Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 3(3-7)-296/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsinin baş məslətçisi hüquqşünas X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından DƏMX-nin Hüquq İdarəsi tərəfindən şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından DƏMX-nin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı (hakim Mustafayev Rəşad) ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatəti təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından verilmiş şikayət geri qaytarılmışdır. İŞİN HALLARI: Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilmiş, DƏMX-nin Gəncə-X3 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DƏMX-nin Hüquq İdarəsi məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından verilmiş şikayətin apellyasiya icraatına qəbul olunmasından imtina edilmiş, inzibati icraat materiallarının Göygöl Rayon Məhkəməsinə qaytarılması və DƏMX-nin Hüquqi İdarəsinə Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsində vəsatət qaldırmaq hüququnun olmasının izah olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala baxan Göygöl Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Qərardadla razılaşmayan DƏMX-nin Hüquq İdarəsinin rəisi şikayət verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXM-nin 57-ci maddəsinin tələbinə görə qərarlar, qərardadlar, protokollar, bildirişlər poçt vasitəsi ilə təqdim edilməlidir. Həmçinin, nümayəndənin apellyasiya şikayəti vermək səlahiyyəti yoxdur. Belə ki, nümayəndəyə verilmiş etibarnamə yalnız X2 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün verilmişdir. Məhkəməyə təqdim edilmiş etibarnamədən görünür ki, nümayəndənin apellyasiya şikayəti verməsi nəzərdə tutulmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSSESUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsi iclasında iştirak edən inzibati orqanın etibarnamə üzrə nümayəndəsi Elnur Yəhyazadə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İnzibati xətaya dair işin materiallarını araşdırıb, şikayətin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından göründüyü kimi DƏMX-nin Gəncə-X3 nümayəndəsi Nümayəndə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək izahat vermiş və qərar elan olunarkən məhkəmə iclas zalında olmuş, eyni zamanda ##.##.2025-ci il tarixli məhkəmənin qərarı nümayəndə Nümayəndə elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin DƏMXnin Hüquq İdarəsi həmin qərardan 10 gün müddətinə apellyasiya şikayəti verməli olduğu halda şikayət vermə müddəti 7 aydan çox ötürülmüşdür. Belə olan halda hazırkı iş üzrə şikayətçi inzibati orqan DƏMX-nin Hüquq İdarəsinin rəisi tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar şikayətə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə təkrar etməyə zərurət görmədən hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati protokolu tərtib orqan DƏMX-nin Hüquq İdarəsinin rəisi tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, ona görə də müddətin bərpasına dair verilmiş vəsatət və şikayət rədd edilməlidir. Belə ki, İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(066)-275/2025 tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-296/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-7)-296/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver