Məhkəmə qərarları › İş №3(3-7)-289/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-289/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-289/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.6-cı maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından DƏMX-nin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası ƏM-nin 76.2, 80.1 və 187.1-ci maddələrinin tələbləri pozularaq ##.##.2026-cı il tarixdə işə gəlməməsi ilə bağlı E.Süleymanovdan izahat və HİK-nin razılığı alınmadan əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsinə görə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 192.6-cı maddəsi ilə barəsində şərti olaraq 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Məmmədov Elçin) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, onun İXMnin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin sədri Natiq Qafarova ünvanlanmış ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, hərbi hissənin yanğınsöndürmə komandasının sürücü-yanğınsöndürəni X3 hərbi hissənin daxili nizam-intizam qaydalarını pozduğuna görə ona son 6 ay ərzində dəfələrlə intizam tənbehi verilmiş, lakin özündə müsbət yöndə heç bir dəyişiklik etməmişdir. X3 mənfi nümunə olmasını və hərbi hissədə mülki işçilər arasında bu kimi hallarının qarşısının alınması məqsədi ilə gələcəkdə Elçin Süleymanov əmək fəaliyyətində hər hansı nöqsana yol verərsə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda) müvafiq olaraq ləğv olunması barədə yazılı rəy və təkliflərinin bildirilməsi qeyd edilmişdir. Sözügedən hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, yanğından mühafizə komandasının avtomobil sürücüyanğınsöndürən mülki işçisi X3 intizam pozuntularına yol vermiş, işəgötürən tərəfindən olunan iradlardan nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş, yəni ona ##.##.2025-ci il tarixində "Töhmət", ##.##.2025-ci il tarixində "Töhmət", ##.##.2025-ci il tarixində isə "Sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehləri verilmişdir. İşçi X6 gələcəkdə bu kimi hallara bir daha yol verərsə hərbi hissənin HİK-i Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsində sadalanan bəndlərinə istinad edərək əmək müqaviləsinə xitam verilməsi təklif edilmişdir. Həmin hərbi hissənin HİK-nin ##.##.2025-ci il tarixli iclas protokolunun surətindən görünür ki, yanğından mühafizə komandasının sürücü-yanğınsöndürəni mülki işçi X3 hərbi hissənin texniki ərazisində yeni tikilən anbarların yaxınlığında yerləşən yanğınsöndürmə postunu yeni gələn heyətə təhvil vermədən tərk etməsini etiraf edərək, postu tərk etdiyi üçün cəzalandırıldığını bildirdi. Bundan əlavə onunla birgə tərk edən 3 nəfər heyət üzvünün 25 faiz mükafatı bərpa olunduğu halda onun mükafatının bərpa olunmamasının yenidən araşdırılmasını xahiş etdi. Hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli əmrinin surətindən görünür ki, X3 ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən "əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə ləğv etmək" intizam tənbehi verilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq sənədlərin hazırlanması əmr edilmişdir. ##.##.2026-cı il tarixli raportdan görünür ki, hərbi hissənin yanğınsöndürən mühafizə komandasının heyət rəisi vəzifəsində işləyən X3 ##.##.2026-cı il tarixdə işdə olmamışdır. ##.##.2026-cı il tarixli xidməti araşdırmadan görünür ki, yanğından mühafizə komandasının mülki işçisi avtomobil sürücüsü-yanğınsöndürən X3 ##.##.2026-cı il tarixdə növbəyə gəlməmiş və ##.##.2026-cı il tarixdə onun müqaviləsinə xitam verilməsinə baxmayaraq belə ##.##.2026-cı il tarixədək sabiq iş yerinə gəlmədiyinə görə barəsində aparılan xidməti araşdırmanın işə tikilməsi təklif edilmişdir. İnzibati xəta haqqında protokola baxan Gəncə Şəhər Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından DƏMX-nin Hüquq İdarəsinin rəisi tərəfindən şikayət verilərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ilə vətəndaş X3 arasında ##.##.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixdə hərbi hissənin HİK-nin sədri Elçin Süleymanov barəsində təqdimat göndərilmiş və həmin təqdimat əsasında HİK-i tərəfindən ##.##.2025-ci il tarixdə iclas keçirilmiş və həmin iclasın yekun qərarında Elçin Süleymanov bir daha işə gecikmə ilə bağlı hallara yol verərsə hərbi hissənin Həmkarlar İttifaqı Komitəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və 72ci maddəsinin sadalanan bəndlərinə istinad edərək əmək müqaviləsinə xitam verilməsini təklif etmişdir. Daha sonra Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq ##.##.2026-cı il tarixdən işə gəlməməsi ilə bağlı Elçin Süleymanovdan izahat və HİK-dən razılıq alınmadan əmək müqaviləsi ##.##.2026-cı il tarixdə xitam verilmişdir. İstər iş materiallarına əlavə edilmiş sənədlərin surətindən, istərsə də məhkəmə prosessi zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş izahatdan məlum olmuşdur ki, hərbi hissənin HİK-nə ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsinin sadalanan bəndlərinə istinad edərək əmək müqaviləsinə xitam verilməsini sadəcə təklif edilmişdir. Göründüyü əmək qanunvericiliyin imperativ normalarına əməl olunmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı HİK-nin razılığı alınmamışdır. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, hərbi hissədə 2 ildir ki, komandır vəzifəsini icra edir. Elçin Süleymanov mülki işçi kimi həmin hərbi hissədə çalışıb. O, dəfələrlə qanun pozuntusu törətdiyi üçün ona töhmət verilmişdir, sonra ona mükafat verilmişdir. Rəisi ilə nalayiq ifadə ilə danışdığına görə ona töhmət verilmişdir. İşdən çıxarılması ilə bağlı ona xəbərdarlıq edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və onunla əmək müqaviləsinə xitam verilməsi təklif olunmuşdur. Hətta bundan sonra da # ###### 2026-cı il tarixdə işə üzrlü səbəb olmadan çıxmamışdır. ## ###### 2026-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati protokolu tərtib edən səlahiyyətli orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəfin izahatını dinləyib hesab edir ki, şikayət təmin olunmamalı və iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan sənədlərdən göründüyü kimi Elçin Süleymanov əmək və icra intizamını dəfələrlə pozduğuna ##.##.2025-ci il tarixində "Töhmət", ##.##.2025-ci il tarixində "Töhmət", ##.##.2025-ci il tarixində isə "Sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehləri tətbiq edilmiş, buna baxmayaraq o, ##.##.2026-cı il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, əmək vəzifələrini icra etməmiş, əmək intizamı qaydalarını pozduğuna görə Elçin Süleymanov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Eyni zamanda HİK-nin ##.##.2025-ci il tarixli iclas protokolunun surətindən göründüyü kimi Elçin Süleymanov hərbi hissənin texniki ərazisində yeni tikilən anbarların yaxınlığında yerləşən yanğınsöndürmə postunu yeni gələn heyətə təhvil vermədən tərk etməsini etiraf etmiş, həmçinin onun barəsində tətbiq edilən intizam tənbeh tədbirlərindən məlumatsız olması da ağlabatan görünmür. Məhkəmə onu da qeyd edir ki, ##.##.2025-ci il tarixli qərarının surətindən göründüyü kimi işçi X3 gələcəkdə bu kimi hallara bir daha yol verərsə hərbi hissənin HİK-i ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə və 72-ci maddəsində sadalanan bəndlərinə istinad edərək əmək müqaviləsinə xitam verilməsi xüsusatı da təklif edilmişdir. Belə olan halda hazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar təqdim edilməmişdir. İXM-nin 8-ci maddəsinə görə hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-nin 192.6cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan, yalnız vətəndaşın müraciətinə əsaslanaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar