Məhkəmə qərarları › İş №3(3-7)-284/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-284/2026

25.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-284/2026 25.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İXP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 21:23də idarə etdiyi “Vaz 21074” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim Vəliyev Kazım) ##.##.1996-cı ildə Rusiya Federasiyasının Meqion şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, əlilliyi olmayan, Goranboy rayonu, Rəhimli kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 14:45-dən hesablanmışdır. İŞİN HALLARI: İş materialında olan sənədlər: İşdə olan ##.##.2026-cı il tarixdə raportdan görünür ki, VAZ 21074 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşının ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Goranboy rayonu, Veyisli kəndində avtoxuliqanlıq edərək «TikTok» sosial şəbəkəsində paylaşılması barədə daxil olmuş məlumat əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə proflaktiki söhbət aparılması üçün polis əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixdə saat 12:25 radələrində Goranboy RPŞ-nin DYPB-nin rəisinin yanına dəvət olunmuşdur; ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 14:45-də inzibati qaydada tutulmuşdur; DVD diskə baxış keçirilərkən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Vaz 21074” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxardaraq, yolun səthində çoxsaylı təkər izləri buraxmış, bunu mobil telefonla qeydə alaraq sonradan “TikTok” videopaylaşma platformasında başqasına aid səhifədə paylaşmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən yalnız polis əməkdaşlarının izahatlarını və iş materiallarına əlavə edilmiş sənədləri əsas götürmüş, onun məhkəmədə verdiyi izahatı inandırıcı hesab edilməmiş və məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, etdiyi hərəkətin qanun pozuntusu olduğunu bilməmiş, səhv etdiyini sonradan başa düşmüşdür. Hadisə zamanı idarə etdiyi maşın əmisinə məxsus olmuş, videogörüntüləri özü deyil, dayısı oğlu tərəfindən çəkilərək “TikTok” videopaylaşma platformasında paylaşılmışdır. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı və Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, inzibati xəta haqqında iş materialına əlavə edilmiş sənədləri və protokolu, DVD diskdəki videogörüntü, inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin və şahidlərin izahatları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində özünü təqsirli bilməsi, raportla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsini törətməsi və həmin əmələ görə təqsirli olmasını sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində yüngülləşdirən və ağırlaşdırıcı halın olmamasını nəzərə alıb barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlillərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin dəlillər formal mülahizələr və məsuliyyətdən boyun qaçırma xüsusatları daşıdığından hazırki vəziyyətdə şikayətin təmin olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi İXM-nin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmiş, ona görə də şikayətin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə əsas olan xüsusatlar mötəbər sübutlarla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133-136 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar