Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(3-7)-310/2026 02.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, Xəlilov Ramik Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)****/**** saylı qərarı (hakim K.Vəliyev) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli ## ##### 2026-cı il tarixdən, saat 18:30-dan hesablanmışdır. IŞIN HALLARI: Iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1898.60 (min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində pul tutularaq tələbkar zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2545 (iki min yüz qırx beş manat) manat məbləğində pul tutularaq tələbkar zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir; Goranboy Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “Icraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli *****/****-*-** nömrəli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Goranboy Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli tarixli “Icraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli *****/****-*-** nömrəli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və axtarış elan edilməsi barədə” Goranboy Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu yer müəyyən edilərək dərhal Goranboy Rayon Məhkəməsinə gətirilməsi, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılması qərara alınmışdır. Məhkəmənin icraatına ## ##### 2026-cı il tarixdə Goranboy Rayon Icra və Probasiya Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə 1 898.60 (min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) manat və Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə 2 545 (iki min yüz qırx beş manat) manat pul tələbi üzrə borcunu ödəməkdən qəsdən yayınır və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, IXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Inzibati xəta haqqında materiala baxan Goranboy Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil şikayət verərək Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)****/**** saylı qərarının dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuzdur. Belə ki, inzibati xəta törətməkdə təqsirli bilinən şəxs qadındır. Onun qətnaməni icra etməməsinin səbəbi qəsdən yayınma deyil, maddi imkansızlıq olmuşdur. Məhkəmə çağırışına gələ bilməməyinin səbəbi isə Gəncə şəhərində olmaması olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin icrasından qəsdən yayınmadığı üçün hər imkan olduqca borcunu ödəməyi öhdəsinə götürür və zərərçəkmiş şəxslər də onun həbsdə qalmasına razı deyillər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində yetkinlik yaşına çatmamış uşaqlar vardır, qadındır, ürək xəstəsidir. Hesab edirik ki, Goranboy Rayon Məhkəməsinin hazırkı qərarı qeyri-qanuni olduğu üçün nə inzibati xəta törətmiş şəxsin tərbiyələndirilməsinə, nə də yeni inzibati xəta törətməsinin qarşısını almayacaqdır. Odur ki, şikayətin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)****/**** saylı qərarının dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinə, zərərçəkmiş şəxsə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının inzibati xəta haqqında protokol tərtib orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan keçirilməsini qanuna müvafiq hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xətaya dair işin materiallarını və şikayətin dəlillərini araşdırıb, eləcə də tərəflərin çıxışlarını dinləyib hesab edir ki, şikayət təmin edilməli, Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)****/**** saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut Azərbaycan Respublikası IXM-in 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları Azərbaycan Respublikası IXM-in 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Belə ki, birinci instansiya məhkəməsində iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1 898.60 (min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində pul tutularaq tələbkar zərərçəkmiş şəxs2 verilməsi, Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2545 (iki min yüz qırx beş manat) manat məbləğində pul tutularaq tələbkar zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və ödəməyi tələb edilmişdir. Lakin, borclu icra sənədi üzrə bu günə olan qalıq 1898.60 (min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) və 2545 (iki min yüz qırx beş manat) manat borcunu ödəmədiyi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, yenədə qərəzli olaraq borcunu ödəməmişdir. Bugünkü tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə axtarış nəticəsində təhvil verilmiş və iş üzrə izahatı alınmışdır. Izahatında hal-hazırda məhkəmə qərarı üzrə qalıq borcunu birdəfəlik ödəniş edə bilmədiyini və adına əmlakının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə olan borcunu tam olaraq ödəməmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hazırki vəziyyətdə şəxsin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsinə dair sübutlar materiala əlavə edilməmişdir. Ona görə də iş materialında olan sənədlərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. IXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, qərəzliliyin ümumi əlamətləri ondan ibarətdir ki, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmir. Habelə onun imklanları barədə icra məmurunda kifayət qədər məlumatlar olsa da, borclu tələbi icra etməkdən yayınır və s. Belə hallarda IXM-nin 528.1ci maddəsində təsvir olunan qərəzlilikdən söhbət gedə bilər. Apellyasiya məhkəməsi iş materialına əlavə edilmiş sənədləri, yuxarıda qeyd edilən halın, tərəflərin izahatları əsas götürərək hesab edir ki, hazırki vəziyyətdə sonuncunun ödənilməli borc pul məbləğindən yayınması və icra məmurunun qanuni tələblərinə tabe olmaması iş materiallarından təsdiqini tapmır. Qeyd olunan inzibati xətanın obyekti ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış ayrı-ayrı hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafeyi olmaqla, obyektiv cəhətdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmədə, həmin məhkəmə qətnaməsinin icrasına maneçilik törətmədə, habelə icra ilə əlaqədar icra məmurlarının qanuni tələblərini icra etməmədə ifadə olunur. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş icraat başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə yuxarıda qeyd edilən icra sənədinə müvafiq olaraq ##.##.2026-cı il tarixdə və ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməməsinə, habelə onun imklanları barədə icra məmurunda kifayət qədər məlumatlar olmamasına baxmayaraq həmin tarixdən çox qısa müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. IXM-nin 53.1.2-ci maddəsinə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan hallara qiymət verərək, məhkəmə hesab edir ki, şikayət təmin olunaraq Goranboy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməli, barəsində seçilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. IXM-nin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası IXM-in 133-136, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 29 aprel 2026-cı il tarixli, (*-***)-****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində seçilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-7)-310/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-7)-310/2026
02.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver