Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-299/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanmış işin icraatına xitam verilməsinə dair Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X2 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş İsmayılov Səlimxan İsa oğlunun şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə *-**-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubu göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Sorğu məktubu işəgötürənin elektron kabinetinə də göndərilmiş, lakin ##.##.2026-cı il tarixinədək müvafiq sənədlər təqdim olunmamışdır. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Ələkbərov Tural) ilə əməlində inzibati xəta tərkibi olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: İş materialında olan sənədlər: -DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, vətəndaş İsmayılov Səlimxan İsa oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətinə Nazirlik yanında DƏMX-nin Bakı Şəhər İdarəsində baxılır. İsmayılov Səlimxan İsa oğlunun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlər: vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu, iş vaxtının uçot tabeli (işlədiyi dövr üzrə), əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlər (işlədiyi dövr üzrə), son haqq-hesabının hesablanması və ödənilməsinə dair müvafiq sənədlər, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi dövr üzrə). Həmin məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanmışdır (Ünvan: AZ2600, Xocalı rayonu, Xanabad, **********); -##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə sorğu ünvanlanmış və icra tarixi ##.##.2026-cı ildir; -SS*********AZ nömrəli göndərişdən görünür ki, İsmayılov Səlimxan İsa oğlu tərəfindən X2 Xidmətinə məktub göndərilmişdir. İnzibati xəta haqqında materiala baxan Xocalı Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından X2 Xidmətinin Hüquq İdarəsinin rəisi şikayət verərək Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli məktub "xxxx" vasitəsi ilə MMC-nin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmiş və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin müəssisə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Məhkəməyə göndərilmiş iş materialları ilə müəyyən edilir ki, Xidmətin ”xxxx” MMC-yə ünvanladığı ##.##.2026-cı il tarixli məktubu sözügedən MMC-nin elektron kabinetinə yerləşdirilmiş və bununla da sənədlər hüquqi şəxsə çatdırılmış sayılır. Protokolla birlikdə məhkməyə göndərilmiş "AEİS"-dən olan əməliyyat tarixçəsindən görünür ki, müəssisəyə ünvanlanmış sorğu məktubu ##.##.2026-cı il tarixdə müəssisənin elektron kabinetinə yerləşdirilmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən nümayəndələrin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə və tərəfin izahatı ilə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialına əlavə edilmiş sənədləri təkrar etməyə zərurət görmədən qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, eləcə də düzgün nəticəyə gəlmişdir. Belə ki, şikayətin dəlillərindən göründüyü kimi inzibati orqan tərəfindən ”xxxx” MMCyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubun sözügedən MMC-nin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilməsini mübahisələndirsə də, hazırki vəziyyətdə həmin mübahisə iş materialında olan mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. İşdə olan sənədlərdən göründüyü kimi inzibati orqan tərəfindən ”xxxx” MMCyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubun rəsmi qaydada göndərilməsini təsdiq edən və ya həmin tarixli məktubun həqiqətən də MMC-nin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilməsini təsdiq edən hər hansı çıxarış və ya mötəbər sənəd təqdim edilməmişdir. İXM-nin 8-ci maddəsinə görə hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iş materialında olan sənədləri şübhə altına alan mötəbər sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi hazırkı halda DƏMX-nin Bakı Şəhər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən apellyasiya şikayətində mübahisələndirilən dəlilləri ilə ”xxxx” MMC-i tərəfindən İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan iş materialına əlavə edilmiş sənədlərdən göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmiş, tam və ətraflı araşdırma aparmadan, ”xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda ”xxxx” MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Xocalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-7)-299/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-299/2026
25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver