Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-281/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: IŞIN HALLARI Inzibаti işin mаteriаllarına əlаvə edilmiş ##.##.2008-ci il təvəllüdlü X3, ##.##.2009-cü il təvəllüdlü X4 və ##.##.2012-ci il təvəllüdlü X2 ##.##.2025-ci tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC məxsus soyuducu anbarda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə əlb edilmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X10 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün ##.##.2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. “##.##.2026-cı il tarixli inzibati xəta haqqında MN ******* nömrəli” protokoldan görünür ki, Azerbaycan Respublikasının Əmək Məcəlləsinin nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən, iş götürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1 hissəsinin tələbini pozulmuşdur. Inzibati xəta haqqında materiala baxan Şəmkir Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən şikayət verilərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinin tələblərin pozulmasına dair inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verəırək, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinin tələblərin pozulmasına dair inzibati xəta haqqında işin icraatına inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xxxx MMC-nin iki nəfər təsisçisi var, o həmin MMC-nin direktorudur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əsas fəaliyyəti kənd təsərrüfatı məhsulların yetişdirilməsi və satışının həyata keçirilməsidir. Onun torpaq sahəsi Kür çayının kənarında əkin sahəsidir. Həmçinin bildirimək istəyir ki, soyuducu anbarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Həmin anbar fəaliyyət göstərmir və torpaq sahəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus deyil və cəmiyyətin fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Soyuducu anbar tam fərqli yerdə, yəni başqa bir torpaq sahəsində yerləşir.Həmin torpaq sahəsi anasının mülkiyyətindədir, anasına məxsusdur. Həmin anbarın tikilməsi üçün usta çağırılmışdır ki, təmir işləri aparılsın. Həmin soyuducu anbarın tikintisi hələ ki, başa çatmayıbdır. Həmin tikintinin onların fəaliyyət istiqamətinə heç bir aidiyyəti yoxdur. ##.##.2026-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Elnur Yəhyazadə tərəfindən məhkəməyə mülahizə ünvanlayaraq apellyasiya şikayətinı etiraz edərək bildirmişdir ki, Şəmkir RPŞ araşdırma aparılarkən müəyyən edilmişdir ki, X1 izahat verərək bildirmişdir ki, 3 nəfər (X3), X4 və X2 şəxsən onun sahibkarı olduğu soyuducuda valideyinin xəbəri olmaqla, lakin onun xəbəri olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X7 izahat verərək bildirmişdir ki, 3 azyaşlı şəxs ona kömək etmək məqsədi ilə X1 məxsus soyuducuda əmək fəaliyyəti ilə məşğul olmuşlar. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ##.##.2008-ci il təvəllüdlü X3, 04.06.209-cu il təvəllüdlü X4 və ##.##.2012-ci il təvəllüdlü X2 ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus soyuducu anbarda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişlər. Əlavə olarq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X5 arasında heç bir mülki müqavilə olmamışdır. Bu da öz növbəsində onu sübut edir ki, yuxarıda adları qeyd edilən şəxslər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilmişlər. Odur ki, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Həmin Konstitusiyanın 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə materialda olan sənədləri tam, obyektiv və hərtərəfli araşdıraraq şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apelyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X6rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin müddətindən bəhs edən 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.7-ci hissəsinə əsasən yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikintitəmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir. Həmin Məcəllənin 47-ci maddəsinin “c” bəndinə əsasən işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. - Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir; - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını hazırki işin faktiki halları ilə qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında əmək münasibətlərinin olub-olmamasını, bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə qiymət verməyərək yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarında hazırkı münasibətlərin bilavasitə əmək münasibətləri olmasının şübhə doğurmamasını və bu münasibətlərin mülki hüquqi müqavilə növlərindən biri olan podrat müqaviləsi kimi nəzərə alınmasının istisna olunması əsaslarını müəyyən etməyərək, işin faktiki hallarına uyğun əsaslandırma aparmamamışdır. Iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyəti istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı və satışı olmasına baxmayaraq, birinci instansiya tərəfindən X3, X4 və X2 ilə xxxx» MMC arasında yaranmış münasibətin bilavasitə hüquqi şəxsin fəaliyyət istiqamətinə aid olub olmaması, soyuducu anbarın tikintisinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyəti istiqaməti olan kənd təsərrüfatı məsullarının istehsalı ilə nə kimi bağlılığının olması, ümumiyyətlə tikilməkdə olan soyuducu anbarın “xxxx” MMC ilə əlaqəsi, həmin soyuducu anbarın tikildiyi ərazinin “xxxx” MMC-yə məxsus olub olmaması müəyyən edilməyərək düzgün olmayan nəticəyə gəlinmişdir. Bütün qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticədə qanunvericiliyin tələblərini gözləməməsi inzibati xəta haqqında materialın hərtərəfli, tam və obyektiv araşdırılmamasına səbəb olmuş və yekunda qanunvericiliyin tələbləri ilə uzlaşmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin qeyd edilən tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, işin bütün faktiki hallarını aydınlaşdırmadan, yalnız inzibati orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokola əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində IXM-nin 192.1-ci maddəsinin tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə göndərilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün hakimə qaytarılmalıdır. Beləliklə yeni araşdırma zamanı tərəflərin iştirakı təmin edilməli, işin həqiqi halları tam, hərtərəfli araşdırmalı, tərəflərin izahatları alınmalı, tərəflər arasında yaranmış münasibətin hüquqi şəxsin fəaliyyət istiqamətinə bir başa bağlı olub-olmaması, həmin münasibətin mütəmadi, sistematik və davamlı xarakter daşıyıb daşımaması, ümumiyyətlə soyuducu anbarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə aid olub olmaması müəyyən edilməli, iş materiallarına əlavə edilmiş sənədlər təhlil edilməli, onlara hüquqi qiymət verilməli və bundan sonra hüquqi nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-135ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I : Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-281/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-281/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver