Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-278/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax- Tovuz regional ərazi şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim P.Z.İsaqlı) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən İXM-nin 192.1ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsi tərəfindən apellyasiya şikayəti verilərək Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarının ləğv edilməsi və Xidmətin Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X10 və X2 əmək müqavilələri olmadan işə cəlb edildikləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci hissəsinə maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək müqaviləsi bağlanmalıdır. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) oğlunun barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Tovuz Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız Qərar qəbul edilmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında mövcud olan mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adı çəkilən işçi hüquqi qüvvədə əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda, vəzifəli şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İXM-nin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. İş materiallarında olan sənədlərə əsasən vəzifəli şəxs tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Qazax-Tovuz regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul olunmuş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesаb edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlində həmin maddənin tərkib əlamətləri vardır, onun barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli, ************** saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2- 1-ci maddəsinə əsasən, təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada vergi orqanlarında uçota alınmasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə 40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli, ************** saylı qərar və çıxarışdan görünür ki, ##.##.2025-##.##.2025-ci i tarixlərdə Qərardan şikayət verən orqan (şəxs) barəsində 1. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yertirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi üzrə plandankənar yoxlama keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında ##.##.2025-ci il tarixli, ************** saylı Tələbnamədən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şəxsiyyət vəsiqəsinin surəti, fiziki şəxslərlə bağlanılmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatları, xidməti müqavilələr, ilkin mühasibat sənədlərinin gizlədilməsində, vergilərin yayındırılmasında şübhəli bilinən faylların saxlanıldığı ehtimal olunan kompüter prosessorlar, notbuklar, elektron daşıyıcılar və digər zəruri sənədlər və əşyaların təqdim olunması tələb edilmişdir. ##.##.2025-ci il tarixli ****** saylı aktdan görünür ki, X3 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işlərin (xidmətlərin) yerinə yertirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə ************** saylı tələbnamədən və vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında ************** saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vergi qanunvericiliyinin pozulmasına görə 2000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Qərarından şikayət verilən orqan verdiyi ##.##.2025-ci il tarixli izahatından görünür ki, o, heç kimə maaş verməmişdir. X10 və X2 onun atasının razılığı ilə öz heyvanlarını da onların fermasında saxlamış və öz heyvanları ilə birlikdə onların da heyvanlarını otarmışlar. X2 Şəmkir Rayon Prokurorluğuna verdiyi izahatından görünür ki, Gədəbəy rayonu Düzyurd kənd sakini Lətif adlı şəxsə məxsus fermada çobanlıq edir. X10 onunla birlikdə Lətif adlı şəxsə məxsus fermada 3 ildir ki, çobanlıq edir. Nağıyev Lətif Ziyatxan oğlunun Şəmkir Rayon Prokurorluğuna verdiyi izahatından görünür ki, oğlu Qərardan şikayət verən orqan (şəxs) Şəmkir rayonu Düzyurd kəndində fermer təsərrüfatı var. Həmin təsərrüfatda iri və xırda buynuzlu mal-qara saxlanılır. O, özü də boş vaxtlarında oğlu Xanların təsərrüfatına nəzarət edir. X13 təsərrüfatında 2023-cü ildən çoban işləyir. Səbahəddin Namazalıyevdən əlavə həmin təsərrüfatda Əli ləqəbli Elməddin Quliyev, İmran, İsmayıl və Elməddin adlı çobanlar var. Qərardan şikayət verən orqan (şəxs) Şəmkir Rayon Prokurorluğuna verdiyi izahatından görünür ki, Gədəbəy rayonu Düzyurd kəndində özümə məxsus fermer təsərrüfatı var. Həmin təsərrüfatda 1500 yaxın xırda, 30-40 baş isə iribuynuzlu mal-qara vardır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar o, Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdadır, VÖEN-i vardır. Onun rəhbərlik etdiyi təsərrüfatda X14, Əli ləqəbli X2, İmran Bədəlov, İsmayıl və Elməddin Əliyev adlı çobanlar uzun müddətdir ki, çobanlıq edirlər. Həmin çobanları işə o, götürmüşdür. X14 onun təsərrüfatında təxminən 2 ilə yaxındır ki, çobanlıq edir. O, Səbahəddinə aylıq 450 manat əmək haqqı verir. Əli ləqəbli Elməddin Quliyev də 2 ilə yaxındır ki, çoban işləyir, o, Elməddin Quliyevə aylıq 500 manat əmək haqqı verir. İmran Bədəlov onun təsərrüfatında 20 ilə yaxındır ki işləyir. İsmayıl təxminən 5 aya yaxındır ki, işləyir. Elməddin Əliyev onun təsərrüfatında təxminən 2 ilə yaxındırki İşləyir. İmran Bədəlov, İsmayıl və Elməddin Əliyevin onun təsərrüfatında özlərinə məxsus da heyvanları olduğuna görə, yəni həm özlərinə həm də ona məxsus heyvanlara baxdıqları üçün onlara aylıq əmək haqqı ödəmir. Onun nə X14, nə X2, nə İmran Bədəlov, nə İsmayıl, nə də Elməddin Əliyevlə aralarında əmək müqaviləsi bağlanmamışdır. O, heyvanları yay aylarında Gədəbəy rayon Düzyurd kəndində yerləşən fermada, qış aylarında isə Kür çayının Tovuz rayon ərazisində keçən hissəsində yerləşən Ceyrançöl adlanan ərazidə olan fermada saxlayır. Şəmkir rayon prokuroru, R Azər Hətəmovun ##.##.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması” haqqında qərarından görünür ki, X13 izahatında Gədəbəy rayonu Düzyurd kəndində yerləşən Lətif adlı şəxsə məxsus fermer təsərrüfatında çoban işlədiyini, X2 da onunla birlikdə həmin təsərrüfatda çoban işlədiyini göstərmişdır. X2 izahatında 2023-cü ildən Gədəbəy rayonu Duzyurd kəndində yerləşən Lətif adlı şəxsə məxsus fermer təsərrüfatında X15 ilə birlikdə çoban işlədiyini bildirmişdir. Nağıyev Lətif Zıyatxan oğlu izahatında göstərmişdır ki, X13 və X2 onun oğlu Qərardan şikayət verən orqan (şəxs) məxsus Gədəbəy rayonu Düzyurd kəndində yerləşən fermer təsərrüfatında 2023-cü ildən etibarən çoban işləyirlər. Qərardan şikayət verən orqan (şəxs) izahatında göstərmişdir ki, Gədəbəy rayonu Düzyurd kəndində yerləşən ona fermer təsərrüfatı ona məxsusdur. Həmin fermer təsərrüfatında X13 və X2 2023-cü ildən etibarən çoban kimi işləyir, həmin şəxsləri işə o, qəbul etmişdir. O, Səbahəddin Namazalıyevo aylıq 450 manat, Elməddin Quliyevə isə aylıq 500 manat əməkhaqqı verir. X7 və X2 ilə arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin qərarla Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Dövlət Qərarından şikayət verilən orqan göndərilmişdir. Beləliklə, yuxarıda sadalanan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi İXM-nin 192.1-ci maddəsi ilə iş üzrə icraata xitam verərkən əsaslı nəticəyə gəlməmiş və əsassız olaraq Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən azad etmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən olunur. Həmçinin qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Qərarından şikayət verilən orqan verdiyi ##.##.2025-ci il tarixli izahatında Şəmkir Rayon Prokurorluğunda verdiyi izahatın səhv yazıldığını bildirsə də, onun Şəmkir Rayon Prokurorluğunda verdiyi izahatından görünür ki, verdiyi izahatın düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bundan başqa onun həmin izahatında göstərdiyi xüsusatlar digər şəxslərin izahatları ilə də təsdiq olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 134.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iş üzrə qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 3(5-163)-21/2026 qərarı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarından Tovuz Rayon Məhkəməsinə verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional ərazi şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-278/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-278/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver