3 ildən çoxdur ki, icranı gecikdirir, həmçinin fiziki əməklə məşğul olması nəzərə alınmadan əlilliyi formal qiymətləndirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tətbiq edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin yeri və vaxtı barədə qabaqcadаn məlumat verilmiş protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 12000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda, Tovuz rayon Icra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 12126 manat borcunu ödəməmişdir. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Işin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ümumi borcdan ödənişlər edilməmişdir. Hazırda elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, orqanizmin funksiyalarının pozulmasına görə əlilliklə bağlı aylıq 695.84 manat məbləğində müavinət alır. Həmçinin mülkiyyətində başqa daşınmaz əmlak və ya nəqliyyat vasitəsi müəyyən olunmamışdır. Bununla yanaşı, “xxxx” ASC-yə 1961.86 manat məbləğində qalıq kredit borcu (aylıq ödəniş məbləği 377.1 manat) olması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində haqlı olaraq inzibati xəta tərkibi olmadığı əsası ilə onun barəsində başlanmış icraata xitam verilmiş, borcun ödənilməsində qərəzli yayınma halı təsdiqni tapmamışdır. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə əsasən borcu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əlavə gəlirlərinin olması, həmçinin əmlaklarını atası və həyat yoldaşından istifadə edərək gizlətməsi iddia olunsa da, apellyasiya şikayətinin bu dəlillərini,həmçinin borcun ödənilməsində qərəzli olaraq yayınma halını təsdiq edəcək mötəbər sübutlar Məhkəməyə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, apellyasiya şikayət təmin edilməməli və məhkəmənin qərarı dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-277/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-277/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver