Məhkəmə qərarları › İş №3(3-7)-292/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-292/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-292/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş MN******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə apellyasiya şikayəti verərək ovuz rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Qazax-Tovuz regional şöbəsi tərəfindən "xxxx" MMC-nin müdiri Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş materiallarında olan xəbərnamədən görünür ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ## #### 2026-cı il tarixdə X4 Qazax-Tovuz regional şöbəsi tərəfindən təhvil alınmışdır. Bundan sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti ## ##### 2026-cı il tarixli məktubla məhkəməyə göndərilməsi qeyd edilsə də, faktiki olaraq ## ##### 2026-cı il tarixində elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Göründüyü kimi, inzibati tənbeh edilmiş şəxs tərəfindən şikayət, apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmiş, lakin buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməmişdir. Belə ki, IХM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayəti araşdıraraq və təqdim оlunmuş inzibati materialı nəzərdən keçirib məhkəmə hesab edir ki, X4 Qazax-Tovuz regional şöbəsitərəfindən qərardan şikayət vеrmə müddəti burахıldığındаn şikayətin icraata qəbul edilməsindən imtina edilməli, şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Tovuz Rayon Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilməli, mаtеriаl birinci instаnsiyа məhkəməsinə qаytаrılmаlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadənin şikayəti, şikayət vermə müddəti buraxılmaqla verildiyindən icraata qəbul edilməsin. Şikаyət vеrmiş şəхsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr birinci instansiya məhkəməsinə (Tovuz Rayon Məhkəməsinə) vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə material birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar