Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-282/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi,Məmmədova Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN 2249167nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati xəta törətmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ilə barəsində Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir.Həmin qərardan narazıdır və qanunsuz hesab edir. Goranboy Rayon Məhkəməsinin qərardan şikayət verən Qərardan şikayət verən orqan (şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN 2249167nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından inzibati xəta törətmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlu Gəncə Apellyasiya Məhkəməsinə şikayət verərək Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli qərarı ilə yazılmış 2000 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, ******* Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026- cı il tarixli, MN ******* nömrəli qərarı ilə 2000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarın əsassız olduğunu hesab edərək qərarın ləğv edilməsi üçün Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciətinə ## #### 2026-cı il tarixdə baxılmış və qərar qüvvədə saxlanılmışdır. Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin qəbul etdiyi qərarda onun ağacı qanunsuz kəsməsi göstərilmişdir. Lakin bu həqiqəti əks etdirmir.Belə ki, o sadəcə evinin yanındakı ağacın üzərində budama işi həyata keçirmişdir və ağacda hal hazırda heçbir quruma prosesi getmir. Odur ki, məhkəmənin qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəfə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, habelə tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci insasniya məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 izahatında göstərdi ki, mübahisələndirilən qərar ## ###### 2026-cı il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, ## ###### 2026-cı il tarixdə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında müvafiq araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 sakini Qərardan şikayət verən orqan (şəxs) yaşadığı ünvanda fərdi yaşayış evinin qarşısında yerləşən, bələdiyyə mülkiyyətinə aid olan, diametri 40 sm olan yaş halda söyüd cinsli bir ədəd ağacı üst gövdə hissəsindən kəsməklə məhv etmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, ağacın məhv edilməsini təsdiq edən fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Əlavə olaraq qeyd edir ki, inzibati xəta haqqında icraat qanunvericiliyin tələblərinə tam uyğun şəkildə aparılmış, toplanmış sübutlar əsasında əsaslı qərar qəbul edilmişdir. Bu səbəbdən, verilmiş şikayətin əsassız hesab edilərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Iş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - “Inziabti tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli qərardan görünür ki, A. Eliasov Goranboy rayonu Muzdurlar kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yaş halda olan diametri 40 sm 01 (bir) ədəd söyüd cinsli ağacı üst gövdə hissəsindən kəsmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir;. - Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş Ç-BM/****-*** nömrəli, ## ###### 2026- cı il tarixli könüllü icra barədə bildirişdən görünür ki, fiziki şəxs barəsində qəbul edilmiş icrası məcbrui olan MN ******* saylı ##.##.2026-cı il tarixli 2000 (iki min) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı icra olunması üçün Qərardan şikayət verən orqan (şəxs) göndərilmişdir. - “Cinayət işinin başlanamsının rədd edilməsi barədə” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, R Bəxtiyar Ağakişiyevin raportu əsasında toplanmış HK-*-*** nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarınn surəti Qərardan şikayət verən orqan (şəxs) barəsində AR IXM-in 253.2-ci maddəsi ilə tədbir görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilməsi qərara alınmışdır. - Araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) Goranboy Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, təxminən 2 ay bundan yaşadığı evin qarşısında olan söyüd cinsinə məxsus olan ağac elektrik naqilinə dəydiyinə görə motorlu mişarla söyüd cinsinə məxsus olan ağacı kök hissəsindən kəsmiş və daha sonra isə kəsdiyi ağacı hissələrə böldükdən sonra hissəhissə olmaqla aparıb həyatyanı sahəsinə yığmışdır; Fotoşəkillərdən 1 ədəd ağacının gövdə hissəsindən kəsildiyi görünür. IXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-nin 253.2-ci maddəsinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, Inzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Qərarından şikayət verilən orqan yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətmədiyinə dair irəli sürdüyü dəlillər əsassızdır və hər hansı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən təqdim olunmuş fotoşəkillərdən, habelə Goranboy Rayon Polis Şöbəsi tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, sözügedən söyüd ağacı kəsilməklə məhv edilmişdir. Inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası IXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Qərardan şikayət verən orqan (şəxs) oğlu barəsində haqlı olaraq inzibati protokol tərtib edilərək qərar qəbul edilmişdir. Məhkəmənin bu nəticəyə gələrkən tədqiq etdiyi həmin sübutlar mötəbərdirlər, yəni mənbələri məlumdur, əldə edilməsi üsulları qanunlara əsaslanır və müəyyən nəticəyə gəlməyə kifayət edir. Apelyasiya məhkəməsi belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar haqqında iş üzrə icraatın gedişində məhkəməyə qədər əldə olunmuş sübutlar və digər materiallar, o cümlədən izahat vermiş şahidlərin ifadələri, yalnız məhkəmə baxışı zamanı tədqiq edildikdən sonra sübut kimi qəbul oluna bilər. IXM-nin 84.2-ci maddəsindən də göründüyü kimi heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apelyasiya məhkəməsi hesab edir ki, inzibati xəta törətmiş şəxsin şikayəti təmin olunmamalı və Goranboy Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-282/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-282/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver