Məhkəmə qərarları › İş №3(3-7)-308/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-308/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-308/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Quliyev Anar Elcan oğlunun katibliyi, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, MÜƏYYƏN ETDI : Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(061)-902/2025 qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati xəta haqqında qərarından verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şəxsi mülkiyyətində olan X1, 59- BH033 dövlət nömrə nişanlı yük avtomobili ilə yük daşıma ilə məşqul olur. ## ###### 2025-ci il tarixdə qum yükü ilə Bakı şəhərinə gedərkən Ucra Rayonu Ərazisində AYNA tərəfindən quraşdırlmış elektron tərəzi sistemi texniki səhvə yol verərək mənə məxsus olan avtobilin və daşıdığım yük çəkisini normadan artıq hesablamaqla barəmdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə tətbiq etmişdir. Qeyd etmək istəyir ki, barəsində protokol tərtib (tətbiq) olunan zaman ona məxsus yük avtomobilinin faktiki boş çəkisi 8.300 kq, yüklə dolu çəkisi isə 25.650 kq olmuşdur. Daşıdığı yükün çəkisi 17.350 kq olmuşdur. Ancaq, AYNA-ya məxsus olan Elektron tərəzi sistemi səhv olaraq 28.090 kq hesablamışdır. Bu, səbəbdəndə barəsində inzibati protokol tərtib (tətbiq) etmişdir. Məhkəməyə sübut kimi onu təqdim edə bilər ki, o, ##.##.2025-ci il tarixdə, saat 19:41də Yevlax rayonu ərazisində yük avtomobilini əvvəlcə boş daha sonra isə yüklə dolu vəziyyətdə elektron tərəzidə çəkdirmişdir. Bununla bağlı əlində TƏRƏZI QƏBZI vardır və onları məhkəməyə təqdim etmişdir. Qeyd etdikləri ilə bağlı ##.##.2025-ci il tarixdə qəbul edilmiş EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı müvafiq sənədləri güclə əldə edib məhkəməyə ərizə təqdim etmişdir. Ərizəsinə avtomobilin boş kütləsini, yüklə dolu vəziyətini əks etdirən elektron tərəzi qəbzlərini məhkəməyə təqdim etmişdir. Bütün təqdim etdiyi sübutlara rəğmən hakim Kamil Rzayev onun şikayətini aşağıda qeyd edəcəyi səbəbləri əsas gətirərək rədd etmişdir. O, məhkəməyə ərizə təqdim edərkən protokol tərtib edilərkən daşıdığı yükün qum olduğunu qeyd etmişdir. Məhkəmə prosesi zamanı daşıdığı yükün qum deyil şeben olduğu təsdiqlənmişdir. Bu, əsaslandırmanı qəbul etmir ona görə ki, ona tərtib edilmiş protokol dırnaq arası daşıdığı artıq yükə görə tərtib olunmuşdur. Hakim Kamil Rzayevin əaslandırmasından belə çıxır ki, daşığı yükün nədən ibarət olmasını ərizəsində düz qeyd etmədiyinə görə ərizəsinin rədd olunmasına əsasdır. Bir məsələnidə qeyd etmək istəyir ki, onun daşıdığı yükü qabarit baxımından da, qanun pozuntusu yaratmır. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasının, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarında və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci və 353.5-ci maddələrində yükün nədən ibarət olması nəzərdə tutulmamışdır. Hakim ərizəsini rədd eləməsinə gətirdiyi digər əsas daşıdığı yükün avtomobilin oxlarına düşən çəkidən artıq olmasıdır. Hakim inzibati qərarda bu, halı qeyd etməsinə baxmayaraq qanuni baxımdan əsaslandırmamışdır. Bu, qədər kobud qanun pountsu ola bilməz. Təqdim etdiyi sübutlara heç-bir qiymət vermədən ərizəsi hakim tərəfindən rədd edilmişdir. Ancaq, o, öz fikrini qanuni baxımdan əaslandırmaq istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2009-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) * nömrəli cədvələ əsasən iki oxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Azərbaycan Respublikası “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" ##.##.2024-cü il tarixli Qanununun 7.2-ci maddəsinə əsasən 353.5-ci maddənin dispazisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə olunmuşdur. Əlavə olaraq açıqlama vermək istəyir ki, qanunda 3 oxlu avtomobillərin yük daşıma norması qanunla (avtomobillə birlikdə ümumi çəkisi) 24 ton, 4 oxlu avtomobillərdə (avtomobillə birlikdə ümumi çəkisi) 34 ton və nəhayət 5 oxlu avtomobillərdə isə (avtomobillə birlikdə ümumi çəkisi) 42 ton olması nəzərdə tutulmuşdur. Yuxarda da qeyd etdiyi kimi hər oxa görə qanunla tutulan 8 (səkkiz) ton yükdən əlavə olaraq maksimum ümumi çəkinin 5 %-dən artıq yük daşıya bilər. Bu, artıq yükdə heç-bir qanun pozuntusu yaratmır. Bu, hal bir başa qanunda nəzərdə tutulmaqdadır. Hörmətli sədr və hörmətli kollegiya üzvüləri hakim Kamil Rzayevin onun ərizəsini rədd edib, şikayətini təmin etməməsinə gətirdiyi əsaslandırma, sübut və səbəblər bunlardır. Hakimin əsaslandırması ancaq, sözlərdən ibarətdir. Ona görə ki, bu 2 əsaslandırmanın heç-bir qanuni mənbəyi və istinad etdiyi hüquqi norma yoxdur. Həmçinin onuda qeyd etmək istəyir ki, məhkəmə iclasları zamanı DIN-nin əməkdaşı ilə yanaşı AYNA-nın da nümayəndəsi məhkəmə iclasına gəlməmələri ilə yanaşı məhkəməyə heç-bir əsaslı sübut təqdim etməmişdir. Ancaq, o məhkəmə iclaslarında iştirak edərək sübutları qanuni şəkildə təqdim etmişdir. AYNA və Azərbaycan Respublikası DIN-nin müvafiq şöbələri və idarələri tərəfindən qərəzli şəkildə ona verilməyən sənədlərin əldə olunub işə əlavə edilməsi tələbi ilə bağlı məhkəməyə təqdim etdiyi şikayət ərizəsində fikir bildirmişdir ki, işə baxan hakim iş üzrə çıxarılacaq yekun qərarın qanuni, şəffaf və ədalətli olması üçün həmin iki qruma müvafiq sorğular göndərsin. Məhkəmə iclasları zamanıda o, şifahi şəkildə hakimə şifahi vəsatətlər verərək həmin qrumlardan əlavə sənədlərin alınması üçün sorğuların göndərilməsini xahiş etmişdir. Ancaq, hakim qərəzli şəkildə onun vəsatətlərini təmin etməyərək heç-bir sorğu göndərməmişdir. Əksinə onun ərizəsini rədd etməsinə zəmin hazırlamaq üçün ## ###### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası üçün ona verilən məhkəmə bildirişini ## ###### 2026-cı il kimi qeyd elətdirmişdir. O, həmin günü yəni ##.##.2026-cı il, həftənin şənbə günü məhkəməyə yaxınlaşarkən mühafizə polisi ona bildirmişdir ki, bü gün məhkəmədə iş günü deyildir. Həmin məhkəmə bildirişini sübut kimi hörmətli sədrə və kollegiya üzvülərinə təqdim edir. Həmin məhkəmə bildirişinin neçənci eradan qaldığını Sizlərin mülahizəsinə buraxır! Qeyd etdiklərinin doğruluğunu yoxlamaq üçün məhkəmə iclaslarının video yazısına baxa bilərsiz. Hörmətli sədr və hörmətli kollegiya üzvüləri aşağıda qeyd edib əsaslanacağı hüquqi aktlar, məcəllələr və s sübutlar bir daha şikayətinin əsaslı olacağını qüvvətləndirəcəkdir. Ona görə də Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə baxşında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinə rəsmi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Işə Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətin dəlillərini və tərəfin izahatını iş materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalı və iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız sayır. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, inzibati qanunvericiliyinin ədalətlilik prinsipinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənini 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 353.2-ci maddəsində əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslərin altı yüz mаnаt məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Iş materialında olan ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025 ci il tarixdə saat 21:38-də idarə etdiyi “KAMAZ 55111” yük markalı 59 BHX 033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası IXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmiş və 600 manat cərimə edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi WEB Portalından çıxarılmış fotoşəkillərin surətlərindən görünür ki, fotoşəkildə ##.##.2025-ci il tarixdə saat 21:38:49-da ** BH *** qeydiyyat nişanlı avtomobil əks olunmuşdur. Həmin vaxt avtomobilin maksimum yükü 26000 kq olmalı olduğu halda, 28090 kq olduğu qeyd edilmişdir. Iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixdə saat 19:41:14 radələrində tərtib edilmiş tərəzi qəbzindən görünür ki, ** BH *** qeydiyyat nişanlı avtomobildə şeben yüklü olmuş, həmin avtomobilin tara çəkisinin 8300 kq, brutto çəkisinin 25650 kq, netto çəkisinin 17359 kq olduğu qeyd edilmişdir. IXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə onun idarə etdiyi yük maşınının yüklə birlikdə çəkisinin cəmi 25650 kq, yəni norma daxilində olduğunu iddia edərək bu barədə məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli qəbzə istinad etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq həmin qəbzi mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin qəbzdə olan məlumatlar qəbzi tərtib edən müəssisənin (təşkilatın) möhürü və vəzifəli şəxsinin imzası ilə təsdiq olunmamışdır. Ümümiyyətlə həmin qəbzin hansı müəssisə (təşkilat) tərəfindən tərtib edildiyi qəbzdə göstərilməmişdir. Iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə saat 21:38:49-da Ucar rayonu ərazisində Bakı istiqamətində hərəkətdə olarkən idarə etdiyi ** BH *** qeydiyyat nişanlı avtomobilin maksimum yükü 26000 kq olmalı olduğu halda, 28090 kq olduğunun qeydə alındığı təsdiq edilir. Beləliklə iş materiallarında olan mötəbərliyi şübhə doğurmayan sübutlarla müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025 ci il tarixdə saat 21:38-də idarə etdiyi “KAMAZ 55111” yük markalı 59 BHX 033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bununla IXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapması qənaətinə gələrək onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair səlahiyyətli orqanın qərarından verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətində qeyd etdiyi dəlilləri qəbul etmir və həmin dəlilləri əsassız hesab edərək onun məsuliyyətdən yayınma məqsədi güdməsi kimi qiymətləndirir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən maddi və prosessual normalara əməl olunmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını istisna edən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, şikayət formal xarakterli olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı bir qanuni əsas yoxdur. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar