Məhkəmə qərarları › İş №3(3-7)-307/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-307/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-307/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əzizov Sevindik Əziz oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçimüfəttişi Qurbanov İsmayıl Rövşən oğlunun iştirakı ilə “AYPARA-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.3.3 və 253.5.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “AYPARA-İNŞAAT” MMC-nin barəsində İXMnin 253.3.3 və 253.5.3-cü maddələri ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim K.İ.Vəliyev) “AYPARA-İNŞAAT” MMC-nin əməlində İXM-nin 253.3.3 və 253.5.3-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Goranboy Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və “AYPARA-İNŞAAT” MMC-nin hüquqi şəxs qismində İXM-nin 253.3.3 və 253.5.3-ci maddələri ilə inzibati tənbeh edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli 0032, 0033, 0034 və **** saylı sərəncamları əsasında, ##.##.2025-ci il tarixində Goranboy rayonu Balakürd kəndinin inzibati ərazisində tərtib edilmiş monitorinq aktında qeyd olunanlar iidarə əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Goranboy rayon Balakürd kəndində "Xan arxı"nın beton örtüklə düzəldiyi və iş görülən zaman Xan arxının daxilində və kənarında d=40 sm olan tut cinsli 1 eded, d=8 sm olan 1 ədəd gavalı cinsli, d=8 sm olan gilas cinsli 1 ədəd ağacların kökündən çıxarılaraq məhv edildiyi, həmçinin 8 ədəd tut cinsli ağacların isə müxtəlif hissələrdən kəsilərək zədələndiyi müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı həmin işlərin hansı şirkət tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmadığı üçün X5 Sistemlərinin İstismarı İdarəsinə sözügedən bənd bərkitmə işlərinin hansı şirkət tərəfindən görülməsi ilə bağlı ##.##.2025-ci il tarixdə məktub ünvanlanmışdır. X5 Sistemlərinin İstismarı İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı cavab məktubunda Goranboy rayonu Balakürd kəndinin ərazisində "Xan arxı" adlanan torpaq məcralı suvarma kanalını "AYPARA-İNŞAAT" MMC-nin direktoru nümayəndə2 rəhbərlik etdiyi podratçı təşkilat tərəfindən beton üzlüyə alınma işlərinin aparıldığı qeyd olunmuşdur. Araşdırma müddətində "AYPARA-İNŞAAT" MMC-nin direktoru nümayəndə2 aparılacaq sənədləşmə işlərində iştirak etməsi üçün ##.##.2026-cı il tarixli məktub ünvanlanaraq ##.##.2026-ci il tarixində idarəyə dəvət olunsa da, sözügedən şirkətin ünvanında dəyişiklik olduğu üçün məktub aidiyyatı üzrə ünvanına çatmamışdır. Araşdırma zamanı yenidən "AYPARA-İNŞAAT" MMC-nin direktoru nümayəndə2 aparılacaq sənədləşmə işlərində iştirak etməsi üçün ##.##.2026-cı il tarixli məktub ünvanlanaraq ##.##.2026-ci il tarixində idarəyə dəvət olunmuşdur. Araşdırma müddətində özünü sözügedən podratçı təşkilatın səlahiyyətli nümayəndəsi kimi təqdim edən Şahid ##.##.2026-cı il tarixdə idarəyə gəlsə də o, barəsində aparılacaq inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Şahid "AYPARA-İNŞAAT" MMC tərəfindən "Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016cı il tarixli *** saylı qərarının tələblərinin pozulduğu şifahi olaraq onun diqqətinə çatdırılmışdır. Odur ki, Goranboy rayon Balakürd kəndinin ərazisində Xan arxının daxilində və kənarında d=40 sm olan tut cinsli 01 ədəd, d=8 sm olan 01 ədəd gavalı cinsli, d=8 sm olan gilas cinsli 01 ədəd ümumilikdə 3 ədəd ağacın "AYPARA-İNŞAAT" MMC tərəfindən kökündən çıxarılaraq məhv edilməsi nəticəsində "Yaşıllıqların mühafizəsi" haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq inzibati xəta törədilmişdir. Sözügedən ağacların kəsilərək məhv edilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** saylı qərarına əsasən təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Törədilmiş qanun pozuntusu ilə bağlı idarə tərəfindən ##.##.2026-cı il tarixli ***** saylı akt və AYPARA-İNŞAAT" MMC barəsində İXM-nin 253.3.3 ve 253.5.3-cü maddələri ilə hüquqi şəxs qismində ##.##.2026-ci il tarixli MN ******* nömrəli protokol protokol tərtib edilmiş, qərar qəbul edilməsi üçün Goranboy Rayon Məhkəməsinə göndərilmışdır. Goranboy Rayon Məhkəməsi tərəfindən AYPARA-İNŞAAT" MMC-nin barəsində hüquqi şəxs qismində başlanılmış ##.##.2026-ci il tarixli MN ******* saylı protokola əsasən İXM-nin 253.3.3 və 253.5.3-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qeyri-obyektiv hesab edir, təqdim edilmiş sübutlarda və etiraf olunmuş əməldə inzibati xəta tərkibinin olduğunu bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli "Yaşıllıqların götürülməsi Qaydası"nın təsdiq edilməsi haqqında *** saylı əsasən yaşıllıqların götürülməsi istənilən halda yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rəyi nəzərə alınmaqla həyata keçirilir və aşağıdakı hallarda müvafiq Rəy alındıqdan sonra yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, övlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** saylı Qərarının müvafiq bəndlərinə əsasən şəxsi mülkiyyətə aid olmayan ərazidə hər hansı bir yaşıllığın götürülməsi zamanı prosedur aşağıdakı qaydada həyata keçirilir: 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.12. Suvarma və kollektordrenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitmiş, habelə dövlət ehtiyacı üçün ayrılmış torpaqlarda aparılan meliorasiya və irriqasiya tədbirləri zamanı həmin obyektlərin altına düşən yaşıllığın götürülməsi üçün yaşıllığın götürülməsi vərəqi tələb olunmur. 3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir”. Məhkəmə baxışında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi Qurbanov İsmayıl Rövşən oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və “AYPARA-İNŞAAT” MMC-nin İXMnin 253.3.3 və 253.5.3-ci maddələri ilə inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə “AYPARA-İNŞAAT” MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə “AYPARA-İNŞAAT” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Goranboy Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı və # #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə (99.4.1), inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə (99.4.2), bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə (99.4.3) inzibati xata haqqında iş üzrə icraat həmin vaxtdan başlanılmış hesab edilir. İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi əsasları, məzmunu, forması və tərtib edilməsi qaydaları nəzərdə tutulmuşdur: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar (qərardad) qəbul edilir. İnzibati xəta haqqında protokolun tərtib edilməsi, məzmunu, forması və tərtib edilməsi qaydalarını özündə əks etdirən İXM-nin 100-cü maddəsinin tələblərindən göründüyü kimi inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib olunmalı, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunmalıdır. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən “AYPARA-İNŞAAT” MMC-nin barəsində İXM-nin 253.3.3 və 253.5.3-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərkən qanunun qeyd edilən tələblərinə əməl edilməmişdir. Qeyd edilənlər səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi və materialın natamam olduğu, buna görə də inzibati xəta haqqında protokolun əlavə edilmiş materialla birlikdə səlahiyyətli orqana qaytarılmalı olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, iş materiallarında olan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X4 Xidməti X1 X3 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, Goranboy rayon Balakürd kənd ərazisində Xan arxı adlanan torpaq məcralı suvarma kanalı “AYPARA-İNŞAAAT” MMC-nin direktoru nümayəndə2 rəhbərlik etdiyi podratçı təşkilat tərəfindən beton üzlüyə alınma işləri aparılır. № RSMX-***/**** saylı Müqavilə Razılaşmasından görünür ki, X4 Xidməti X1i ilə “Aypara- İnşaat” MMC ilə müqavilə bağlanmışdır. ## ####### 2025-ci il tarixli Podrat Müqaviləsi № ** saylı müqavilədən görünür ki, “İnşaat İstehsalat Fİ” MMC ilə “Aypara-İnşaat” MMC arasında podrat müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş qeydiyyat nömrəsi EL-***/**** saylı, ## ##### 2022-ci il tarixli Lisenziyadan görünür ki, həmin tarixdə “İnşaat İstehsalat-Fİ” MMC-yə lisenziya verilmişdir (VÖEN 4800079361). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İnşaat İstehsalat Fİ” MMC ilə “Aypara-İnşaat” MMC arasında ## ####### 2025-ci il tarixli ** saylı Podrat Müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə istinadən “2025-ci ilin oktyabr və noyabr ayında görülən işlərin qəbulu aktı” ilə işlər Sifarişçi şirkət “Aypara-İnşaat” MMC tərəfindən qəbul edilmişdir. Şahid “İnşaat İstehsalat Fİ” MMC-nin nümayəndəsi Şahid izahatından müəyyən edilmişdir ki, sonuncu “Aypara-İnşaat” MMC-nin direktorunun qardaşıdır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Aypara-İnşaat” MMC-nin inzibati icraat üzrə araşdırmada iştirakı ilə bağlı məktubunu aldıqdan sonra qardaşının məlumat verməsindən sonra özü şəxsən inzibati orqana getmiş və Goranboy rayonu Balakürd kəndinin Xan arxının beton örtüklə düzəldilməsinin podrat müqaviləsi əsasında onun rəhbərlik etdiyi şirkət tərəfindən həyata keçirildiyini bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati araşdırma zamanı “İnşaat İstehsalat Fİ” MMC-nin məlumat vermiş olduğu hal ətraflı, dəqiq araşdırılmalı və həmin ərazidə işlərin hansı şirkət tərəfindən görüldüyü müəyyən edilməli idi. Hazırkı işin hallarından görünür ki, aparılmış monitorinq nəticəsində aşkar edilmiş ağacların kökünün çıxarılması və zədələnməsinin hansı hüquqi şəxsin işçisi tərəfindən törədilməsi düzgün müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi qanunvercilik inzibati orqanın inzibati araşdırması üçün kifayət qədər uzun müddət təyin etmişdir. Bu müddət ərizində inzibati xətanı törətmiş olan hüquqi şəxsin düzgün müəyyən edilməsi mümkün idi. Lakin apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı İXM-nin tələbləri pozulmaqla qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, yuxarıda əks edilmiş normalara əsasən birinci instansiya məhkəməsi tərtib edilmiş protokolu inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməsi üçün səlahiyyətli orqana qaytarmalı idi. Çünki, iş materiallarından aydın görünür ki, materiallar məhkəməyə göndərilərkən natamam olmuşdur. İnzibati orqan işin hallarını dəqiq araşdırmalı və həmin ərazidə işlərin hansı hüquqi və ya fiziki şəxs tərəfindən görüldüyünü dəqiq müəyyən etməli idi. Hansıki ilkin materialllardan görünür ki, aparılmış monitorinq nəticəsində ağacların kökündən çıxarılması və zədələnməsi aşkar edilmiş, lakin səlahiyyətli orqan yalnız X3 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş cavab məktubu əsasında, əlavə heç bir araşdırma aparmadan inzibati xəta hadisəsinin “Aypara-İnşaat” MMC tərəfindən törədilməsi nəticəsinə gəlmiş, inzibati xəta hadisəsinin hansı hüquqi şəxs və ya hüquqi şəxsin işçisi tərəfindən törədilməsi dəqiq və düzgün müəyyən edilmədən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi materiallar birinci instansiya məhkəməsinə göndərilərkən natamam olmuşdur. Bu halda isə birinci instansiya məhkəməsi protokol və materialları baxılmadan səlahiyyətli orqana qaytarmalı idi. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri yekunlaşdıraraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin hazırki iş üzrə # ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı və “İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilməsi barədə” # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. “AYPARA-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3 və 253.5.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin # ##### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı və “İnzibati xəta haqqında materialın baxılması üçün icraata qəbul edilməsi barədə” # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar