Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-283/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KİLA-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Gəncə Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, “KİLA-GROUP” MMC-nin Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)- ***/**** saylı, inzibati xəta haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməməsinə dair Tərtər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından “KİLA-GROUP” MMC-nin nümayəndəsi – vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı EP ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolla Tərtər Rayon Məhkəməsinə müraciət edərək, “KİLA-GROUP” MMCnin İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən “KİLA-GROUP” MMC İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək ona köçürülmüş olan xarici valyutanın dəyərinin - 29084.00 ABŞ dollarının 20 faizi məbləğində cərimə inzibati tənbehi tətbiq edilmiş və həmin inzibati xəta haqqında qərarın surəti həmin günü, yəni ##.##.2025-ci il tarixdə “KİLA-GROUP” MMC-yə məxsus elektron kabinetə yerləşdirilməklə çatdırılmışdır. “KİLA-GROUP” MMC-nin nümayəndəsi – vəkili Nümayəndə sonradan müddətin bərpasına dair vəsatət verməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə ##.##.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti göndərmişdir. Vəsatətə baxmış Tərtər Rayon Məhkəməsi # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadla Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərarından apellyasiya şikayətinin verilməsi müddətinin “KİLA-GROUP” MMC tərəfindən buraxılmasının səbəbi üzrsüz hesab edilməklə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan “KİLA-GROUP” MMC-nin nümayəndəsi – vəkili Nümayəndə apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarının tamamilə ləğv edilməsini, Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermək müddətinin buraxılması səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İşin faktiki halları ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC xeyli müddətdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. # #### 2023-cü il tarixində MMC tərəfindən məhsulların alınması üçün Türkiyə Respublikasına 29084 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Üstündən cəmi bir neçə gün keçdikdən sonra isə ödənilmiş pulların əvəzində həmin dəyərdə mal göndərilmiş və həmin mallar dərhal gömrük bəyənnaməsi ilə rəsmiləşdirilmişdir. Yəni ödənilən pulun məbləğində onlara mal göndərilmişdir. Göründüyü kimi məhkəmənin qərarda göstərdiyi kimi, alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması halı baş verməmişdir. Buna baxmayaraq, məhkəmə tamamilə əsassız və qanunsuz olaraq, heç bir əlavə araşdırma aparmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 29084 ABŞ dolları məbləğinin 20 %-i miqdarında cərimə edilməsi barədə qərar qəbul etmişdir. Bundan başqa, sözügedən qərar qəbul edilən zaman tamamilə qanunsuz olaraq onlara hər hansı məlumat verilməmiş, iştirakları təmin olunmamışdır. Hesab edir ki, əgər məhkəmədən məlumatları olsaydı, yuxarıda qeyd edilən halları asanlıqla sübut edə bilərdilər ki, bu da qanunsuz qərar qəbul edilməməsinə səbəb olardı. Ona görə də sözügedən qərardan şikayət verməli olmuşlar. Lakin apellyasiya şikayəti vermək müddəti onlardan asılı olmayan səbəblərdən buraxılmışdır. Belə ki, “KİLA-GROUP” MMC ünvan 1 ünvanında rəsmi qeydiyyata alınsa da, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1965, X1 Mərkəzi, bina 6/5, ofis № */* ünvanında fəaliyyət göstərir. Ona görə də sözügedən qərar “KİLA-GROUP” MMC-yə çatmamışdır. Həmçinin, şirkətin hazırda hüquqşünasının olmaması səbəbindən “Elektron Məhkəmə Sistemi”ndə olan şəxsi kabinetdən də xeyli müddətdir ki, istifadə olunmur. Qərardan isə yalnız bir gün əvvəl təsadüfən məlumatlı olmuş və ertəsi gün apellyasiya şikayəti verilmişdir. Yəni şikayət vermək müddəti onlardan asılı olmayan səbəbdən ötürülmüşdür. Ona görə də tamamilə haqlı olaraq sözügedən qərardan apellyasiya şikayəti vermək müddətinin buraxılması səbəbinin üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpasını mümkün hesab edərək apellyasiya şikayətini baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmişlər. Vəsatət tam əsaslı olmasına baxmayaraq, məhkəmə hər hansı bir araşdrma aparmadan, təqdim edilmiş sübutlara qiymət vermədən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə sözügedən qərardadı qəbul edən zaman Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından həmin qərar qəbul edilən vaxt məlumatlı olmaları qənaətinə gəlsə də, göstərilən halları təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir”. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “KİLA-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi və Tərtər Rayon Məhkəməsinin # ##### 2026cı il tarixli *(***)-***/**** saylı qərarının tamamilə ləğv edilməsini, Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermək müddətinin buraxılması səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatətin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, Tərtər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarı “KİLA-GROUP” MMC-yə məxsus elektron kabinetə ## #### 2025-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində əks olunmuş xüsusatlar prosessual müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan gec məlumatın olması ilə əlaqədar şikayət vermə müddətinin ötürülməsinə dair həm şikayətdə, həm də nümayəndənin izahatında bildirdiyi halların əsaslı olmaması səbəbindən birinci instansiya məhkəməsi şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarında “KİLA-GROUP” MMC-nin qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini buraxmasını üzrlü hesab edə biləcək səbəblər müəyyən olunmur. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-283/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-283/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver