Məhkəmə qərarları › İş №3(3-7)-285/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-285/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-285/2026 01.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində IXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı (hakim N.Musayev) ilə şikayət təmin edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində IXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. IŞIN HALLARI Iş materiallarında olan ##.##.2025-ci il tarixli «xxxx» ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Mərkəzi Banka təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-MMC-nin ölkə xaricinə mal alışı üzrə köçürülən avans ödənişləri ##.##.2023-cü il tarixdə 35000 USD, ##.##.2023-cü il tarixdə 50000 USD, ##.##.2023-cü il tarixdə isə 13000 USD kimi qeyd edilmişdir. ##.##.2023-cü il tarixli, **** nömrəli xarici valyutada köçürmələr üçün ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-MMC tərəfindən xxxx ASC vasitəsilə 35000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. ##.##.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- MMC tərəfindən idxal edilən malın ümumi gömrük dəyəri 203933,84 AZN kimi qeyd edilmişdir. Protokol tərtib edən orqanlar hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında materiala baxan Qazax Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Məhkəmənin qərarı ilə razılaşmayan inzibati protokolu tərtib edən Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində EP ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 35000,00 ABŞ dolları məbləğində köçürməyə münasibətdə cərimə növündə tənbeh təbiq edilməsi xahiş edilmişdir. Şikayətdə qeyd olunur ki, Mərkəzi Bankın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yerləşdirilən elektron gömrük bəyannamələri və idxal müqavilələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatlara baxış imkanı mövcuddur və bu məlumatlar xidməti zərurətlə əlaqədar olaraq yoxlanılır. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında istinad olunmuş gömrük bəyannaməsinin yoxlanması nəticəsində müəyyən edilmişdir ki, həmin YGB baxılan iş üzrə icra olunmuş köçürmə ilə əlaqəli deyildir. Məhkəmə əsassız olaraq gömrük bəyannaməsi nəzərə alaraq avans köçürməsi üzrə malların idxal edildiyi nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə hazırkı avans köçürməsi ilə bəyannamə arasındakı faktiki bağlığı araşdırmamış, bəyannamənin rekvizitlərin avans köçürməsi zamanı təqdim edilmiş rekvizitlərə uyğun olmadığı və malların müvvəqəti saxlanc (61) proseduru altında yerləşdirildiyi nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2023-cü il tarixli köçürülmə üzrə idxalı həyata keçirilməyən və ya geri qaytarılmayan 35000,00 ABŞ dolları məbləğində vəsaitə münasibətdə inzibati cərimə tətbiq edilməli idi. PROSSESUAL MƏSƏLƏLƏR Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-nin 133.2.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Konstitusiyanın 125-ci maddəsinin yeddinci (VII) hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, iş üzrə Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilməli və iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən ona əsaslanmışdır ki, iş materiallarında olan sübutlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərkətlərə yol verilməsi öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi həmin əsasla iş üzrə icraata xitam verərkən hər hansı araşdırma aparmadan, qeyd edilən gömrük bəyannaməsinin hansı bəndinə istinadən bu nəticəyə gəlməsini göstərmədən yekun nəticəyə gəlmişdir. Lakin apellyasiya məhkəməsi iş materialına əlavə olunmuş ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokolu və ##.##.2023-cü il tarixli gömrük bəyannaməsini bir-birilə müqayisəli şəkildə təhlil etdikdə belə nəticəyə gəlir ki, həmin gömrük bəyənnaməsinin baxılan iş üzrə icra olunmuş 116761,08 ABŞ dollar köçürməni özündə əks etdirən gömrük bəyənnaməsi ilə bağlılığı müəyyən edilmir. Məhkəmə belə nəticəyə gəlir ki, işdə olan ##.##.2023-cü il tarixli gömrük bəyənnaməsinin inzibati xəta haqqında protokolda göstərilən 35000 ABŞ dolları vəsaitlə hər hansı bağlılığının olması iş materialları ilə müəyyən olunmur. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, ”xxxx” MMC tərəfindən 35000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış, MMC tərəfindən həmin xüsusatı təkzib edən mötəbər sübutlar təqdim olunmamışdır. IXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi toplanmış sübutlarla hüquqi şəxs ”xxxx” MMC-nin IXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokolla müəyyən edilir ki, ”xxxx” MMC barəsində tərtib edilmiş qeyd edilən protokol ## ###### 2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən hüquqi mövqeyini hazırki işin materialları ilə qarşılıq şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, IXM-nin 430.4-cü maddəsi “Iqtisadi fəaliyyət qaydaları əleyhinə olan” inzibati xətalara aid edildiyindən və həmin xətanın törədildiyi gündən 4 aydan artıq müddət keçdiyindən, ”xxxx” MMC barəsində Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinin tələbinə əsasən xitam verilməlidir. Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133, 135, 136 və 138ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar