Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-294/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi-Əzizov Sevindik Əziz oğlu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə «xxxx» MMC İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan «xxxx» MMC-nin direktoru X1 tərəfindən ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-*)-**/**** saylı qərardadı ilə «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul olunmasından imtina edilməsi və apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən işin birinci instansiya məhkəməsinə qaytarılması, «xxxx» MMC-nin direktoru X1 Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Daha sonra «xxxx» MMC-nin direktoru X1 qərardan şikayət vermə müddətinin bərpası barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (sədrlik edən hakim P.Z.İsaqlı) buraxılmış prosessual müddətin bərpası barədə «xxxx» MMC tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardaddan «xxxx» MMC-nin direktoru X1 tərəfindən ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ## ###### 2026-cı il tarixdə göndərilmişdir. Həmçinin qərardad həmin tarixdə «xxxx» MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə Tovuz Rayon Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətində Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından ## ##### 2026-cı ildə xəbərdar olunduğu qeyd edilsə də, bunu təsdiq edən heç bir sübut şikayətə əlavə edilməmişdir. Həmçinin şəxs apellyasiya şikayətində elektron kabinetə kimsənin köməyi olmadan girə bilmədiyini, bu halda qanunla nəzərdə tutulmuş prosessual müddətin onun təqsiri olmadan ötürülməsini qeyd etmişdir. Lakin qeyd edilməlidir ki, bu göstərilən hal buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, «xxxx» MMC-nin qanunla müəyyən edilmiş prosessual müddəti yenidən ötürməsi müəyyən edilir. «xxxx» MMC qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa apellyasiya şikayəti vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericliyində prosessual müddətin ötürülməsi ilə verilən şikayətlərin birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qaytarılması haqqında qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Prosessual müddət ötürülməklə verilmiş şikayətlərin hansı qaydada həll edilməli olması mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “İXM-nin 128-ci maddəsinin şərh edilməsinə dair” # ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, cinayət işlərinə apellyasiya instansiyası məhkəməsinin hazırlıq iclasında baxılması məsələlərini tənzimləyən 391.3.5 və 391.5ci maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayəti və ya apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdikdə şikayətin və ya protestin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Hazırki iş materiallarını nəzərdən keçirən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, «xxxx» MMC-nin şikayəti (iş materiallarında olan sənədlərə əsasən) prosessual müddət ötürülməklə verildiyi üçün, habelə müddətin bərpasına dair qərar olmadığı üçün şikayət hüququ olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qəbul edilməli və onun apellyasiya icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, prosessual normaların əlaqəli təhlilinə görə prosessual müddət ötürüldükdə prosessual hüquq da keçmiş olur. Bu isə özlüyündə o deməkdir ki, müddətin ötürülməsi hüququn olmasını istisna edir ki, qanunvericilik belə hallarda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini nəzərdə tutur. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırki qərarın qəbul edilməsi «xxxx» MMC-ni birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. «xxxx» MMC istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Tovuz Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Belə ki, İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən «xxxx» MMC-nin direktoru X1 apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün onun məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı, «xxxx» MMC-nin direktoru X1 müddətin bərpası barədə vəsatətlə Tovuz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından «xxxx» MMC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul olunmasından imtina edilsin və apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən iş birinci instansiya məhkəməsinə qaytarılsın. «xxxx» MMC-nin direktoru X1 Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-294/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-294/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver