Məhkəmə qərarları › İş №3(3-7)-297/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-297/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-297/2026 01.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, «xxxx” MMC-nin Azərbaycan Respublikası IXMnin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə-X8 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından X6 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 əmək müfəttişi X3 tərəfindən “xxxx” MMC-nin barəsində ##.##.2026ci il tarixdə IXM-nin 539.1-1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Quşqara kəndində “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbi pozulmuşdur, belə ki, ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş məktubu ünvanlasa da, göstəriş yerinə yetirilməmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının IXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından X6 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayət verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Gəncə-X7 tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin (bundan sonra - Xidmət) Gəncə-X7 tərəfinden "xxxx" MMC barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin Gəncə-X7 ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında "xxxx" MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Bildirir ki, "Əmək və məşğulluq" altsisteminə baxış zamanı "xxxx" MMC tərəfindən işçinin əməkhaqqı məbləğində "Əmək və məşğulluq" altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə X6 Xidmətinin Gəncə-X7nə müəyyən edilmişdir. Bununla bağlı "xxxx" MMCyə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən icrası məcburi olan göstəriş verilmişdir. Bundan əlavə bildirmək istəyir ki, Xidmətin Gəncə-X7 tərəfindən göndərilmiş qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli icrası məcburi göstərişi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilmiş çatmasını təsdiq edən xəbərnamələr iş materiallarına əlavə edilmişdir. Məhkəmə prosessi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə məktubların Samux rayonuna göndərildiyi üçün çatdırılmamasına dair verdiyi izahatı hüquqi şəxsin məsuliyyətdan yayındırılması üçün verilmişdir. Lakin "xxxx" MMC tərəfindən məktubda göstərilən müddət ərzində pozuntunu aradan qaldırmamışdır. Xidmətin Gəncə-X7i göstərişinə baxmayaraq "xxxx" MMC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin GəncəX7nə məlumat verilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, IXMnin 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki IXMnin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının,ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olangöstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 ##.##.2026-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolunda göstərilmişdir ki, Göygöl rayonu Quşqara kəndində “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş məktubu ünvanlasa da, göstəriş yerinə yetirilməmişdir. Bununla da, “xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC rəhbərliyinə ünvanlanmış ## ###### 2025-ci il tarixli icrası məcburi göstərişdə göstərilmişdir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" ## ######## 2024-cü il tarixli *** nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Bildirirlər ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı tərəflərindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 7 iş günü ərzində onlarla bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi və nəticəsi barədə Şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC rəhbərliyinə ünvanlanmış ## ###### 2026-cı il tarixli *- **-*/*-****/**** nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" ## ######## 2024-cü il tarixli *** nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Tərəflərindən bu barədə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktubu Sizin ünvanınıza (Samux rayonu, Quşqara kəndi) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemiüzərindən aparılmış təhlillər zamanı cari tarixdə Sizinlə bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi məlum olmuşdur. Bu səbəbdən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmələri məqsədi ilə ## ###### 2026-ci il tarixdə saat 11:00-da X6 Xidmətinin Gəncə-X7nə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən)) dəvət olunursunuz. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı tərəflərindən təqdim edilməsi tələb olunur. Onların və ya səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməkləri və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, ünvanlanmış ## ###### 2026-cı il tarixli 3- **-*/*-****/**** nömrəli məktub Samux rayonu, Quşqara qəsəbəsi kimi qeyd edilərək göndərilmişdir. Iş materiallarına əlavə edilmiş X2 və X1 ilə bağlanmış əmək müqavilələrinin surətindən görünür ki, müqavilələr EMAS sisteminə inteqrasiya olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, «xxxx” MMC -nin inzibati xəta törətməsi faktı öz təsdiqini tapmır. Ona görə də «xxxx” MMC -nin barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərarında ona istinad etmişdir ki, səlahiyyətli orqan tərəfindən verilmiş icrası məcburi göndəriş hüquqi şəxsə ünvan səhv olduöundan çatdırılmamış, aparılan inzibati icraata dair məlumatlandırılmamışdır. Hüquqi şəxsin rəhbəri bununla bağlı məlumat əldə etdikdə isə artıq məcburi icranın predmeti olan göstəriş- X2 və X1 ilə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilmişdir. Bununla da “xxxx” MMC tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 əmək müfəttişi X3 tərəfindən “xxxx” MMC-nin barəsində ##.##.2026ci il tarixdə IXM-nin 539.1-1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Göygöl rayonu Quşqara kəndində “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbi pozulmuşdur, belə ki, ##.##.2025-ci il tarixli icrası məcburi göstəriş məktubu ünvanlasa da, göstəriş yerinə yetirilməmişdir. Iş materiallarında olan poçt xəbərnaməsindən və reyestrindən görünür ki, xxxx” MMC rəhbərliyinə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktub Samux rayonu Quşqara kəndinə göndərilmiş və ##.## 2026-ci il tarixdə qəbul edilmişdir. Göründyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin Gəncə-X7 “xxxx” MMC-nin barəsində ##.##.2026-ci il tarixdə IXM-nin 539.1-1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokolun əsası kimi göstərilən 7 iş günü ərzində icrası məcburi göstəriş ##.## 2026-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma apararaq və işdə olan sənədləri tədqiq etmiş və müəyyən etmişdir ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, «xxxx” MMC-nin IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə həmin sübutlara əsaslanmaqla düzgün nəticəyə gəlmiş, tam araşdırma aparmış və qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar