Məhkəmə qərarları › İş №3(3-7)-303/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-303/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-303/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X5 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Müfəttişliyi Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 və müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Məmmədov Elsevər İsgəndər oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X2 Müfəttişliyi Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-ci il tarixli MN ******* saylı inzibati protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru N.D.Novruzov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozularaq vətəndaş Şahid ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Tovuz şəhərində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə (sədrlik edən hakim L.Ə.Xanməmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək hüquqi şəxs qismində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Hazırki iş üzrə İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində təqsirli bilinən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hazırki pozuntu ilə bağlı heç bir əlaqəsi olmamışdır. Belə ki, inzibati orqanda vətəndaş Şahid şikayəti əsasında araşdırma aparılmışdır. Onun şikayəti hüquqi şəxsin əməkdaşı olan Vahid Rüstəmovdan olmuşdur, çünki şikayətçinin iddia etdiyi məhz V.Rüstəmovun yanında işləməsi ilə olubdur. V.Rüstəmov isə MMC-nin bölgə üzrə satış rəhbəri olmuşdur və onun hər hansı bir qayda olaraq işə götürmək səlahiyyəti olmamışdır. Eyni zamanda V.Rüstəmov Şahid işə qəbulu ilə bağlı hər hansı bir rəsmi məlumat Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə məlumat verməmişdir. Bu faktda birinci instansiya məhkəməsində öz izahatında əksini tapmışdır. MMCnin rəhbərliyinin Şahid müfaviq orqanlara şikayətindən sonra bu faktla bağlı məlumatı olmuşdur. Hesab edir ki, bu baxımdan birinci instansiya məhkəməsinin qərarı tam və düzgün araşdırılmadığından qərar əsassızdır. Qanunvericiliyin və inzibati xətalara əsasən inzibati orqan özü inzibati xətanı törədilməkdə təqsirli bilinən hüquqi şəxsin təqsirini tam sübuta yetirməlidir. Hazırki məsələ ilə əlaqədar inzibati orqanın heç bir sübutu mövcud deyil. Bu baxımdan qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməli idi. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyərək qərar qəbul etmişdir. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinin heç bir təqsirli olmamışdır. Çünki təmsilçilərə belə bir səlahiyyət verilməmişdir və şikayətçi olan Şahid şəxsən tanımamışdır. Eyni zamanda qərarda qeyd edilən səs yazısı hər hansı bir mötəbər sübut kimi qiymətləndirə bilməz. Çünki səs yazısının kimə aid olması müəyyənləşdirilməmiş və qanununsuz olaraq qeydə alınmışdır. Həmin vatsap qrupu kimin tərəfindən yaradılması və kimlərin ora əlavə edilməsi, kim tərəfindən icra olunması aydınlaşdırılmamışdır. Onlar heç bir ekspertiza rəyi olmadan mötəbər sübut kimi qiymətləndirə bilməz”. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 və müdafiəçi Məmmədov Elsevər İsgəndər oğlu apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər və şikayətin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Müfəttişliyi Xidməti Hüquq İdarəsinin baş məsləhətçisi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini bildirdi və şikayətin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İХM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati хətaların törədilməsində təqsirli hesab edilən və inzibati хəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəхs inzibati məsuliyyətə cəlb оlunur və tənbeh edilir. İХM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İХM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İХM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan: # #### 2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru vəzifəli şəxs - X3 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanılmış materiallar Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X2 Müfəttişliyi Xidmətinə göndərilmişdir. ## #### 2026-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru N.D.Novruzov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozularaq vətəndaş Şahid ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Tovuz şəhərində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalının çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Gəncə şəhəri, X1, ev 1 ünvanında yerləşir, X3 isə cəmiyyətin qanuni təmsilçisidir. Birinci instansiya məhkəməsində iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi İsmayılov Taleh İlyas çıxışında bildirmişdir ki, vətəndaş X9 şikayət ərizəsi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində araşdırma aparılmış və şikayətçi tərəfindən təqdim edilmiş sübutlar əsasında “xxxx MMC”-də Şahid əmək müqaviləsi olmadan işləməsi müəyyən edilmişdir. Belə ki, şikayətçi Şahid təqdim etdiyi sübutlara baxış zamanı aydın olmuşdur ki, Şahid Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Tovuz filialında əmək müqaviləsi olmadan işləmişdir. Həmçinin şikayətçi Şahid Azərbaycan Respublikasının Baş Prokurorluğuna da eyni məsələ ilə bağlı şikayət ərizəsi ilə müraciət etmiş, prokurorluq tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Müfəttişliyinə göndərilmişdir. Daha sonra xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə ## #### 2026-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinməsi və həmin maddə ilə müəyyən edilmiş inzibati tənbeh növünün təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktorudur, hüquqi şəxs barəsində tərtib edilmiş protokol ilə razı deyil. Bildirir ki, Gəncə şəhərindən başqa digər rayonlarda da MMC-nin filial və nümayəndəlikləri vardır. O, X4 tanıdığını, onun Tovuz rayonunda filial müdiri olmasını və hüquqi şəxsi təmsil etməsini bildirmişdir. Daha sonra şikayətçi Şahid tanımadığını, sonradan onun Vahid tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilməsini qeyd edərək, həmin xanımı işə cəlb edilməsindən məlumatı olmadığını bildirmişdir. O, qeyd edilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində qəbul edilmiş protokol üzrə icraata xitam verilməsini, inzibati məsuliyyətə isə X4 cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri Nəcəf Novruzovu və şirkətin Tovuz filialının müdiri Vahid Rüstəmovu tanıyır. Qeyd edir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də filial müdiri Rüstəmov Vahid tərəfindən işə cəlb edilmiş və merkendayzer vəzifəsində işləmişdir. O, işə başlayarkən Vahid ona qısa müddət ərzində onunla müqavilə bağlanılacağını bildirsə də, daha sonra onunla əmək müqaviləsi bağlanmamışdır. Vahidlə arasında aylıq ona 450 manat pul verilməsi barədə razılıq olmuş, lakin Vahid ona stabil pul verməmişdir. O, 6 ay bölgələrdə 3 adamın işini gördüyünü, daha sonra isə əmək haqqını tələb etdikdə Vahid ona pul verməmiş və işə gəlməməsini bildirmişdir. O, şirkətin direktoru Nəcəf Novruzova bu barədə məlumat vermiş, lakin N.Novruzov onu bu barədə narahat etməməsini bildirərək, “hara şikayət edirsən et” dəyə cavab vermişdir. O, məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq dəfələrə Gəncə şəhərində keçirilmiş şirkətin iclaslarda iştirak etdiyini və şirkətin direktoru Nəcəf Novruzovun onu şəxsən tanıdığını, sonuncunun ona yaxşı işçi olmasını deməsini və dekabr ayından sonra onunla əmək müqaviləsi bağlanacağını vəd etməsini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Tovuz rayonu üzrə filial müdiri vəzifəsində çalışır. Qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru N.Nəcəfov onun qohumudur. O, şikayətçi Şahid tanıdığını, tərəfindən ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixədək sonuncunun kömək məqsədilə Tovuz rayonunda mağazada işə cəlb olunduğunu bildirmişdir. O, Kəmaləyə aylıq 450 manat pul verdiyini, lakin aralarında hər hansı müqavilə olmadığını qeyd etmişdir. Daha sonra Kəmalənin işə davamiyyətsiz gəldiyi və rayonda sonuncunun şəxsiyyəti barəsində rayonda söz-söhbətlər olduğu üçün, Kəmaləyə daha işə gəlməməsini demişdir. Bundan sonra Kəmalə Məmmədova müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. O, Kəmalənin filialda işləməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru Nəcəf Novruzova hər hansı məlumat verməmiş, şəxsən özü tərəfindən Şahid işə cəlb edildiyini, sonuncunun prokurorluq orqanına şikayət etməsindən sonra məsələ ilə bağlı N.Nəcəfova məlumat verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru N.D.Nəcəfovun Şahid tanımadığı, onun Tovuz filialında işləməsindən xəbərinin olmaması, filial müdirinin əmək müqaviləsi bağlamadan Şahid işə cəlb edilməsindən xəbərsiz olması barədə bildirdikləri özünümüdafiə xarakteri daşımaqla əsasızdır. Belə ki, İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:

1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bununla yanaşı, Mülki Məcəllənin 53-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Qeyd olunan maddəyə əsasən filialın gördüyü işlərə və götürdüyü öhdəliklərə görə hüquqi şəxs məsuliyyət daşıyır. Hüquqi şəxs filialın öhdəliklərinə görə tam cavabdehdir və onun əmək qanunvericiliyini pozmaqla törətdiyi əməl birbaşa hüquqi şəxsin əməli hesab edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni həmin maddə ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişdir. İnzibati tənbehlə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan həddə qanuni və ədalətli inzibati tənbeh tətbiq etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, barəsində şikayət verilən həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassızdır və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi

QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar