Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-286/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-114)-1026/2026 saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 tərəfindən tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Icra və probasiya şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 apellyasiya şikayəti verərək Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apelyasiya icraatı qaydasında ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Icra və Probasiya şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Icra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Bərdə rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10230 manat pul, 121,59 manat ödənilmiş dövlət rüsumu və 300 manat hüquqi yardım üçün ödənilmiş pul alınaraq iddiaçı X1 verilməlidir. Icra sənədi üzrə müvafiq olaraq icraata başlanılmışdır. Icra sənədinin icrası ilə bağlı tərəflərə məlumat göndərilmiş, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Lakin borclu tələbin təmin edilməsindən yayınaraq tələbkarın xeyrinə ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu icra məmurunun gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilmişdir. Tələbkar borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, qeydiyyatda olduğu ünvanda yaşamır. ünvan 1 ünvanında yaşayır. Xırdalan şəhəri, Nizami küçəsində yaşayan Bərdə rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)-****/**** saylı icra sənədindən və məhkəmə iclaslarından məlumatı olmamışdır. Icra məmurunun çağırışlarından məlumat olduqdan sonra icra və probasiya şöbəsinə getmiş və ona həmin icra sənədi barədə məlumat verilmişdir. Icra sənədi üzrə qeyd edilən tələbkara borcu yoxdur, tələbi qəbul etmir və həmin qətnamədən apellyasiya şikayəti verəcəkdir. Məhkəmənin və icra və probasiya şöbəsinin ünvanladığı məktublar qeydiyyatda olduğu ünvanda yaşamadığından ona rəsmi verilməmişdir. Həmin evdə anası yaşayır, anası məhkəmə və icra və probasiya şöbəsi tərəfindən ona ünvanlanmış məktubları almış olsa da ona bu barədə heç bir məlumat verməmişdir. Buna görə də barəsində tərtib edilmiş protokolu əsassız hesab edir və inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Bərdə rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qəbul edilərkən onun hüquqları nəzərə alınmamış, sadəcə Icra və Probasiya şöbəsinin təqdim etdiyi sənədlərə əsasən qərar qəbul etmişdir. Icra və Probasiya Şöbəsinin vaxtında onu xəbərdar etməməsini, bütün bu müddət ərzində hər şeydən xəbərsiz olmasını, vəziyyətinin ağır olmasını nəzərə almamışdır. Birdən birə onun bu qədər çətin bir vaxtdan keçərkən 500 manat cərimələnməsi haqsızlıqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə teleqram göndərərək sağlamlığında problemlər olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, digər tərəf isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin ##.##.2025-ci il taixli, *(***)- ****/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10230 manat pul, 121,59 manat ödənilmiş dövlət rüsumu və 300 manat hüquqi yardım üçün ödənilmiş pul alınaraq iddiaçı X4 verilməlidir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli (icraata başlama haqqında) qərardan görünür ki, Bərdə rayon məhkəməsinin ##.##.2025-ci il taixli, *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli (tələbin könüllü icrası haqqında) Bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bərdə rayon Məhkəməsinin ##.##.2025-ci il taixli, *(***)-****/**** saylı icra sənədi üzrə yaranmış borcu könüllü olaraq ödəməsi üçün 10 gün müddət verilmişdir Iş materiallarına əlavə edilmiş Bərdə rayon Icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, lakin gündəlik tələbata uyğun əmlakdan başqa üzərinə həbs qoyulacaq heç bir əmlak aşkar edilməmişdir. Iş materiallarına əlavə edilmiş Bərdə rayon Icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan (borclunun axtarışı haqqında) görünür ki, ünvan 1 ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Iş materiallarına əlavə edilmiş Poçt göndərişlərinin çatdırılması haqqında xəbərnamənin surətindən görünür ki, içərisində Bərdə rayon Məhkəməsinin ##.##.2025-ci il taixli, *(***)-****/**** saylı qətnaməsi olan zərf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anası Minarə Məmmədova tərəfindən xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Iş materiallarına əlavə edilmiş AZE №******** seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.1993cü il tarixdə Bərdə şəhərində doğulmuşdur, ünvan 1ndə qeydiyyatdadır və yaşayır. Iş materiallarına əlavə edilmiş Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN №******* nömrəli protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi icra etməmişdir. Birinci insasniya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, bu iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-286/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-286/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver