Məhkəmə qərarları › İş №3(3-7)-300/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-300/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-300/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Milli Bankın tərtib etdiyi ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## ###### 2024-cü il tarixdə 17900 (on yeddi min doqquz yüz) ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (hakim Baxşıyev Qafil) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 430.4cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti olan 17900 (on yeddi min doqquz yüz) ABŞ dollarının iyirmi faizi məbləğində, yəni 3580 (üç min beş yüz səksən) ABŞ dolları (icra olunduğu günə Azərbaycan manatına məzənnə nisbəti ilə) cərimə edilmişdir. İŞİN HALLARI: ## ###### 2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC vasitəsi ilə Topcuoglu Plastik Limited Şirkətinin hesabına 17900 (on yeddi min doqquz yüz) ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Lakin qanunla müəyyən olunmuş müddət ərzində nə müvafiq mallar idxal edilməmiş, nə də köçürülmüş valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta haqqında materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirmiş və qərar qəbul olunmuşdur. Bundan başqa, protokolda ## ###### 2024-cü ildə 17900 ABŞ dolları məbləğində pul vəsaitinin xaricə köçürülməsi və 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınmış mallar ölkəyə daxil olmadığı qeyd edilsə də, lakin həmin vəsait Türkiyə Respublikasında yerləşən Topçuoğlu şirkətinin hesabına köçürülmüş və həmin mallar ölkəyə daxil edilmişdir. X1 həmin vəsaitin ayrı-ayrı hesablara köçürülməsinin əsas tutaraq barələrində protokol tərtib etmişdir. Həmin vəsaitin hansı hesaba köçürülməsi barədə Topçuoğlu şirkətindən arayış təqdim olunsa da, Mərkəzi Bank həmin hesabların başqa hesablar olduğunu bildirmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən hüquqi şəxs ”xxxx” MMC-nin nümayəndəsi Rəşad Həsənov şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, mallar həqiqətən də ölkəyə gətirilmiş, daha sonra 17900 (on yeddi min doqquz yüz) ABŞ dolları məbləğində vəsait ölkəyə köçürülmüşdür. Nümayəndəsi olduğu MMC-nin maliyyə xidməti tərəfindən səhvlik baş vermiş, ona görə də barələrində protokol tərtib olunmuşdur. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini və nümayəndənin izahatını, iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materialında olan sənədləri təkrar etməyə zərurət görmədən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanunidir. Belə ki, iş materialında olan ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 17900 (on yeddi min doqquz yüz) ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödəniş aparıldığı vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq, 17900 (on yeddi min doqquz yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qaytarılmaması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusat nümayəndəsi olduğu MMC-nin inzibati məsuliyyətdən azad olunmasına əsas vermir. Belə ki, İXM-nin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslərin inzibati xəta hadisəsi törətməsi hüquqi şəxsin məsuliyyətə cəlb olunması istisna etmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törətmiş olduğu əməli düzgün tövsif etmişdir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillər inzibati məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirildiyindən hazırda inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi əsasları müəyyən edilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsini hazırki işin faktiki halları ilə müqayisəli şəkildə təhlil etdikdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin olunmasın. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar