Məhkəmə qərarları › İş №3(3-7)-304/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-304/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-304/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Müşfiq oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : MN ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədləri üzrə yaranmış 4255,72 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim İsaqlı Pərvanə) qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İŞİN HALLARI: “İcraata başlamaq” haqqında ##.##.2025-ci il tarixli qərara əsasən Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq” haqqında ##.##.2025-ci il tarixli qərara əsasən Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq” haqqında ##.##.2025-ci il tarixli qərara əsasən Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq” haqqında ##.##.2025-ci il tarixli qərara əsasən Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır “İcraata başlamaq” haqqında ##.##.2026-cı il tarixli qərara əsasən Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “Bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi və icraata başlamaq” haqqında ##.##.2026-cı il tarixli qərara əsasən Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədləri bir icraata birləşdirilərək iş üzrə icraata başlanılmışdır. ##.##.2026-cı il tarixli akta əsasən həmin tarixdə saat 12:20 radələrində borclu Həsənova (Məmmədova) Gülnar Aydın qızına izahat alınması barədə xəbərdarlıq olundu, lakin borclu izahat verməkdən imtina etmişdir. ##.##.2026-cı il tarixli sənədin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “xxxx” QSC-yə ödənilməli 450 manat borcu tam icra etmişdir. İnzibati xəta haqqında iş üzrə materiala baxan Tovuz Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmə qərarı ilə razılaşmayan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi nə icra məmuru, nə də məhkəmə onun icra sənədlərini qəsdlə icra etməsinə dair heç bir sənəd təqdim etməmişlər (məs əmlakına, məhkəmənin icra sənədinin icra olunmasına mane olmağına və s. dair). Göründüyü kimi tutmalar onun əmək haqqına yönəldilməlidir. Bu isə icra məmurunun vəzifəsi olduğu halda o, öz işini lazımınca görməmişdir. Ona görə də şikayətin təmin edilməsi xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Əlavə olaraq o, göstərdi ki, “Sizin lombard” Tovuz filialında satış məsləhətçisi işləyir və 400 manat əmək haqqı alır. Əmək haqqına 50 faiz tutulma yalnız bi iş üzrədir, o da “xxxx“ MMC-yə qarşıdır, 567 manat borcu qalıb. Bu ödəmə digər işlərə, yəni borclarına aid deyil. Məhkəmə qərarından sonra heç bir ödəniş etməmişdir. Verilmiş suallara cavab olaraq göstərdi ki, “xxxx“ MMC-yə ödənilməmiş 224 manat, “ABU-LİFE GROUP“ MMC-yə 2025-ci ilin sentyabr ayından ödənilməmiş 375 manat, “AS Mobile“ mağazasına 1887 manat borcdan ödənilməmiş 597 manat borcu var. Apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs (tələbkar) üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə nümayəndənin və zərərçəkmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətin dəlillərini və tərəfin izahatını iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsində icra məmuru Asəf Hüseynov izahatında protokol tərtib olunan vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu 4255,72 manat məbləğdə olmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə əsasən onun əmək haqqısından hər ay 50% tutularaq tələbkarın hesabına köçürülür, lakin digər icra sənədləri üzrə onun tərəfindən heç bir ödənişlər edilmir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs (tələbkar) Pəri Heydərovanın etibarnamə üzrə nümayəndəsi izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Pəri Heydərova 2400 manat borcu var. Məhkəmədən borcun ödənilməsini və qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini düzgün tövsif etmiş, çünki iş materialında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi üzrə borcunun olmadığını və “xxxx” QSC-yə olan borcu ödədiyi təsdiq olunsa da, lakin digər icra sənədləri üzrə borc ödənişlərini ümumiyyətlə ödəməmiş, eyni zamanda onun tərəfindən verilmiş izahatdan göründüyü kimi onun üzərinə müəyyən hərəkətlər üzrə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulsa da, o, həmin öhdəliklərin yerinə yetirilməsini müxtəlif bəhanələr (bir neçə icra sənədləri üzrə ödəniş etməsini, icra məmurunun hərəkətsizliyini) gətirərək üzrsüz səbəbdən icra etməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsində göstərdiyi xüsusatlardan görünür ki, kifayət qədər ödənilməli borcunun olduğunu və məhkəmə qərarından sonra heç bir ödəniş etmədiyini etiraf etmişdir. ##.##.2026-cı il tarixli protokol tərtib olunandan gündən bugünki günədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu 4255,72 manat məbləğdədir. “İcra haqqında” qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə əməldə İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olduğu üçün sonuncunun məsuliyyətdən yayınması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən 500 (beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş tənbeh İXM-nin 21 və 31-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar