Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-302/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1218/2026 saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Svetlana Iankina tərəfindən verilmiş şikayət üzrə materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1218/2026 saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Svetlana Iankina apellyasiya şikayəti verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Gəncə şəhər məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhər məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Gəncə şəhər məhkəməsinin 3(5-121 )-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı əsassızdır. Odur ki, həmin qərar ləğv edilərək, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Belə ki, məhkəmə inzibati tənbeh tətbirinin tətbiq edilməsi əsası kimi ona istinad etmişdir ki, "hüquqi şəxs "xxxx” MMC 2024-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Bununla da "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada illik maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli olduğu halda etməmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir". edir. Məhkəmənin istinad etdiyi hallar işin həqiqi halları ilə tam ziddiyyət təşkil Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəsmi internet səhifəsi olduğundan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat-məlumatların sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə, Cəmiyyətin internet səhifəsində dərc olunmuşdur. (link etiraza əlavə edilmişdir) (https://xxxx.az/about-xxxx). Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üçün nəzərdə tutulan maliyyə hesabatını ## ###### 2024-cü il tarixində bitən il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) hesabatlarını və müstəqil audotor hesabatını MMC-nin internet səhifəsinə dərc etdirmiş, hesabat rəsmi mətbu orqanı sayılan internet səhifələrində yayılmış və eyni zamanda bu barədə rəsmi sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin rəsmi şəxslərinə də təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş və Qanunun tələblərini pozmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il, 27 may tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları»nın 3.1-ci bəndinin tələblərini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC əməl etmiş və Qaydalara uyğun olaraq birləşdirilmiş maliyyə hesabatını hesabat dövrü başa çatdıqdan sonra təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında icaatın aparılması əsası kimi tərtib edilmiş protokolda, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiqi əsası kimi hakimin qərarında hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməməsi göstərilsə də, göstərilən hal işin həqiqi halları ilə tam ziddiyyət təşkil edir. Belə ki, şərh olunduğu kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəsmi internet səhifəsi olduğundan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat-məlumatların sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə, Cəmiyyətin internet səhifəsində dərc olunmuşdur. (link etiraza əlavə edilmişdir) (https://xxxx.az/aboutxxxx ). Göründüyü kimi, barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində dərc etməsini bildirərək, buna dair (https://xxxx.az/about-xxxx) linki təqdim etsə pe' göstərilən hal və sübut araşdırılmadan işin hallarına açıqdan-açığa uyğun gəlməyən və işin həqiqi hallarını təhrif edən dəlillər əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, "xxxx”MMC barəsində inzibati tənbeh tədbirinin tətbiqinin əsası kimi istinad olunan hallar işin həqiqi halları ilə uzlaşmayıb, işin həqiqi hallarına tam şəkildə ziddir. Göstəritlənlərə əsasən inzibati xəta tərkibi olmadığından Gəncə şəhər məhkəməsi hakiminin ## ##### 2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilərək, "xxxx” MMC barəsində olan inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq və birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Repubilkası IXM-in 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Iş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası IXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan ##.##.2026-cı il tarixli bildirişindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2025-ci il tarixdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində ## #### 2026-cı il tarixdə saat 09:30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2025-ci il tarixdən gec olmayaraq 2024-cü il üzrə illik maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc edilməli idi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə maliyyə hesabatları auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Bununla da “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada illik maliyyə hesabatlarının audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etməli olduğu halda etməmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəsmi internet səhifəsində birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatməlumatlarını sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, Cəmiyyətin internet səhifəsində dərc olunması qeyd olunsa da, (https://xxxx.az/about-xxxx) linkdə olan illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ##.##.2026-cı il tarixində sayta yerləşdirilməsi müəyyən olunur. Məhkəmə inzibati xətanın xarakteri, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh etməklə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları məcmu halında nəzərdən keçirərək hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslıdır. IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirlmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-121)-1218/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Hakim: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-302/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-302/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver