Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-295/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi X5 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 əmək müfəttişi Verdiyeva İlahə Gəray qızı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində ##.##.2025-ci il tarixdə İXMnin 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, vətəndaş İmran Umudovun şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilsə də, qeyd olunan sənədlər natamam təqdim olunmuşdur. Bununla da, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim L.V.Hüseynzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və şikayətdə Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi və X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Umudov İmran Qəhəd oğlunun şikayəti əsasında Xidmətin Gəncə-X7 tərəfindən aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/*- **** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin regional şöbəsinə verilməsi tələb olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən sənədlər natamam təqdim edilmişdir. İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Gəncə-X7 tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər natamam təqdim edildiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Həmçinin İXM-nin 539.3-cü maddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Göygöl Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Gəncə-X7 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir”. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək ona uyğun çıxış etdi və şikayətin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv olunmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 539.3-cü maddəsindən göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin deyil, həm də məlumatların və həm də tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda, vətəndaş İmran Umudovun şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilsə də, qeyd olunan sənədlər natamam təqdim olunması qeyd olunmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli **-**-*/*-******/*-**** nömrəli məktubda qeyd edilir ki, Umudov İmran Qəhəd oğlunun “xxxx“ MMC-də son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142" Çağrı mərkəzinə ünvanladığı müraciətinə X6 Xidmətinin Gəncə-X7ndə baxılır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Umudov İmran Qəhəd oğlunun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid qeyd edilən sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Gəncə-X7 (Gəncə şəhəri, Atatürk prospekti-269/509 A) təqdim edilməsi xahiş olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış *-**-*/*-****/**** nömrəli məktub ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. ## ###### 2025-ci il tarixli, *-**-*/*-**-******/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə bildiriş göndərilərək bildirilmişdir ki, İXM-nin 539.3-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X7 ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması ##.##.2026-ci il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X6 Xidmətinin Gəncə-X7 (Gəncə şəhəri, Atatürk pr. 269/509A. Əlaqə: 022 256-74-94) və ya video-konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədiyiniz və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədiyiniz halda İXM-nin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakınız olmadan baxılacaqdır. ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə bildiriş göndərilərək bildirilmişdir ki, Umudov İmran Qəhəd oğlunun “xxxx“ MMC-də son haqq-hesabının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142" Çağrı mərkəzinə ünvanladığı müraciətinə X6 Xidmətinin Gəncə-X7ndə baxılır. Araşdırma zamanı onlar tərəfindən MEİS-in “Əmək və Məşğulluq" (ƏMAS) altsistemində qeydiyyata alınan Umudov İmran Qəhəd oğluna aid zəruri sənədlərin təqdim olunması üçün ünvanınıza ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub ünvanlanmış, lakin məktubun ##.##.2025-ci il tarixdə ünvanınıza çatdırılmasına baxmayaraq tərəflərindən sözügedən sənədlər bugünədək Şöbəyə təqdim edilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixdə saat 11:00-da X6 Xidmətinin Gəncə-X7 (Gəncə şəhəri, Atatürk prospekti, 269/509A tel: 012-525-55-45, daxili 6202 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı tərəfinizdən təqdim edilməsi tələb olunur. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktub ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. Poçt xəbərnaməsindən görünür ki, ## ###### 2025-ci il tarixli, *-**-*/*-**-******/**** nömrəli məktub ##.##.2025-ci il tarixdə xxxx MMC tərəfindən imzalanaraq qəbul edilmişdir. ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə məktub göndərilərək vətəndaş Vətəndaş Umudov İmran Qəhəd oğlunun “xxxx" MMC-də (bundan sonra- Cəmiyyət) son haqqhesabının ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) “142” Çağrı mərkəzinə ünvanladığı müraciətə Nazirlik yanında X6 Xidmətinin Gəncə-X7ndə baxılır. Vətəndaşın müraciəti ilə əlaqədar məlumatların əldə edilməsi məqsədilə tələb olunan zəruri sənədlərin təqdim edilməsi ilə bağlı tərəflərindən Cəmiyyətin rəhbərliyinə icrası məcburi ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sorğu məktubu göndərilmişdir. Lakin Cəmiyyət tərəfindən tələb olunan sənədlər natamam təqdim edildiyindən müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Cəmiyyət tərəfindən Şöbəyə təqdim edilən sənədlərə baxıldıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5 maddəsinin (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) tələbləri, o cümlədən 172.4 maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulduğu məlum olmuşdur. Beləliklə, tərəflərindən İXM-nin 192.4 maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) və 539.3 maddəsinə əsasən (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq Nümayəndə barəsində ##.##.2025ci il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq iş üzrə icraata başlanılmış və törədilmiş hüquqpozmanın aradan qaldırılması (son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi və zəruri sənədlərin təqdim edilməsi) üçün 15 gün müddət müəyyən olunaraq ##.##.2026-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda hüquqi şəxs "xxxx” MMC barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad qəbul edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.5-ci və 172.4cü maddələrinə uyğun olaraq Umudov İmran Qəhəd oğlunun son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsini təsdiq edən sənədlərin və müraciətlə əlaqədar ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sorğu məktubu ilə tələb olunan digər sənədlərin şöbəyə təqdim edilməsi tələb olunur. Nəzərinizə çatdırırıq ki, İXM-nin 116.3-cü maddəsinə əsasən "Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibatı cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir”. Poçt xəbərnaməsindən görünür ki, xxxx MMC-nin nümayəndəsi tərəfindən qərar ##.##.2026-cı il tarixdə imzalanaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iclas zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, dağ mədən fəaliyyəti ilə məşğul olur. Şikayət edən şəxs onun yeznəsidir. Əmək müfəttişliyi tərəfindən yoxlamalar aparılıb. Protokol onların iştirakı olmadan tərtib olunub. Protokol tərtib olunan vaxt Bakı şəhərində olduğunu bildirdi. Zərflər əvvəlcə Daşkəsən rayonuna göndərildiyi üçün çatdırılmayıb, sonradan Göygöl rayonu Üçtəpə kəndində göndərilib. Vəzifəli şəxs kimi ona 1000 manat cərimə yazılıb. Hüquqi şəxs kimi cəriməni məhkəmənin yazdığı bildirilib. Bildirmişdir ki, şikayət edən şəxs işə vaxtında gəlibgetmirdi. Buna baxmayaraq bütün əmək haqları vaxtında ödənmişdir. EMAS sisteminə inteqrasiya olunublar. Bütün tələb olunan sənədlər verilmişdir. İçinin əmək müqaviləsi, əmək haqqının ödəniş cədvəli və digər sənədlər sistemə yerləşdirilmişdir. Yerləşdirilməyən sənədlər isə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə izahatına əsaslanmış və hesab etmişdir ki, təqdim olunması tələb olunan sənədlər kağız daşıyıcılar və ya elektron sənəd dövriyyəsi vasitəsi ilə təqdim edilmişdir. İnzibati icraatı həyata keçirən səlahiyyətli orqan məhz sənədlərin natamam təqdim edilməsini təsdiq edən sübut təqdim etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərlə razılaşmayaraq hesab edir ki, iş materiallarından görünür ki, Umudov İmran Qəhəd oğlunun şikayəti əsasında Xidmətin Gəncə-X7 tərəfindən aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/*-**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən zəruri olar məlumatların (sənədlərin) 7 (yeddi) iş günü müddətində Xidmətin Gəncə-X7 verilməsi tələb olunmuş, həmin məktub # ###### 2025-ci il tarixdə xxxx MMC tərəfindən imzalanaraq qəbul edilmiş, lakin məktubda göstərilən məlumatlar (sənədlər) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xidmətin Gəncə-X7 təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-nin 539.3-cü maddəsinində əks olunan əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi faktı iş materialları ilə tam sübuta yetirilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə hüquqi şəxs qismində təqsirli bilindiyi İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbehinin aşağı həddində inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin cərimə tənbehi şərti tətbiq edilməlidir. Belə ki, İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İXM-nin 134.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iş üzrə qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli, hüquqi şəxs bu inzibati xətaya görə il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 və Göygöl Rayon Məhkəməsinə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 539.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində şərti olaraq 2000 (iki min) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aradan qaldırılmaqla bu müddət ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 və Göygöl Rayon Məhkəməsinə məlumat verilsin. Göstərilən müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilsin. Göstərilən müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin ödənilməsi üçün qərаrın icrаsı Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-295/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-295/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver