Məhkəmə qərarları › İş №3(3-7)-293/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-293/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-293/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Kərimova Jalə Müseyib qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ilə (hakim K.Rzayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. IŞIN HALLARI: Iş mаteriаllarına əlаvə edilmiş inzibati xəta haqqında protokoldan və yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, ##.##.2025-ci il tarixdə saat 19 radələrində Tərtər- Goranboy avtomobil yolunun 1-ci kilometrində Tərtər rayonu Qaradağlı kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “VAZ-2106” markalı 59- BF-252 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Inzibati xəta haqqında materiala baxan Tərtər Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayət verilərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tərtər rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Protokol tərtib edən orqanlar daxil olmuş protokola istinad etmiş, lakin bu zaman həmin protokolun hansı vəzifəli şəxs tərəfindən, harda və hansı qaydada tərtib edilməsini və protokolun tarixini və nömrəsini göstərməmiş, işdə mövcud olan digər sübutların motivlərini əsaslandırmamış, sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da iş üzrə yalnış nəticəyə gəlməklə qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hadisə iş materaillarında olduğu kimi olmamışdır. Hadisə yerinin sxemi düzgün tərtib edilməmişdir. Onun avtomobili öz yolu ilə hərəkət edərkən “Chevrolite aveo” markalı avtomobil onun avtomobilinə dəymişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş inzibati xəta haqqında prоtоkоl tərtib edən səlahiyətli şəxsin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Mübahisə olunan qərardan görünür ki, inzibati xəta haqqında işə baxan hakim inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları ilə IXM-in 332.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirilmiş hesab edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 332.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərərəfindən ona dəymiş ziyan ödənilmişdir, o, sonuncudan heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili öz hərəkət hissəsi ilə hərəkətdə olarkən “Chevrolite aveo” markalı avtomobilin ona məxsus avtomobilə toxunmasını, onun sola doğru manevr etməməsini göstərsə də, iş materiallarında olan ## ######## 2025-ci il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “VAZ-2106” markalı 59- BF-252 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sola doğru manevr edən zaman “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsini törətmiş, nəticədə “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zian dəymişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə istər inzibati xəta haqqında protokol tərtib etmiş orqan, istərsə də işə baxmış birinci instansiya məhkəməsinin hakimi IXM-in 75- 85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlar onun öz hüququndan istifadə edərək özünümüdafiə xarakterli olmaqla inzibati xətaya dair iş materialları, həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmiş işin obyektiv halları ilə uyğunluq təşkil etmir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbehə münasibətdə hesab edir ki, aşağıda qeyd olunanlara görə sonuncu barəsində tətbiq edilmiş inzibati cərimə tənbehi qanuni və ədalətli sayılır. Belə ki, IXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair nəticəyə gələrkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq barəsində IXM-in 332.4cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti törədilmiş inzibati xətaların xarakteri, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin islah olunması, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək və barəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edərkən sonuncunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlmişdir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla öz subyektiv fikirlərinə və mülahizələrinə əsaslanmaqla Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini üçün əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar