Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-306/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 ## ##### 2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Protokolu tərtib edən orqan-nin ITB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokolu tərtib edən orqan-nin ITBnin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından zərərçəkən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Goranboy rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yahya oğlu barəsində Inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini ləğv edib bu şəxsin IXM-nin 157-ci maddəsi ilə məsusliyyətə cəlb edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goranboy rayon Məhkəməsinin ##.##.2026-c1 il tarixli Inzibati xəta haqqında iş üzrə qərarı ilə məni döyüb, mənə xəsarət yetirmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yahya oğlu barəsində onun təqsirliyi subuta yetmədiyinə görə onun barəsində IXM-nin 157-ci maddəsi ilə başlanmış Inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Aşağıdakılara əsasən məhkəmənin məlum inzibati qərarını əsassız hesab edir. Işə baxan məhkəmə məlum qərarı qəbul edərkən belə bir dəlilə istinad etmişdir ki, guya IXM-nin 8-ci maddəsi baxımından məsuliyyətə cəlb olunmalı şəxsin təqsiri olması barədə bütün şübhələr onun xeyrinə həll edilir. Bildirir ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin ** nömrəli, ##.##.2026-cı il tarixli rəyi ilədə təsdiq olunur ki, müayinə zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər boyun sol yan səthinin təpe nahiyyəsinin və baldırın sırılmaları küt əşyanının (ların) o cümlədən qərarın təsbiri hissəsində göstərilmiş şərait və tarixə yəni ##.##.2026-cı il tarixdə kənar şəxs və şəxslər tərəfindən əllə və təpiklə döyülmə zamanı əmələ gələ bilən və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. Göründüyü kimi ona Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yahya oğlunun xəsarət yeriməsi tam subut yetdiyi halda məhkəmə bu subutları şübhəli subut kimi qəbul edir. Məhz bununlada inzibati iş üzrə icraata xitam verir. Onda sual olunur ona məlum xəsarətləri kim yetirmişdir. Orada onun valideynləri də olmuş onlar da onun döyülməsini təsdiq etsələr də məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məlum Goranboy rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli onu döyən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yahya oğlu barəsinə Inzibati işə xitam verilməsinə dair qərar ləğv edilməli onun barəsində IXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş zərərçəkən Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, digər şəxslər isə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və məhkəmənin barəsində şikayət verilən hazırki qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. . Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Protokolu tərtib edən orqan-nin TB-nin baş təhqiqatçısı X2 ## ##### 2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın icrası RPŞ-nin ITB-yə həvalə edilmişdir; Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ** nömrəli, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - boynun sol yan səthinin, təpə nahiyyəsinin və baldırın sıyrıqları küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, ##.##.2026-cı il tarixdə kənar şəxs və şəxslər tərəfindən əllə və təpiklə döyülmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli, ** nömrəli rəyinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yahya oğlunun məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində gözlə görünən hər hansı xəsarət aşkar olunmadı. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixində saat 16 radələrində atası, anası və onun uşaqları görmək üçün Goranboy rayonu Icra və Probasiya şöbəsinə getdiklərini, içəri daxil olduğunu, atasıgilin çöldə gözlədiklərini,içəri daxil olduqda Novruzun və 2018-ci il təvəllüdlü Fatehin orada olduğunu aralarındakı görüş baş tutduqdan sonra idarədən çıxdıqlarını və qarşıda böyük qızı Incini gördüyünü,ona yaxınlaşıb söhbət etmək istədikdə, Novruz və Fizuli onun ailəsinin üzərinə gələrək onu və ailə üzvlərinə söyüb təhqir etdiklərini, bundan sonra isə onlara qışqıraraq Novruzun atası Fizuli və anası Xatirənin onu tutaraq sıxmağa başladıqlarını, Novruzun onun boğaz nahiyyəsindən əli ilə xəsarət yetirdiyini, Fizulinin isə onun ayağından təpiklə vurub xəsarət yetirdiyini, baş verənlərdən sonra onun bu barədə dərhal DIN-in 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş araşdırma zamanı izahatı alınmış X1 (zərərçəkmiş şəxsin atası) ##.##.2026-cı il tarixində saat 16 radələrində nəvəsi Fateh ilə qızı Rövşanəni görüşdürmək üçün həyat yoldaşı, qızı Rövşanə və onun digər qohumları ilə Goranboy rayonu Icra və Probasiya şöbəsinə getdiklərini,qızı və ailə üzvləri maşından düşdüyünü,onun ancaq maşından oturub prosesin bitməsini gözlədiyini,proses davam etdiyi zaman həyat yoldaşı , nəvəsi Inci ilə görüşmək istədikdə qarşı tərəfin buna icazə vermədiyini,təxminən 1 saat davam edən proses bitdiyini, qızı və Novruzun Goranboy rayonu Icra və Probasiya şöbəsinin inzibati binasından çıxdıqlarını,nəvəsi Almuradlı Inci ilə qızı Rövşanənin görüşmək istədiyini,bu zaman isə uşağın atası Novruzun buna imkan vermədiyini, Fizuli, Novruz və Xatirənin qızı Rövşanənin üzərinə gəldiklərini və qızının üzərinə hücum etdiklərini, onun avtomobildən düşdüyünü və qızını onların əlindən aldığını, keçmiş qudası Fizulinin səs-küy salmağa başladığını, mübahisə zamanı onun Fizulinin baş nahiyyəsindən zərbə endirmədiyini və ona heç bir xəsarət yetirmədiyini və kürəkəni Novruzun həyat və sağlamlığı üçün real təhlükə yaradacaq hərəkət etmədiyini və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir; Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş araşdırma zamanı izahatı alınmış X4 ##.##.2026-cı il tarixində saat 16 radələrində onun qızı Inci,anası Xatirə və atası Fizuli ilə birgə oğlu Fatehin anası Rövşanə ilə görüşdürmək üçün Goranboy rayonu Icra və Probasiya şöbəsinə getdiklərini, Rövşanənin isə atası Qabil,anası Məmləkət və digər qohumları ilə gəldiyini, onun Rövşanə və oğlu Fatehin Icra və Probasiya şöbəsinə daxil olduqlarını,görüş keçirildiyini, Fatehin içəridə ağlamağa başladığını, onun içəri daxil olduqda oğlu Fatehin isə yenə də onun yanında qalmaq istədiyini və Rövşanə ilə qalmaq istəmədiyini bildirdiyini,görüşün təxminən 40 dəqiqə keçdikdən sonra bitdiyini,həmçinin Goranboy rayonu Icra Hakimiyyətində azyaşlılar üzrə komisiyada çalışan Farid müəllimdə orada iştirak etdiyini, Fərid müəllimin onlara “içəridə olan zaman mən Fatehin ağladığını və Fatehi anası Rövşanənin ağlatdığını gördüm və buna görə də polis çağırdım” dediyini, onların oradan çıxıb uzaqlaşmaq istədiklərini,atasının qabaqda getdiyini, onun Fateh və anası Xatirə ilə getdikdə bu zaman Qabilin əlində olan hasa ilə atası Fizulinin başından 2 dəfə zərbə endirdiyini, birinci zərbənin atasının başından dəydiyini, ikinci zərbə isə atasının başındaki papağın kənarından dəydiyini və papağın yerə düşdüyünü, həmin papağı mühafizə polisinin əməkdaşı gətirib ona təhvil verdiyini, Rövşanənin ailə üzvləri ilə birgə gələrək Fatehi ondan almaq istədiklərini, həmin zaman onun Rövşanəni vurmadığını və heç bir xəsarət yetirmədiyini, baş verənlərdən sonra izahat vermək üçün Goranboy rayonu polis şöbəsinə yaxınlaşdığını bildirmişdir. Iş materiallarında olan Araşdırma zamanı dindirilmiş şahid X5 izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutularaq döyüldüyünü göstərmişdir; Birinci insansiya məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü IXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdimişdir ki, Zərərçəkmiş şəxs onun gəlini olmuş, oğlu Almuradov Novruz ilə aralarında bağlanmış nikah pozulmuş və həmin nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmişdir. Bununla belə, hazırda uşaqlar faktiki olaraq onun himayəsində yaşayırlar. Qeyd edir ki, uşaqlar anaları ilə qalmaq, onunla görüşmək və ünsiyyətdə olmaq istəmirlər. Belə ki, ## ###### 2026-cı il tarixdə saat 16 radələrində nəvəsi Fatehin anası ilə görüşünün təmin edilməsi məqsədilə həyat yoldaşı Xatirə və oğlu Novruz ilə birlikdə Goranboy rayon Icra və Probasiya şöbəsinə getmişlər. Eyni zamanda, Zərərçəkmiş şəxs da atası Qabil, anası Məmləkət və digər qohumları ilə birlikdə həmin yerə gəlmişdir. Onlar Icra və Probasiya şöbəsində komissiyanın iştirakı ilə görüş otağına daxil olmuş, təxminən 1 saat davam edən görüş baş tutmuş, daha sonra binadan çıxmışlar. Bu zaman yaranmış səs-küy səbəbindən geri qayıdan zaman, Zərərçəkmiş şəxs qohumu (bibisi qızı) onun nəvəsi Fatehi tutaraq dartdığını görmüşdür. O, həmin istiqamətə yaxınlaşmaq istədikdə, qudası Qabil tərəfindən əlində olan ağac parçası ilə baş nahiyəsinə zərbə endirilmişdir. Bundan sonra mühafizə polisi əməkdaşlarının müdaxiləsi ilə nəvəsi Fateh onların nəzarətinə qaytarılmışdır. O, keçmiş gəlini Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Birinci insansiya məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun keçmiş qaynatasıdır. Almuradov Novruz ilə 2019-cu ildə aralarında yaranmış ailədaxili mübahisələr nəticəsində nikahları pozulmuş və məhkəmə qətnaməsinə əsasən uşaqlar onun himayəsinə verilmişdir. Bununla belə, təxminən 3 il əvvəl keçmiş həyat yoldaşı Almuradov Novruz uşaqlarla görüş bəhanəsi ilə onları aparmış və həmin vaxtdan etibarən uşaqları geri qaytarmamışdır. ## ###### 2026-cı il tarixdə saat 16 radələrində atası, anası və bibisi qızları ilə birlikdə uşaqları ilə görüşmək məqsədilə Goranboy rayon Icra və Probasiya şöbəsinə getmiş, və Icra şöbəsinin inzibati binasında keçmiş əri Novruz Almuradovun iştirakı ilə orada uşaqları ilə görüş baş tutmuşdur. Görüşdən sonra Icra və Probasiya şöbəsinin inzibati binasının qarşısında böyük qızı Inci ilə qarşılaşmış və onunla söhbət etmək istədikdə, keçmiş qaynatası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arvadı Xatirə Mustafayevə ilə birlikdə onların, yəni onun və bibisi qızının üzərinə gələrək həm onun, həm də ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə X4 onun üzərinə gələrək onun boğaz nahiyəsindən tutub sıxmışlar. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, mübahisə zamanı ayaq nahiyəsinə təpiklə və baş nahiyəsinə zərbənin kim tərəfindən vurulduğunu dəqiq xatırlamır. Boğazından Fizuli və Novruz tutub sıxmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq IXM-nin 53.2-ci maddəsinə istinad edərək iş üzrə icraati xitam vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında ona qarşı bir neçə şəxs – keçmiş əri Almuradov Novruz, qayınatası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və qayınanası tərəfindən fiziki zor tətbiq edildiyini bildirmişdir. Lakin o, məhkəmə iclasında verdiyi izahatında bədəninin müxtəlif nahiyələrinə vurulan zərbələrin konkret olaraq hansı şəxs tərəfindən yetirildiyini dəqiq göstərə bilməmiş, həmin halları xatırlamadığını qeyd etmişdir. Bu hal zərərçəkmiş şəxsin ifadələrinin qeyri-müəyyən və ümumi xarakter daşıdığını, konkret olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hansı hərəkətlərlə ona xəsarət yetirdiyinin müəyyən edilmədiyini göstərir. Belə qeyri-müəyyənlik isə şəxsin təqsirinin fərdiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, zərərçəkmiş şəxsin ifadələri həmin hissədə mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Birinci insansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat xitam verərkən hesab etmişdir ki, Araşdırma aparmış orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi, yəni IXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxsin izahatını və məhkəmə-tibbi ekspertizanın rəyini əsas götürmüşdür. Lakin zərərçəkmiş şəxs məhkəmə iclasında ziddiyyətli izahat vermişdir. Həmçinin iş materiallarından görünür ki, baş vermiş hadisə zamanı tərəflər arasında yaranmış gərginlik və qarşılıq şəraitində hərəkətlər emosional və situativ xarakter daşımış, zərərçəkmiş şəxsə məqsədli şəkildə fiziki ağrı yetirilməsi niyəti sübuta yetirilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad olunan əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ** nömrəli, ##.##.2026-cı il tarixli rəyi və işdə olan digər mötəbər sübutlarla təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci insansiya məhkəmə iclasında izahatında qudası Qabil tərəfindən əlində olan ağac parçası ilə baş nahiyəsinə vurmasını bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin rəyi ilə onun döyülməsi faktı öz təsdiqini tapmamışdır. Iş materiallarından məlum olur ki, Inzibati xəta haqqında işin materialından görünür ki, Allahverənova Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad olunan inzibati xəta hadisəsi işdə olan mötəbər sübutlarla kifayət qədər təsdiq edilir. Belə olan halda inzibati xəta haqqında iş üzrə zərərçəkən şəxs izahatında keçmiş əri Almuradov Novruz, qayınatası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və qayınanası tərəfindən fiziki zor tətbiq edildiyini, bədəninin müxtəlif nahiyələrinə vurulan zərbələrin konkret olaraq hansı şəxs tərəfindən yetirildiyini dəqiq göstərə bilməməsi iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixində saat 16 radələrində …Novruz və Fizuli onun ailəsinin üzərinə gələrək onu və ailə üzvlərinə söyüb təhqir etdiklərini, bundan sonra isə onlara qışqıraraq Novruzun atası Fizuli və anası Xatirənin onu tutaraq sıxmağa başladıqlarını, Novruzun onun boğaz nahiyyəsindən əli ilə xəsarət yetirdiyini, Fizulinin isə onun ayağından təpiklə vurub xəsarət yetirdiyini, baş verənlərdən sonra onun bu barədə dərhal DIN-in 102 xidmətinə müraciət etdiyini bildirmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ** nömrəli, ##.##.2026-cı il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - boynun sol yan səthinin, təpə nahiyyəsinin və baldırın sıyrıqları küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, ##.##.2026-cı il tarixdə kənar şəxs və şəxslər tərəfindən əllə və təpiklə döyülmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkən Zərərçəkmiş şəxs döyməsi faktı öz təsdiqini tapmışdır. Göründüyü kimi, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübut edir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. IXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğu üçün barəsində həmin maddənin sanksiyasinda nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 40, 43,48-51,114, 133- 136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 157-ci maddəsi ilə nəzədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləgində cərimə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №3(3-7)-306/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-306/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver